Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə64/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   60   61   62   63   64   65   66   67   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

16. MƏQALƏ.
Çempionla görüş

Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Olimpiya və iki dəfə dünya çempionu Fərid Mansurovla tələbə və müəllimlərin görüşü keçirilmişdir. Görüşdə Fərid Mansurovla yanaşı Olimpiya çempionu Elnur Məmmədli, dünya və Avropa çempionu Rövşən Bayramov, Avropa çempionu Həsən Cəbrayılov da iştirak edirdilər ki, bu da tələbələrin böyük marağına səbəb olmuşdu. Akademiyanın idman işləri üzrə prorektoru, professor D.Q.Quliyev F. Mansurovun həyatından, müxtəlif illərdə dünya və Avropa çempionatlarında, xüsusən XXX Olimpiya oyunlarında apardığı mübarizədən olduqca maraqlı epizodlar danışdı. O, yazmış olduğu kitabda, eləcə də xaricdə çap olunmuş qəzet və jurnallarda Fərid haqqındakı fikirləri nəzərə çatdırdı. Akademiyanın “Güləşmə və onun metodikası” kafedrasının müdiri, professor A.A.S., kafedranın müəllimlərindən dosentlər C.Yaqubov, İ.Abdulqədirov və başqaları çempionun uğurlarının tələbələrimiz üçün örnək olmasını vurğuladılar. Sonda Fərid Mansurov çıxış edərək gələcək planlarından danışdı və tələbələrlə xatirə şəkli çəkdirdi.


Nüsrət Məmmədli,
"İdman təkmübarizliyi" fakültəsinin tələbəsi


17. MƏLUMAT. Məlumat ərəb mənşəli "məlum" sözünün cəm formasıdır, aydın, aşkar, bilinən mənasındadır. Hər hansı bir xəbər haqqında bildiriş xarakteri daşıyır. Elanlar lövhəsində bir vərəqdə yazılır, məlumatı rəsmi şəkildə çatdırmaq məqsədi daşıyır.
Nümunə:
Məlumat
Azərb. DBTİA-nın bütün əməkdaşlarının, müəllim və tələbələrin nəzərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2010-cu il tarixli qərarı ilə Novruz bayramı 20-27 martda keçiriləcəkdir və həmin günlər iş günü hesab edilmir. Tədris hissəsi


18. MÜQAVİLƏ. "Müqavilə" ərəb mənşəli söz olub, "qarşılıqlı razılaşma", "anlaşma" deməkdir. Məzmununa görə müqavilənin müxtəlif növləri vardır: sülh müqaviləsi, ticarət müqaviləsi, təhsil müqaviləsi, icarə müqaviləsi və s. Müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki tərəfin nümayəndələri tərəfindən təsdiqlənir. Müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və nəzərdə tutulmuş vaxta qədər qüvvədə qalır. Müqavilələr dörd nüsxədə tərtib edilir və hər tərəfdə eyni qüvvəyə malik 2 nüsxə saxlanılır.
Nümunə:

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin