Saitlər – 1.Ağız boşluğunda sərbəst, maneəsiz tələffüz olunur 2. Avazlı olur 3.Heca yaradır 4.Bir sıra hallarda uzun tələffüz olunur.
Samitlər – 1.Ağız boşluğunda maneəyə rast gəlir və həmin maneələri dəf edərək yaranır 2. Küylü, bəzən həm də avazlı olur 3. Heca əmələ gətirmir, hecanı formalaşdırır. 4. Uzun tələffüz olunmur
ƏMƏLƏGƏLMƏ YERİNƏ GÖRƏ SAİT SƏSLƏRİN BÖLGÜSÜ
Azərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların və dilin müəyyən vəziyyətlərə düşməsi ilə əlaqədar saitlərin müxtəlif növləri yaranır. Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir:
1.Dilin üfüqi vəziyyətinə görə:
a)Dilarxası və ya qalın saitlər: [a], [ı], [o], [u].
b)Dilönü və ya incə saitlər: [ə], [i], [ö], [ü], [e].
2.Diün şaquli vəziyyətinə görə:
a )Alt çənə və dil nisbətən yuxarı qalxır, ağız boşluğu daralır. Bu baxımdan dar və ya qapah saitlər əmələ gəlir: [ı], [i], [u], [ü].
b )Alt çənə və dil nisbətən aşağı enir, ağız boşluğu nisbətən genəlir. Bu zaman gen və ya açıq saitlər əmələ gəlir:[a], [ə], [o], [ö], [e].
3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə:
a)Dodaqlar dairəvi vəziyyət alır və dodaqlanan saitlər yaranır: [o], [u], [ö], [ü].
b)Dodaqlar sərbəst qalır və dodaqlanmayan saitlər yaranır:[a], [ə], [ı], [i], [e].
Dostları ilə paylaş: |