Azərbaycan diLİ FƏNNİNDƏN



Yüklə 203,13 Kb.
səhifə29/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   25   26   27   28   29   30   31   32   ...   62

MƏNACA NÖVLƏRİ


Birgəlik (ilə), bənzətmə (kimi, tək, qədər), istiqamət (sarı, doğru, qarşı, tərəf), məsafə (qədər, kim, -dək, -can2), zaman (əvvəl, sonra, qabaq, bəri), fərqləndirmə (qeyri, savayı, başqa, ayrı, özgə), səbəb-məqsəd (üçün, görə, ötrü), aidlik (aid, dair, haqqında, barəsində), istinad (əsasən).

«Kimi» qoşması ilə bağlı Mövlana Cəlaləddin Rumidən götürülmüş bir neçə nümunə:

  • Comərdlik və yardım etməkdə axar su kimi

  • Şövkət və mərhəmətdə günəş kimi

  • Başqalarının qüsurunu örtməkdə gecə kimi

  • Hiddət və əsəbiyyətdə ölü kimi

  • Təvazi və alçaq könüllülükdə torpaq kimi

  • Xoşgörülükdə dəniz kimi

  • Ya olduğun kimi görün, ya göründüyün kimi

Qoşmalar ismin halları ilə işlədilməsinə görə müəyyən qruplara bölünür.

  • Adlıq hala qoşulanlar: üçün, kimi, tək, qədər, ilə.

  • Yiyəlik hala qoşulanlar: qədər, kimi, tək, üçün, ilə(la2).

  • Yönlük hala qoşulanlar: -dək, -can, -cən, tərəf, doğru,qarşı, sarı, görə, əsasən, qədər, dair, aid, kimi.

  • Çıxışlıq hala qoşulanlar: sonra, əvvəl, qabaq, bəri,başqa, qeyri, savayı, ayrı, özgə, ötrü, əlavə.

QEYD: Bəzən eyni qoşma müxtəlif hallarda olan sözlərə qoşula bilir.

Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin