Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə28/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   24   25   26   27   28   29   30   31   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Məntiqi vurğu. Cümlədəki sözlərdən birinin digərlərinə nisbətən qüvvətli deyilişi məntiqi vurğu adlanır. Məntiqi vurğu dil sistemi ilə deyil, nitq sistemi ilə bağlıdır. Məntiqi vurğu cümlənin məna yönümünü dəyişir. Cümlənin istənilən üzvünü məntiqi vurğu altına salmaq danışanın məqsədindən asılıdır. Məsələn: Dünən biz məşqçimizlə məşqə başladıq. Dünən biz məşqə məşqçimizlə başladıq. Dünən məşqə məşqçimizlə biz başladıq. Biz məşqçimizlə məşqə dünən başladıq. Göründüyü kimi, birinci cümlədə "məşqə" sözü, ikinci cümlədə "məşqçimizlə", üçüncü cümlədə "biz", dördüncü cümlədə "dünən" sözü vurğu altına düşmüşdür, qalan sözlər adi kəmiyyətdə tələffüz olunur. Beləliklə, məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərinə düşdükcə xüsusi məna çaları yaratmış olur. Misal gətirdiyimiz cümlədə dinləyiciyə xüsusi tonla çatdırılan sözlər hər dəfə xəbərin qarşısında gəlmişdir. Lakin intonasiya vasitəsilə məntiqi vurğulu sözün yerini məqsədli şəkildə dəyişmək olur. Hər hansı cümlədəki sözləri məqsədimizə müvafiq olaraq məntiqi vurğu altında tələffüz edə bilərik: Məsələn: Vüqar Vaqifə futbol topu bağışladı. Vüqar Vaqifə futbol topu bağışladı. Vüqar Vaqifə futbol topu bağışladı. Natiq cümlədə söz sırasını saxlamaqla məntiqi vurğunu istədiyi söz üzərində tətbiq edə bilər. Bəzən nitqdə xəbəri də məntiqi vurğu altına salmaq olur. Bu zaman cümlənin xəbəri şəxs əvəzlikləri ilə ifadə edilir. Məsələn: Respublika yarışlarında birinci yeri tutan mənəm. Dərslərə müntəzəm gələn odur. Yazılı nitqdə deyilənlərdən başqa daha bir sıra hallarda məntiqi vurğu özünü göstərir:
1) Müqayisə edilən sözlər vurğulu olur: - Güləşçilər şir kimi pəncələşirdilər. Valideyn xəstə balasına daha çox qayğı göstərir.
2) Qarşılaşdırılan zidd mənalı sözlər: - Biz uşağa da, qocaya da hörmətlə yanaşırıq. Dünyada kədərlə sevinc, ölümlə həyat ekizdir.
3) Cümlədə həmcins üzvlər vurğulu olur: Topla oynayan uşaqlar bərkdən çığırışır, sevinir, gülürdülər. Böyük həyətdə toyuqlar, ördəklər, qazlar bir-birinə qarışmışdı.
4) Ümumiləşdirici sözlər vurğu ilə deyilir: - Mənim arzum budur ki, hamı - müəllim də, tələbə də, məşqçi də vətənimizə layiqli vətəndaş olsunlar.
5) Cümlələrdə müəyyən sözlərin şüurlu olaraq müəllif priyomu kimi təkrarlanması vurğunun yerini müəyyənləşdirir, təkrar olunan sözün birinci tərəfi qüvvətli tələffüz edilir: Məsələn: Günlər bircə-bircə keçir, məqsədimizə biz çatırıq yavaşyavaş. Bir məqsədimiz olmuşdur: öyrənmək, öyrənmək, yenə də öyrənmək.
6) Kəskin etiraz, təşviq bildirən sözlərə vurğu düşür: Yox, belə olmayacaq. Xeyr, belə oxumaq olmaz. Haydı, iş başına.
7) Hiss, həyəcan bildirən nidaların üzərinə vurğu düşür: Məsələn: Aman, olmasın azar! Əfsus, günlər boş keçir. Heyhat, vaxt gözləmir.
8) Tərzi-hərəkət zərflərinə məntiqi vurğu düşür: Məsələn: O, otağa yavaşca keçdi. Külək birdən başladığı kimi, qəflətən sakitləşdi.
9) Xitablar, müraciət bildirən sözlər məntiqi vurğu qəbul edir: Məsələn: Vaqif, indi get. Əsmə, ey külək, yağma, ey yağış.
10) Sual cümlələrində sual əvəzlikləri və sual ədatları ilə işlənən sözər: Məsələn: - Adın, soyadın nədir? Yolumuz hayanadır? Harada yaşayırsan? Sən dərsdən sonra stadionamı gedəcəksən?
11) -da/də bağlayıcıları ilə işlənən sözlər: - Mən idmançılara da, məşqçilərə də təşəkkür edirəm.
12) Qüvvətləndirici və məhdudlaşdırıcı ədatlardan (hətta, məhz, əksərən, ancaq, yalnız, bircə, təkcə və s.) sonra gələn sözün üzərinə düşür: Hətta hakim də təəccüblə baxdı. Yalnız yaxşı oxumaq azdır, həm də yarışlarda yaxşı çıxış etmək lazımdır.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin