Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


b) Şərq mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları



Yüklə 264,25 Kb.
səhifə32/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   28   29   30   31   32   33   34   35   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

b) Şərq mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları
1. Ərəb mənşəli alınma sözlərdə bir sıra sait səslər uzun tələffüz olunur; məsələn:
[a:]- a:lim, a:rif, ha:kim, ta:rif və s.
[e:]- e:lan, e:tiraf, e:timad və s.
[ə:]- ə:la, tə:nə, mə:na və s.
[ö:]- mö:min, şö:lə, mö:təbər və s.
Ancaq sait səslərin alınma sözlərdə bu cür uzun tələffüzü fonoloji əhəmiyyət kəsb etmir.
2. Qoşa [y] samitli ərəb mənşəli alınmalarda:
a) hər iki samit tələffüz olunur; məsələn: əyyam, əyyaş, müəyyən və s.
b) [y]-lardan biri deyilir; məsələn: ədəbiyyat- [ədəbiyat], mədəniyyət-[mədəniyət], səhiyyə-[səhiyə], səmimiyyət-[səmimiyət] və s.
3. Söz sonunda [b] → [p] əvəzlənməsi baş verir; məsələn:
kitab → [kitap], ədəb → [ədəp] , katib → [katip] və s.
c) Qərb mənşəli alınma sözlərin düzgün tələffüz qaydaları
1. Qərb mənşəli sözlər Azərbaycan dilinə, əsasən, rus dili vasitəsilə keçib sabitləşdiyindən tələffüzdə həmin sözlərin rus “aksent”i aparıcıdır; məsələn: teatr, radio, televizor, kooperasiya, tolerant, subyektiv, professional və s.
2. İlk vurğusuz hecalarında o hərfi ilə ifadə olunan səslər [a] kimi tələffüz olunur; məsələn: monarxiya-[manarxiya], kommunizm-[kammunizm], kordinasiya-[kardinasiya], toponimiya-[tapanimiya] və s.
3. Rus dilində yazılışında ю hərfli alınma sözlər [ü] səsi ilə tələffüz olunur; məsələn: компютер → [kampüter], агглютинация → [aqlütinasiya] və s.
4. Rus dilində yazılışında ц hərfli alınma sözlər [s] səsi ilə tələffüz olunur; məsələn: цитата → [sitat], лицей → [lisey] və s.
Sözün düzgün tələffüzündə vurğuya ( söz vurğusuna) əməl etmək əsas tələblərdən sayılır.
Azərbaycan dilində vurğu, bir qayda olaraq, sözün son hecasına düşür; məsələn: [ağáç], [torpáx], [qırmızí], [yirmí], [ağár(max)], [yaralán(max)], [ mükəmməl], [seminár], [aqressiv] və s.
Həm Şərq, həm də Qərb mənşəli alınmalarda vurğunun mənbə dildəki yeri dəyişmir; məsələn: [müvəffəqiyyət], [ümúmən], [máksimum], [televizya], [texnalógiya]
Azərbaycan nitq mədəniyyətinin ən mürəkkəb ( və nitq praktikasında ən çox problem yaradan) məsələsi, özünü fonomorfoloji proseslərdə göstərir. O baxımdan ki, sözlərə artırılarkən şəkilçilərin əslində stabil olan fonetik quruluşunda müəyyən ( və qanunauyğun) dəyişikliklər baş verir:
1) isimdən isim düzəldən -lıq, -lik, -luq, -lük [-lıx, -lix', lux, lüx'] şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [ -dıx, -dix', -dux, -düx'] kimi tələffüz olunur; məsələn: [daşdıx], [təmizdix'], [otdux], [düzdüx'];
2) isimdən sifət düzəldən –lı, -li, -lu, -lü şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [ -dı, -di, -du, -dü] kimi tələffüz olunur; məsələn: [atdı], [dərddi], [oddu], [süddü];
3) cəmlik bildirən –lar, -lər şəkilçisi artırıldığı bəzi sözlərdən sonra [-dar, -dər] kimi tələffüz olunur; məsələn: [qızdar], [saatdar], [adətdər], [əmanətdər];
4) ismin çıxışlıq hal şəkilçisi –dan,-dən artırıldığı bəzi sözlərdən sonra [-nan, -nən] kimi tələffüz olunur; məsələn: [sənnən], [dərinnən], [axşamnan] və s.
Düzgün tələffüz nümunələri
I. Şeir mətni
a) yazılı forma
Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu, dağların təbiətindən,
Coşub-daşmağım var, soralmağım var.

Sözdən öz ömrümə bir heykəl yonub,


Gözəllik önündə heyrətdən donub,
Arı tək çiçəkdən-çiçəyə qonub,
Dədə ocağından göz almağım var.

Suyam, damla-damla daşdan çıxmışam,


Gözəm, göz yaşıyam, yaşdan çıxmışam,
Bir qarlı, boranlı qışdan çıxmışam,
Təzə çiçəklənib yaz olmağım var.

Duyğular bağında güllər bitirib,


Bir ömrün içində min ömür sürüb,
Şair tək əlinə qələm götürüb
Aşıqtək sinəmə saz almağım var.

Bənzər xəyalımız uçan quşlara,


Tarix qiymət verər uca başlara.
Ulu qayalara, qızıl daşlara
Qədim əlifbatək yazılmağım var.
( Zəlimxan Yaqub)
b) şifahi forma
Mən bir dağ çayıyam, dağ bulağıyam,
Mənim çoxalmağım, azalmağım var.
Gəlir bu, dağların təbiyətinnən,
Coşub-daşmağım var, soralmağım var.

Sözdən öz özümə bir heykəl yonup,


Gözəllix' önündə heyrətdən donup,
Arıtəx' çiçəx'dən-çiçəyə qonup
Dədə ocağınnan köz almağım var.

Suyam, damla-damla daşdan çıxmışam,


Gözəm, göz yaşıyam, yaşdan çıxmışam,
Bir qarrı, borannı qışdan çıxmışam,
Təzə çiçəx'lənip yaz olmağım var.

Duyğular bağında güllər bitirip,


Bir ömrün içində min ömür sürüp,
Şayir təx' əlimə qələm götürüp,
Aşıxtəx' sinəmə saz almağım var.

Bənzər xəyalımız uçan quşdara,


Tarix qiymət verər uca başdara.
Ulu qayalara, qızıl daşdara
Qədim əlipbatəx' yazılmağım var.



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin