Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə29/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   25   26   27   28   29   30   31   32   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Həyəcanlı vurğu. Nitqin emosionallığını artıran vasitələrdən biri də həyəcanlı vurğudur. Yüksək emosiya, hiss-həyəcan ifadə etmək məqsədilə cümlədə, abzasda sözün və ya ayrıca bir cümlənin yüksək intonasiya ilə deyilməsi həyəcanlı vurğu adlanır. Məntiqi vurğudan fərqli olaraq, həyəcanlı vurğu ən azı bir cümləni əhatə edir, iki, üç və daha çox cümlə, hətta bir abzas, beyt, bənd həyəcanlı vurğu altında deyilə bilir, danışanın nəzərdə tutduğu məqsədi məharətlə əks etdirir. Deməli, cümlənin bütün üzvləri, yaxud iki, üç cümlə, bəzən də bir abzas xüsusi intonasiya ilə ifadə olunur, nitq axarında aktuallaşmış üzvə, hissəyə çevrilir, dinləyicilərin diqqətini özünə yönəldir. Məsələn: - Bir qulağın məndə olsun, a Bəbir, gör sənə nə deyirəm. Qədiri də öldürüblər! Bəbir bəy qaşlarını çatdı. Ona tərəf əyildi. Qəlyan əlindən düşdü: - Necə? - Qədiri ey!.. Qədir tərəfindən başın sağ olsun… Allah sənə səbir versin! Necə olsa nökərin idi! - Belə bizim bu Qumrunun əri!.. - Özüdür, həmin Qumrunun əri!... Məşədi Cahangir son sözlərini mənalı əda ilə bitirdi: "Qu…mru..nun…əəəəri!" (Mir Cəlal. "Dirilən adam" romanından). Azərbaycan dilində qoşa sait və ya qoşa samitlərin işlənməsi təsadüfi xarakter daşıyır, amma həyəcanlı vurğu zamanı nitqdə belə hallara yol verilir: Məs: - Əccəb oldu, qoy ollsun! Danışşş! Məni, məni, məni qəmzə oxilə öldürdü! Sənin, sənin, sənin ol cadu gözlərin yeksər (Nəsimi). A-a-a-al ki, yeridir kö-kö-kö-könlümü mənim, Sa-sa-sa-sal ki, yeridir zü-zü-zü-zülfünə çini (Nəsimi). Vurğunun bu növü danışanın daxili hissinin, həyəcanının səslərlə ifadəsidir. Bu zaman sözün bir səsi-saiti, yaxud samiti daha gərgin, daha güclü olur, səs uzadılır; Ay, can, of, uf, tfu, vay və s. nidalararında sait və samitlər qoşalaşdırıldıqda, üçləşdirildikdə əmələ gələn məna həyəcanlı vurğu hesabınadır. - Vay (vayy), vay (vayy)! Nə yaman müşkülə düşdü işim, Allah (M.Ə.Sabir). Çox qəşəngdir (qəşşşəngdir)!
Fasilə. Nitq axını zamanı cümləyə fonosintaktik çalar verən fasilənin də xüsusi yeri vardır. Danışıqda tənəffüs məqsədilə edilən fasilə fonetik-ritmik qrupun yaranmasında başlıca vasitədir. Tənəffüs nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Fasilə nitqi məntiqi məna daşıyan hissələrə bölməklə onun dəqiqliyinə, düzgünlüyünə, aydınlığına səbəb olur. Məsələn: Oxu, qardaşın kimi, tənbəl olma - Oxu qardaşın kimi, tənbəl olma; Gözəl qızın lenti hanı?- Gözəl, qızın lenti hanı? Əmiqızın yatmayıb ki, səni gözləyir - Əmi, qızın yatmayıb ki, səni gözləyir və.s. Bu cümlələrdə diqqəti çəkən fasilədir. Şifahi nitqdəki fasiləni yazıda durğu işarəsi (vergül) əvəz edir. Tənəffüs və durğu işarələri cümlənin mənasını dəyişdirə bilir. Cümlədə qarşılaşdırma bildirən amma, ancaq, fəqət, lakin, səbəb bildirən çünki bağlayıcılarından, bir sıra ədatlardan, artıq, hətta, bəri, qabaq, əvvəl, sonra, ötrü, ilə qoşmalarından, xitablardan sonra da fasilə edilir, yazıda onlardan əvvəl və ya sonra vergül işarəsi qoyulur. Əruz vəznində yazılmış əsərlərdə, xüsusən qəzəllərdə fasilə təfilələrini (təqtləri) gözləmək mütləq lazımdır. Hər bir təqtdən sonra edilən qısa və ya davamlı fasilə nitqdə xüsusi ritm yaradır. Məsələn: Qamu bimarinə canan/dəvayi-dərd edər ehsan,// Neçin qılmaz/mənə dərman/, məni bimar o sanmazmı?// (Füzuli) Kipriyin xəncərdir/, qaşların kaman// Yıxdığın acizə/ verməzsən aman,// Dedilər//, cəlladsan/, etməzdim güman,// Salacaqdır məni/ qana gözlərin,// (Ə.Vahid) Nitq zamanı səsin müəyyən intervalda alçalıb yüksəlməsi melodiklik əmələ gətirir. Nitqin bu keyfiyyəti hissi halların ifadəsinə xidmət edir, emosional həssaslığın göstəricisinə çevrilir. Cümlənin melodiyası əvvəlcə yüksək olur, sona doğru al çalır. Səs tonunun ucalıb enməsi yazıda durğu işarələri ilə tənzimlənir. Sual və nida işarələri ilə işlənmiş cümlələr səs tonunun yüksəklyi ilə seçilir: Məsələn: Haydı dəlilərim, bu gün dava günüdür! Dostum, bəs harada qalmışdın? Monotonluq nitq üçün pis əlamətdir. Belə danışıq tərzi dinləyiciləri yorur. Amma səs tonunun dəyişməsi, gah sual, gah da nida cümlələrinin işlədilməsi (boş hay-küy deyilsə) rahat oturanları oyadır, silkələyir, dinləyicinin marağını artırır. İfadəliliyin incə vasitələrindən biri də səsin tembridir. Ümumiyyətlə, dilimizin fonetik siseminə aid qaydalar nitqin gözəl, ifadəli olmasını şərtləndirən vasitələrdir. Nitqdə ədəbi tələffüz normalarına düzgün əməl olunması, danışıqda fasilə və durğu-intonasiya, vurğu, tembr, ritm kimi səs, tələffüz çaları nitqin ahəngdarlığına müsbət təsir göstərir, məzmunun aydın başa düşülməsinə köməklik göstərir, dinləyici və oxucuları maraqlandırır, düşündürür.



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin