Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə2/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   2   3   4   5   6   7   8   9   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

4.Fənnin məqsəd və vəzifələri. Qeyd etdiyimiz kimi nitq mədəniyyəti dilçiliyin nəzəri deyil, təcrübi sahəsidir. Əldə etdiyimiz elmi-nəzəri bilikləri gündəlik həyatımızın ayrı-ayrı sahələrində, məişətimizdə ünsiyyət zamanı vəziyyətə uyğun şəkildə tətbiq edirik. “Nitq mədəniyyəti” tələbələrə mədəni nitq vərdişləri aşılayır.
Dilin ayrı-ayrı sahələrində: fonetik sistemində, lüğət tərki­bində, qrammatik quruluşunda xüsusi qəlibə salınmış daxili qanunlar əsasında formalaşan normalar fəaliyyət göstərir. İnsanların həmin normalara yiyələnmələri və gündəlik ünsiyyət zamanı ona praktik cəhətdən əməl etmələri nitq mədəniyyə­tinin başlıca məqsədlərindən sayılır. Hər bir insan ailədə, ictimai yerdə, təhsil ocaqlarında, işlədiyi idarə və müəssisə­lərdə, rəhbərlik etdiyi sahələrdə yüksək nəzəri, elmi səviyyəsi, təmiz əxlaqı, nümunəvi davranışı və mədəni nitqi ilə fərqlən­məlidir. Mədəni nitq hərtərəfli inkişafın, yetkin ağlın, kamilli­yin təzahürüdür. Mədəni nitqi olmayan adam tez gözdən düşür, ailədə, cəmiyyətdə hörmət qazana bilmir.
Nəzakətli danışıq qaydalarını (müraciət etmək, şad və ya bəd xəbəri çatdırmaq, dinləmək, söhbətə qoşulmaq, mimika və jestlərdən məharətlə istifadə etmək və s.) öyrətmək; həmsöh­bətinə, dinləyicilərə güclü təsir göstərib estetik zövq vermək “nitq mədəniyyəti” fənninin mühüm vəzifələrindəndir.


MÖVZU 2
AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİNİN TARİXİ

Müasir Azərbaycan nitq mədəniyyəti, türk xalqları üçün ümumi olan qədim dövrləri nəzərə almasaq, təxminən min beş yüz illik zəngin bir tarixin varisidir. Və bu tarixin mükəmməl mənbələri göstərir ki, Azərbaycan insanı (və ümumən xalqı) üçün gözəl ( düzgün, ifadəli, təsirli...) dil həmişə yüksək qiymətləndirilmiş dəyər, mənəvi kamilliyin ən mühüm göstəricilərindən biri olmuşdur.


Azərbaycan nitq mədəniyyəti tarixinin əsas yekunu bu gün Azərbaycan xalqına uğurlu xidmət edən, istər fonetik, leksik-semantik və qrammatik quruluşca, istərsə də funksional üslub imkanları baxımından mükəmməlliyilə seçilən Azərbaycan dilidir ki, qədim tarixə malik türkcənin yüz illərlə davam etmiş diferensiasiya prosesi nəticəsində təşəkkül tapmışdır.
Hər bir xalqın nitq mədəniyyəti onun ümumi mədəniyyətinin üzvi tərkib hissəsi olmaqla müəyyən tarixi inkişaf (təkamül) prosesinin məhsuludur. Və Azərbaycan xalqının bugünkü zəngin nitq mədəniyyəti təcrübəsi, texnologiyaları və imkanları da yüz illər boyu formalaşaraq mükəmməl sistem təşkil edir.
Azərbaycan xalqı dövlət müstəqilliyi əldə etdikdən sonra ölkədə Azərbaycan dilinin sosial-siyasi, mədəni mövqeyinin güclənməsi, təbii ki, nitq mədəniyyətinin yüksəlişinə hər cür şərait yaratmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə təşəbbüsü (və rəhbərliyi) ilə qəbul edilən bir sıra rəsmi sənədlər ulu öndərin bu məsələyə nə qədər böyük önəm verdiyini göstərir.
Azərbaycan nitq mədəniyyəti uzun əsrlərin zəngin ənənələrinə əsaslanmaqla XX əsrdə sürətlə inkişaf etmiş, dövlət müstəqilliyinin ilk illərindən etibarən daha geniş miqyas ( və imkanlar) qazanmışdır.
XX əsrin ortalarına doğru artıq Azərbaycan ədəbi dilinin bədii üslubu ilə yanaşı kifayət qədər mükəmməl elmi, publisistik və rəsmi-işgüzar üslubları formalaşır. Azərbaycanda milli dildə orta, eləcə də ali məktəblərin açılması, mətbuatın nəşri, dövlət idarələrində Azərbaycan dilinin az və ya çox dərəcədə işlənməsi, ziyalı kontingentinin genişlənməsi və s. bu cür funksional üslub diferensiasiyası üçün şərt olur. Doğrudur, sovet dövləti möhkəmləndikcə ümumən “sovet xalqları”nın hamısının dilləri rus dilinin dağıdıcı təzyiqinə məruz qalmağa, “yerlər”də rusdilli “ziyalılar” yetişdirilməyə başlanır. Lakin xalqın içərisindən çıxmış milli ziyalılar həmin ruslaşdırma diplomatiyasına qarşı ciddi mübarizə aparırlar. Azərbaycanda bu cür ziyalılar çox olmuşdur ki, onlardan ən məşhuru Bəxtiyar Vahabzadə idi. Böyük şair, mütəfəkkir, ictimai-siyasi xadim Bəxtiyar Vahabzadə ana dilinin təbii-tarixi hüquqlarının məhdudlaşdırılmasına qarşı on illər boyu cəsarətlə mübarizə aparmışdır. O, “doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar”ın artdığı illərdə ana dilinə müraciətən yazırdı:
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən,
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqının aldığı ilk nəfəsdən yarandın...
XX əsrin 50-ci, 60-cı illərindən fərqli olaraq 70-ci illərində ana dilinə qayğı, onun hüquqlarının müdafiə edilməsi özünü daha ardıcıl, daha məqsədyönlü şəkildə göstərir- Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində Azərbaycan dili, həqiqətən, dövlət dili səviyyəsinə yüksəlməyə başlayır. Azərbaycan Respublikası ali təhsilinin bayraqdarı olan Azərbaycan ( indiki Bakı) Dövlət Universitetinin 50 illik yubileyində azərbaycanca çıxış edən respublika rəhbərinin bu qeyri-adi təşəbbüsü, eləcə də anadilli təhsilin, ədəbiyyatın, elmin inkişafı üçün yaratdığı şərait xalqın taleyi baxımından hər cür təqdirə layiq idi.
Ümummilli liderin-müasir Azərbaycan dövlətçiliyinin banisinin müstəqillik dövründə dövlət dilinin yüksəlişi sahəsində gördüyü işlər ciddi tarixi əsaslara malikdir. Biz xüsusilə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanını nəzərdə tuturuq... Etiraf etmək lazımdır ki, Azərbyacan dilinin tarixində hələ ona ( Azərbaycan dilinə) bu səviyyədə qiymət verən ikinci bir rəsmi sənəd olmamasıdır. Eyni zamanda Azərbaycan dilinin tarixi əsasları barədə heç bir elmi mənbədə bu qədər mükəmməl təsəvvür yaradılmamış, inkişaf problemləri haqqında bu qədər sistemli şəkildə bəhs edilməmişdir.



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin