Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə33/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   29   30   31   32   33   34   35   36   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

II. Nəsr mətni
a) yazılı forma
Yay keçib getdi, payız gəldi və həmin payız günü həyətimizə axşam təzəcə düşmüşdü, mən evimizin həyətə açılan qapısı ağzında oturub bilək nazikliyində yaraşıqlı bir ağac olmuş o söyüdün saralmış yarpaqlarına baxa-baxa həyətimizin sakitliyinə qulaq asırdım və o sakitlik yenə də mənim ürəyimi sıxırdı, mənə elə gəlirdi ki, o sakitlik kiminsə görünməz gözləri ilə mənə baxır, o sakitlik bilir ki, bu saat mən həyətimizdə təkəm, mənim heç kimim yoxdur; o sakitlik, elə bil, pusquda durub.
Anam çörək növbəsinə getmişdi, məhəlləmizin uşaqları yəqin ki, Sarı hamamın həyətinə yığılmışdı, amma mənim gedib onlara qoşulmağa həvəsim yox idi, o dəm mən, hətta Balakərimin tütəyinə, söhbətlərinə də qulaq asmaq istəmirdim, elə-eləcə o tənha həyətimizdə oturmuşdum, bilək nazikliyində bir ağac olmuş o söyüdə baxırdım, yerə sallanmış budaqlarının yavaş-yavaş tamam saralan yarpaqlarına baxırdım və o söyüdün yarpaqlarının da beləcə saralması, küçədəki o qoşa tutan, o böyük və yaşlı qoca tutun yarpaqları kimi quruyub tökülməsi mənim ürəyimi daha da sıxırdı...
( Elçin)

b) şifahi forma


Yay keçip getdi, payız gəldi və həmin payız günü həyətimizə axşam təzəcə düşmüşdü, mən evimizin həyətə açılan qapsı ağzında oturup biləx' nazix'diyində yaraşıxlı bir ağac olmuş o söyüdün saralmış yarpaxlarına baxa-baxa həyətimizin sakitdiyində qulağ asırdım və o sakitdix' yenə də mənim ürəyimi sıxırdı, mənə elə gəlirdi ki, o sakitdix' kiminsə görünməz gözdərilə mənə baxır, o sakitdix' bilir ki, busaat mən həyətimizdə təkəm, mənim heç kimim yoxdu; o sakitdix', elə bil, pusquda durup.
Anam çörəx' nöbəsinə getmişdi, məhləmizin uşaxları, yəqin ki, Sarı hamamın həyətinə yığışmışdı, amma mənim gedib onnara qoşulmağa həvəsim yox idi, o dəm mən, hətda Balakərimin tütəyinə, söhbətdərinə də qulağ asmağ istəmirdim, elə-eləcə o tənha həyətimizdə oturmuşdum, biləx' nazix'diyində bir ağac olmuş o söyüdə baxırdım, yerə sallanmış budaxlarının yavaş-yavaş tamam saralan yarpaxlarına baxırdım və o söyüdün yarpaxlarının da beləcə saralması, küçədəki o qoşa tutun, o böyüx' və yaşdı qoca tutun yarpaxları kimi quruyup tökülməsi mənim ürəyimi daha da sıxırdı...
Bütün dillərdə olduğu kimi, Azərbaycan dilində də orfoepiya qaydalarının pozulmasına ən çox səbəb olan səciyyəvi amillər var ki, onlar aşağıdakılardan ibarətdir:
a) dialekt-şivə tələffüzü variantlarına meyl etmək;
b) yazı normalarını hərfi-hərfinə tələffüzə gətirmək;
c) əcnəbi dillərə məxsus tələffüz maneralarına uymaq.
Nitq mədəniyyətində düzgün yazıya ( orfoqrafiyaya), demək olar ki, bütün dillərin təcrübəsində düzgün tələffüzdən (orfoepiyadan) daha çox önəm verilir. Bunun birinci səbəbi yazının tarixən yaranmış özünəməxsus “kult”udur. Və bu “kult” yazının, şifahi nitq kimi ötəri, keçici olmaması, yüz, hətta min illər qorunub saxlanılmasından-“ yazıya pozu yoxdur” qənaətindən irəli gəlir.
Məlumdur ki, şifahi nitqdə çox “asanlıqla” ( və müxtəlif təbii səbəblər üzündən) yol verilən qüsurlar yazılı nitqdə tamamilə qeyri-təbii ( və bağışlanmaz) sayılmaqla dərhal yazı müəllifinin savadsızlığı təsəvvürünü yaradır. Və yazıda normativliyin gözlənilməsinə verilən xüsusi önəmin nəticəsidir ki, hər bir dilin orfoqrafiya qaydaları rəsmi status daşıyır.
Hal-hazırda qüvvədə olan “ Azərbaycan dilinin orfoqrafiya qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur. Həmin qaydalar aşağıdakılardan ibarətdir:



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin