Azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiYA” fənninin Sİllabusu



Yüklə 39,82 Kb.
səhifə11/12
tarix03.12.2023
ölçüsü39,82 Kb.
#138009
1   ...   4   5   6   7   8   9   10   11   12
C fakepathsillabus 2023 (1)

VII. Müəllim haqqında məlumat

Müəllimin adı,
soyadı, atasının adı



Elmi adı, dərəcəsi

Məşğələ otağı

Tələbələrə auditoriyadan kənar məsləhət saatları

Məsləhət üçün otaq

Aslanova Ülkər Heydər q.

f.ü.f.d.
müəllim




1






VIII. Müəllimin tələbləri
Müəllimin tələblərinə aşağıdakı meyarlar daxildir:

  1. Dərslərdə tələbələrin müntəzəm iştirak etmələri;

  2. Təklif olunan ədəbiyyatlarla sərbəst işləmək;

  3. Dərslərdə aktiv iştirak etmək;

  4. Fənnin tədrisinə ayrılmış ümumi saatın 50%-ni auditoriyadan kənar, sərbəst işləmək üçün fəaliyyət göstərmək və onun 50%-ni müəllimlə birgə işləmək;

  5. Semestr ərzində hər dərsdə cari biliyin yoxlanılmasının aparılması ilə bağlı tələbələrin məsuliyyət daşımaları;

  6. Fənnin dərindən mənimsənilməsi ilə bağlı müəllimə qarşı tələbkarlıq göstərmək;

  7. Tələbələr tərəfindən semestr ərzində fənnin mənimsənilməsi ilə bağlı nəzərdə tutulmuş maksimum 50 balın qazanılması üçün ciddi cəhd göstərmək.

IX. Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli

Tələbələr tərəfindən fənnin mənimsənilməsi səviyyəsini müəyyən etmək məqsədi ilə tələbələrin təqdimat mövzuları qiymətləndirilir və semestr ərzində aralıq imtahanları keçirilir. Aralıq imtahanı 0-20 balla qeyd olunur, tələbələrin semestr ərzində fəallığı 0-10 balla qiymətləndirilib təqdimat mövzularından qazandığı balların tərkibinə daxil edilir.


Biliyin qiymətləndirilməsi çoxballı sistem əsasında aparılır. Fənn üzrə tələbələrin topladığı maksimum balın həddi 100-dür. Bunun 50 balı imtahanda, 50 balı isə semestr müddətində qazanılır.
Semestr ərzində toplanacaq maksimum 50 balın tədris göstəriciləri üçün paylanması “kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında” ADNSU-nun 02/149 nömrəli 04.02.2019-cu il tarixli əmrinə əsasən aparılır. Tələbələrin imtahanda aldıqları ballar semestr ərzində topladığı ballara əlavə olunur. Konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə tələbənin biliyi aşağıdakı kimi qiymətləndirilir.
91-100 bal - əla (A); 81-90 bal-çox yaxşı (B); 71-80 bal –yaxşı (C); 61-70 bal – orta (D); 51-60 kafi (E); 50-dən az –qeyri- kafi (F)
İmtahana görə, aralıq imtahanlarına görə, fənn üzrə verilmiş təqdimat mövzularına görə balların qiymətləndirilməsi “Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə”yə görə aparılır.



Yüklə 39,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin