Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Kommunikasiyanın tərkib hissələri



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə11/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   7   8   9   10   11   12   13   14   ...   78
Sofiya m

Kommunikasiyanın tərkib hissələri.
Formal olaraq kommunikasiya prosesində 
iki tərəf iştirak edir: mənbə (informasiya ötürən, kommunikator) və alıcı 
(informasiya qəbul edən, resipient). Mənbə zehnində formalaşdırdığı mesajı 
(informasiyanı )müəyyən simvollardan (səslər, işarələr, jestlər və s.) istifadə edərək 
kodlayır və müvafiq kanallar (tellər, efir, kağız, telefon) vasitəsilə ötürür. 
Göndərilən mesajın məzmunu mənbə ilə alıcının münasibətindən asılıdır. Əgər 
mənbə alıcı ilə intellekt və peşəkarlıq, status cəhətdən eyni səviyyədədirsə, mesajı 
düşüncəsində tərtib etdiyi formada ötürür. Yox, əgər alıcının səviyyəsi fərqlidirsə, 
mesajın mətni adekvat qavrayış üçün redaktə edilməlidir. 
Tədqiqatlar göstərir ki, müsbət, xoş məlumat asanlıqla mesaj şəklində 
formalaşdırılır və alıcı tərəfindən daha tez və rahatlıqla qəbul edilir. Mənfi 
məzmunlu məlumatı ötürmək, məzmunu formalaşdırmaq daha çətindir. 
İstənilən kommunikasiya prosesində əsas 4 element çıxış edir: mənbə, 
mesaj,kanal və alıcı. 
Yuxarıda da qeyd eydiyimiz kimi, kommunikativ və yaxud rabitə prosesinin 
baş tutması üçün ən azı iki tərəf olmalıdır: tələb olunan iki tərəfdən biri göndərən, 
yəni informasiya mənbəyidir, digər tərəf isə qəbuledicidir. Göndərən əvvəlcə 
fikrində göndərmək istədiyi mesajı yaradır və sonra bu fikri kodlaşdırır; yəni onu 
sözlərə, rəqəmlərə, və ya bədən dilinə çevirir. Buna "simvollar yaratmaq" deyilir. 
Rəmzlər müəyyən kodlara çevrilir və rabitə kanalı vasitəsilə qəbulediciyə göndərilir. 
Mənbə.
Mesajın mənbəyi kommunikasiyanın təşəbbüskarıdır. Mənbə 
olmadan rabitə mümkün deyil. Ünsiyyətdə ən vacib məsuliyyət göndərənə aiddir. 
Müvəffəqiyyətli ünsiyyətin əsas şərtlərindən biri göndəricinin mövcud olmasıdır. 


Göndərən mesajı alıcının zehni qavrayış qabiliyyətinə görə kodlaşdırmalıdır. 
Alıcının anlamadığı bir mesaj heç bir işə yaramaz. 
Kommunikasiya mənbə mesajı göndərməyə başlayanda yaranır. Keyfiyyətli 
mübadilə üçün informasiya mənbəyi və yaxud qaynağı aşağıdakı xüsusiyyətləri 
özündə birləşdirməlidir: 

Mənbə ətraflı məlumata malik olmalıdır; 

Mənbə kodlaşdırma qabiliyyətinə malik olmalıdır;

Mənbə daşıdığı statusa uyğun davranmalıdır; 

Mənbə gizli olmamalıdır.
Mesaj (Məlumat, Xəbər).
Mesaj, a lıcı üçün stimul rolunu oynayan bir siqnal 
və ya siqnalların birləşməsidir. Kommunikasiya mənbə tərəfindən göndərilən 
mesajın alıcı tərəfindən qavranılmasıdır. Mesaj mənbə tərəfindən düşünülmüş fikir,
və ya məlumatın kodlaşdırılmış forması kimi şifahi, vizual və eşitmə işarələrindən 
ibarət konkret bir məhsuldur. Mesajlar mənbədən gələn məlumatı birbaşa və 
birmənalı çatdırmaqla yanaşı, dolayısı ilə, sətiraltı mənalar da ehtiva edə bilər. Məs. 
işə gecikən bir şəxsə rəhbərinin “sabahın xeyir” sözləri həqiqi mənasından ziyadə 
digər ironik məqamlaqrı da ifadə edir. 
Mesaj tərtib edilərkən bir sıra mühüm şərtlərə əməl etmək lazımdır: 

Mesaj aydın və anlaşıqlı formada tərtib edilməlidir. Aydın olmayan mesaj 
keyfiyyətli kommunikasiyaya mane olan ən önəmli əngəllərdən biridir; 

Mesaj yetərincə açıq olmalı və mənbə alıcıdan nə istədiyini aşkar göstərməlidir;

Mesajın ötürülmə vaxtı da dəqiq müəyyən edilməlidir. Vaxtında ötürülən mesaj daha 
təsiredici keyfiyyətdə olur;

Mesajın mənbədən alıcıya qədər izlədiyi yol da çox önəmlidir. Bu yolda mesaja 
müəyyən əlavələr və dəyişikliklər edilə bilər ki, bu da alıcıda səhv düşüncə və fikir 
formalaşdıra bilər.
Kanal. Kanal mesajları daşıyan hər hansı bir fiziki vasitədir. Kanal mesajın 
göndəricidən alıcıya ötürülməsidir. Bunlar işıq dalğaları, radio dalğaları, səs 
dalğaları, telefon kabelləri və sinir sistemi ola bilər. Kanal mesajın növünə görə 


seçilməlidir. Bu baxımdan mesajı uyğun kanal vasitəsilə göndərmək keyfiyyətli 
kommunikasiyanı təmin etmək üçün vacib bir ünsürdür. 
Təşkilatlarda rabitə kanalları rəsmi və qeyri-rəsmi ola bilər. İş daxilində rəsmi 
rabitə kanallarına əmr-göstəriş, təklif-şikayət qutuları, şirkət jurnalı və ya işgüzar 
görüşlər zənciri nümunə ola bilər. Qeyri-rəsmi ünsiyyət kanalları dedi-qodu və 
şayiələrdir. Digər tərəfdən, iş xaricində müxtəlif rabitə şəbəkələri, eləcə də yeni 
mobil ünsiyyət vasitələri, internet insanlar və təşkilatlara çox inkişaf etmiş bir 
ünsiyyət imkanı yaradır. Yadda saxlamaq lazımdır ki, işdən kənarda yaranan hər 
hansı şəxsi dostluq artıq kommunikativ proses olmaqdan çıxıb, şəxsi ünsiyyətə 
çevrilir. 
Əsas qayda budur ki, ünsiyyət vasitəsi və yaxud ünsiyyət kanalı göndərilən 
mesaja uyğun seçilsin. İnsanlarda eşitmə, görmə, duyma funksiyalarının inkişaf 
səviyyəsinin müxtəlif olduğunu nəzərə alıb bir neçə ünsiyyət kanalından birlikdə 
istifadə olunması daha çox effekt verir. 
Alıcı (Hədəf). Mənbənin mesajını qəbul edən şəxs alıcı hədəfdir. Alıcı, tək və 
ya çox adam, müəyyən və qeyri-müəyyən ola bilər. Ancaq alıcı yoxdursa, deməli, 
rabitə hadisəsi baş verməyib. 
Şifrəli mesajı alan və kodu açan şəxs alıcıdır. Alıcı mesajı qəbul edərək rabitəni 
dayandırır və ya mesaj göndərməklə göndəriciyə çevrilir. Qeyd etdiyimiz kimi
kommunikasiya ən azı iki nəfərin iştirak etməsini tələb edir. Onlardan biri 
informasiya mənbəyidir, digəri isə qəbuledicidir. Bir insan təkbaşına ünsiyyət qura 
bilmədiyi üçün (özü ilə qurduğu rabitədən başqa. Düşünmək və xəyal etmək şəxsin 
özü ilə qurduğu ünsiyyətdir) alıcılar və ya reseptorlar mütləqdir. Rabitə ilə 
göndərilən mesaj bir çox alıcıya ünvanlana bildiyi kimi, yalnız bir alıcıya da sahib
ola bilər.
Effektiv kommunikasiya prosesi üçün alıcının sahib olmalı olduğu 
xüsusiyyətlər aşağıdakılardır: 

Alıcı mesajı qəbul edə bilməlidir. 

Alıcı göndərilən mesajı dərk edə biləcək səviyyədə olmalı, qavramada problem 
yaşamamalıdır. 



Ayrıca, alıcı istəkli olmalıdır. Alıcının mənbə tərəfindən göndərilən mesajına laqeyd 
qaldığı təqdirdə mesaj aşkarlanmayacaq.

Alıcının məlumatlı olması və geribildirim sistemi olmalıdır. 

Alıcı seçici olmalıdır. 

Alıcı tutduğu mövqe ilə barışmalıdır. Məsələn, tələbə müəllimin bələdçi olduğunu 
anlayarsa, mənbənin istəklərini qəbul edə, öz davranışlarının hüdudlarını bilər və 
mesajdan səmərəli istifadə edər. 

Alıcı da bir mənbə olmağı bacarmalıdır.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin