ŞAHLAR HƏSƏNOĞLU
T Ə L Ə B Ə L Ə R
Roman
Birinci hissə
Sona bülbüllər
Bakı-2016
2
3
Ön söz
Bu roman “Gənclik” nəşriyyatında bəyənilib 1987-ci ilin
planına salınmışdı. Sovet dövrünün qaydası ilə onu gizli rəyə
göndərdilər. Cəmi 10-12 sətirdən, iki bənddən ibarət mənfi rəy
gəldi. Etiraz edib rəyin əsassızlığını sübut etdim. Romanı ikinci
rəyə göndərdilər. İkinci rəy birincinin tam təkrarı idi:
1. Ro
manda mürtəce, pantürkist “Ərgənəkon” əfsanəsinə
işarət edildiyinə görə onu sovet gənclərinə təqdim etmək
olmaz;
2. Mərkəzi Komitə spirtli içkilərə qarşı geniş kampaniya
başlatdığı halda romanda tələbələr düşərgələrində, pambıq
tarlasında harda gəldi yemək-içmək kampaniyaları, ad günləri
təşkil edir, spirtli içkilər içirlər. Bu da Mərkəzi Komitənin
siyasətinə bilavasitə qarşı çıxmaq deməkdir”.
Yenə etiraz etdim: “Əvvələn ən azı 1500 il öncələrdə
yaranmış xalq əfsanəsi necə mürtəce və necə “pantürkist” ola
bilər, ikincisi romanda cərəyan edən hadisələr Mərkəzi
Komitənin spirtli içkilərə qarşı başlatdığı kampaniyadan 10-15
il öncələrdə baş verir”.
Rəhbərlik haqlı olduğumu görüb dedi – Müəllim bu
rəyçilər elə-belə adamlar olmayıb yuxarılarla (yəqin ki,
Senzorla) bağlıdırlar. Onların bu rəylərindən sonra romanı çap
etsək başımız ağrıyar. Sən belə elə: çap olunmuş bütün əsərlə-
rini topla, bir neçəsini də əlavə elə, gətir kitab halında çap edək.
Beləcə “Gənclik” nəşriyyatında “Yaxan düymələ” – povest və
hekayələr kitabım kütləvi tirajla çap edildi.
Roman isə qaldı. Onu “Azərbaycan” jurnalına da təqdim
etm
işdim. Baş redaktor (yanılmıramsa Zöhrab Tahir idi)
oxuyub dedi: “Şustrıy” əsərdir, gətir qısaldıb çap edək.
Razılaşmadım. Sonralar peşman oldum razılaşmadığıma görə.
Lakin dünyanın qəfil belə dəyişəcəyini o vaxt nə bilmək olardı?
Bu yaxınlarda o vaxt –yev, indi –zadə olan ikinci rəyçim
televizorda nə desə yaxşıdır: “Sovet hökuməti 70 ildə, ondan
4
əvvəl də Çar hökuməti 200 ildə bizə milli mənliyimizi dərk
etməyə, mədəniyyətimizi inkişaf etdirməyə hər vasitə ilə mane
olub”.
Paho! Sovet senzirasının (KQB-sinin) ştatdankənar
əməkdaşı nə yaman dəyişib, milli mənliyimizdən, mədəniy-
yətimizdən danışır. Vətənpərvər, millətçi, türkcü olub.
Əslində heç düz də demir: istər Çarizm, istər Sovet
hakimiyəti nə qədər müstəmləkəçi rejimlər olsalar da, hər halda
Qərb sivilizasiyaları idilər və bizi Avropa mədəniyyətinə
qovuşdurdular. Hər iki dönəmdə Azərbaycan mədəniyyəti yük-
sək dərəcədə inkişaf etdi. XX əsrin 1-ci qərinəsindəki mədəni
yüksəlişimizi göz önünə gətirin. Sovet hakimiyyəti Azərbay-
canda ana dilində əvvəlcə ibtidai, sonra yeddiillik, sonra orta
ümumi icbari təhsili həyata keçirdi. Indi məlum olur ki, bir vaxt
hamımızın lənətlədiyi “Gülüstan” və “Türkmənçay” müqadilə-
ləri Şimali Azərbaycanın taleyində nə qədər müsbət rol oyna-
yıb. əgər bu müqavilələrlə Şimali Azərbaqcan İran imperiya-
sından qoparılıb Çar Rusiyasina birləşdirilməsəydi nə Çar
hakimiyyəti, nə Sovet dövründəki o mədəni yüksəlişimiz, nə
hazırkı Müstəqil Azərbaycan dövlətimiz mövcud olardı. Indi
filologiya elmləri doktoru olan həmin rəyçi guya bunları dərk
etmir? Gözəl dərk edir. Ancaq indi belə şeyləri söyləmək ona
sərf etmir. O vaxt Sovet senzurasına (KQB-yə) xidmət etmək
sərf edirdi. Indi axına qoşulub Sovet dönəmini, Çarizmi
lənətləmək sərf edir. O heç vaxt obyektiv olmayıb, sadəcə
sərfə, fayda güdüb, onda da, indi də.
Romana gəldikdə əgər müəllif onu internetə ötürə bilsə
ziyalı oxucular görəcəklər ki, o Sivet dövrü gerçəkliklərini
realistcəsinə əks etdirən həqiqətən də “şustrıy” əsərdir və
oxumağına dəyər.
Sonda: birinci rəyçi (indi o dünyasını dəyişib) romanın
əlyazmasının bir yerində belə yazmışdl: “Siz qadını ideallaş-
dırırsınız. Əgər qadın idealdırsa onda küçələrdə, evlərdə, res-
toran və mehmanxanalarda, bar və pritonlarda can alveri ilə
5
məşğul olan, ərinə xəyanət edən, ərini, uşaqlarını atıb başqa
kişiyə qoşulub qaçan qadınlar nədi? Deməli siz qadını da,
həyatı da yaxşı bilmirsiniz”.
Mən onun bu iradına cavab olaraq romana həkim İs-
mayılovun hekayətini əlavə etdim. Göstərmək istədim ki, mən
həyatı da, qadını da gözəl bilirəm. Sadəcə olaraq mən qadını
ideal görmək istərdim. Ideal qadınlar isə var həyətda! Onlar
olmasaydı həyatın heç mənası olmazdı.
“20 Yanvar” faciəsində gənc həyat yoldaşının düşmən
gül
ləsinə tuş gəlib şəhid olmasını eşidəndə sirkə turşusu içib
özü
nü öldürən Fərizə ideal qadınlığımızın parlaq timsalı
deyilmi?
Bu qəmli hekayət “Leyli-Məcnun”, “Əsli-Kərəm” dastan-
larının müasir, həm də daha təsirli variantı: “Fərizə-İlham”
dastanıdır!..
Dostları ilə paylaş: |