Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


MÖVZU 10 İNTONASİYA, VURĞU VƏ FASİLƏ



Yüklə 264,25 Kb.
səhifə27/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   23   24   25   26   27   28   29   30   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

MÖVZU 10
İNTONASİYA, VURĞU VƏ FASİLƏ


Intonasiya. İntonasiya latın sözüdür, "ucadan tələffüz etmək" mənasında işlənir. İntonasiya modallıq bildirir. Məntiqi nitqdə fikrin, mövzunun məzmununu dəqiq və aydın şəkildə çatdırmaq üçün cümlələrin ekspressivliyini təmin etməyə yönəlmiş intonasiya diqqətdə saxlanılır. Nitqdə emosional boya kəsb etməklə dinləyicilərin hisslərinə təsir mexanizmi kimi intonasiya xüsusi əhəmiyyət daşıyır. İntonasiya baxımından düzgün qurulmuş nitq insanların qəlbinə tez yol tapır, onları darıxmağa, yorulmağa qoymur, xoş əhval-ruhiyyə yaradır, maraq oyadır. Nitqin ahəngi, melodik səs quruluşu, ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), tempi və ya surəti (müəyyən vaxt ərzində surətli və ya yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi xüsusiyyətləri - birlikdə intonasiyanı təşkil edir. Məhz intonasiya vasitəsilə nitqdə müxtəlif emosional vəziyyət yaradılır. Modallıq bildirən intonasiya cümlənin mənasını müəyyənləşdirir, cümlə üzvlərinin düzgün qruplaşdırılmasını təmin edir, cümlə daxilində xitabları, ara sözləri, ümumiləşdirici sözləri, əlavələri və xüsusiləşmələri nəzərə çarpdırır. Dilimiz intonasiya cəhətdən zəngindir və bu hesaba nitq prosesində rəngarəng məna çalarları yaratmaq olur. İntonasiya, qısa şəkildə desək, tələffüz hadisəsidir. ünsiyyət prosesində natiq öz məqsədinə uyğun tərzdə nitqini qurur. Yazılı nitqi oxuyan şəxs yazanın intonasiyasını eşitmir, amma yazı manerasından, durğu işarələrinə və dil vasitələrinə istinadən onun hansı hisslərlə cümlələri qurmasını təsəvvür edir. Fikrin məzmunu leksik, qrammatik və intonasiya vasitələrinin qarşılıqlı münasibətində öz ifadəsini tapır. Bir sıra hallarda intonasiyanın rolu o qədər böyük olur ki, o, fikrin əsasını təşkil edir, sözün əsas mənasını dəyişdirə bilir. Məsələn: əyləşin, bağışlayın, üzr istəyirəm, xoş gəldiniz, bəli, əhsən, təşəkkür edirəm və s. kimi söz və ifadələr intonasiyadan asılı olaraq həm nəzakət və hörmət mənalarını ifadə edir, həm də istehza, hiddət, qəzəb, kinayə məqamlarında işlədilir. İntonasiyanın yardımı ilə oxucu və ya dinləyici söylənilən fikrin məqsədini tam aydınlığı ilə dərk edə bilir: Əliqulu Baloğlanoviçin canı üçün! Yaşınızın keçməsinə nə baxırsınız? Sifətinizə yüngül bir əl gəzdirsəniz, bəsdir. Mən axırıncı dəfə evlənəndə remontdan elə çıxmışdım ki, neçə gün özüm özümü tanımadım?! (S.Rəhman) İntonasiya ilə bağlı qüsurlar həm sürətli, həm də asta danışıq və ya oxu zamanı üzə çıxır. Sürətin normaya uyğun deyil, ondan aşağı və ya yuxarı avazlanması mənanın təhrif olunmasına gətirib çıxarır. Avazlanmanın zəif nitq taktları, cümlələr arasındakı fasilə qədərindən artıq və ya əskik olması nəticəsində nitq gözəlliyini itirir. İntonasiyanın kasıblığı və ya çoxluğu danışanın mövzunu məzmuna uyğun forma ilə verə bilməməsi hesabınadır. İntonasiya tələffüzün dörd elementini - fasilə, vurğu, melodiya və tempi özündə birləşdirir. Bu dörd element nitqin xarici komponentləridir və onlar birlikdə avazlanmanı yaradır, nitqdə ifadəliyin verilməsinə xidmət edir.
Vurğu. Sözlərdə hecalardan və ya cümlələrdə sözlərdən birinin digərlərinə nisbətən daha güclü, ucadan, qüvvətli tələffüz olunmasına vurğu deyilir. Dilimizdə vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğu. Heca vurğusuna söz vurğusu da deyilir. HECA VURĞUSU Sözdəki hecalardan birinin digərinə (digərlərinə) nisbətən qüvvətli tələffüz olunması heca vurğusu adlanır. Söz vurgusu dilin lüğət tərkibi ilə əlaqədardır, sözün təbitəindən irəli gəlir. Heca vurğusu təkhecalı sözlərə aid deyil. Heca vurğusu sözlərdə tələffüz zamanı səslənmə gözəlliyi yaradır, bəzi hallarda isə yeni məna əmələ gətirir. Fonosemantik vəzifə daşıyan vurğu yerini dəyişərkən sözün leksik-semantik mənası da dəyişir. Azərbaycan dilində vurğu, adətən, sözün son hecasının üzərinə düşür. Lakin 204 nitq prosesində bəzi milli və alınma sözlərdə vurğunu yeri bilməyərəkdən dəyişdiriləndə sözün mənası ya təhrif olunur, ya da dinləyicilər natiqi həmin sözü düzgün tələffüz etmədiyinə görə savadsız hesab edirlər. Məsələn: ismin xəbərlik şəkilçisi (- dir4 ), felin şəxs şəkilçiləri (-am/-əm, -san/-sən və s.), felin inkar şəkilçisi (-ma/-mə) vurğu qəbul etmir. Asiya, Afrika, amma, ancaq, sanki, yenə, dünən, yalnız, digər opera, kafedra, lakin, lirika, kamera, Sabir, diktor, dollar, era, finiş, kompas, klinika, kodeks, kubok, lazer, marşrut, maksimum, norma, nota, orden, pasport, pauza, prinsip, taktika, tennis, texnika, titul, bəzən və s. sözlərdə vurğu birinci hecaya; analoq, diametr, monometr, müharibə, Füzuli, xüsusən, filosof, dinamo sözlərində ikinci, arzu, müxtəlif, sadəcə, İngiltərə sözlərində isə vurğu son hecaya düşür. Vurğunun yerini dəqiq bilməyənlər qəribə tələffüzə görə adamlarda gülüş doğurur. Müşahidələr göstərir ki, sözlərdə vurğunun yeri səhv salınanda təkcə sözün deyil, bəzən cümlənin də mənası dolaşıq düşür: dəymədüşər- dəymə, düşər; düymə-düymə, dimdik- dimdik, görməmiş-görməmiş, bağla-bağla, yağsa-yağsa, qızdır-qızdır, azdır-azdır, qazdır-qazdır, gülün-gülün və s. kimi omoqraf sözlər yalnız vurğu vasitəsilə fərqlənir və məna dəyişikliyi baş verir, eləcə də vurğunun qüsurlu tələffüzü zamanı nitqin intonasiyasında o andaca yaranan qeyri-adilik dərhal nəzərə çarpır, nitqin təsiri azalır, natiqin mədəni səviyyəsi və savadlı olması şübhə altına alınır. Heca vurğusu yazılışı eyni, səslənməsi müxtəlif olan sözləri də əhatə edir. Dildə omofonlar, omoqraflar, omoformlar kimi işlənən sözlərdə vurğu əsas rol oynayır. Omoqraflar müxtəlif nitq hissələrinə aid olub, hər hansı bir morfoloji əlamət qəbul edərək və ya etməyərək eyni şəkildə yazılan, lakin vurğuya görə fərqlənən sözlərdir. Məsələn: çəkmə (isim)-çəkmə (fel, əmr forması II şəxsin təkində), sərin (sifət)- sərin (fel, əmr forması, II şəxsin cəmi), alma, dondurma, qovurma (hamısı isim)-alma, dondurma, qovurma (hər üçü fel, əmr forması, inkarda, II şəxcsin təkində) və s. Mürəkkəb sözlərin vurğusu düzgün qoyulmadıqda məna pozğunluğuna gətirib çıxarır, tərkib qovuşmuş bir söz kimi deyilir, söz birləşməsinə oxşayır. Məs: Ağdam, Ağdaş, Ağsu, ildönümü, sübhçağı, Göyçay sözlərində vurğu birinci hecaya, Qarabağ, dünyagörüşü sözlərində vurğu ikinci hecaya, alagöz, qaraqaş, Həsənoğlu, yadelli, əlyazması, boyunbağı, beşillik, ayaqqabı, ilanbalığı, qayınana tipli mürəkkəb sözlərdə vurğu tərkibin ikinci tərəfinin üzərinə düşür. Birinci tərəfi saitlə bitib, ikinci tərəfi saitlə başlanan xüsusi mürəkkəb isimlərdə vurğu ikinci tərəfin üzərinə keçəndə birinci tərəfin son saiti ixtisar olunaraq tələffüzdən düşür: Əli Ağa- Əlağa, Əli Əsgər-Ələsgər, Vəli Ağa-Vəlağa, Əli Əkbər-Ələkbər və s. Tərkibində qeyri sözü olan sifətlərdə söz vurğusu qeyri sözünün üzərinə düşür: qeyri-adi, qeyri-rəsmi, qeyri-məqbul, qeyri-müəyyən və s. Tərkibi əvəzliklərdə vurğu ikinci tərkibin üzərinə keçir: heç kəs, heç kim, hər kəs, heç biri, hər biri, nə cür?, nə vaxt?, nə zaman? və s. Avazlanmanın ən vacib elementi olan vurğu düzgün işlədilmədikdə nitqin ümumi ahəngi pozulur, nitq yad, əcnəbi adamın danışığını xatırladır.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin