İşgüzar kommunikasiya fərdlərarası əlaqələrin qurulması və inkişafına xidmət
etdiyi üçün sosial hadisədir. İnsanlar nə üçün işgüzar kommunikativ münasibətlər
qururlar? Bu sualın cavabı birbaşa işgüzar
kommunikasiyanın məqsədlərini
müəyyən edir. Deməli, işgüzar kommunikasiya bizə aşağıdakı məqsədləri həyata
keçirmək üçün lazımdır:
•
Subyekt və idarəedici obyektlər arasında informasiya mübadiləsi zamanı;
•
İşçilər və işçi qruplar arasında məlumat mübadiləsi
fəaliyyətlərinə nəzarət və
koordinasiya üçün;
•
İdarəetmənin səmərəliliyini artırmaq üçün informasiya axınlarının tənzimlənməsi və
optimallaşdırılması proseslərində;
•
İş prosesində fərdlərarası münasibətlərin qurulmasında.
Fərdlərarası
işgüzar kommunikasiyanın məzmunu
da çoxtərəflidir:
•
Maddi,
yəni məhsul mübadiləsi;
•
Koqnitiv, bilik mübadiləsi;
•
Bacarıq
və vərdişlərin mübadiləsi;
•
Psixoloji və fizioloji vəziyyətlərin mübadiləsi (gülmək, əhval yüksəltmək,
gülümsəyərək qəzəbləndirmək və s.);
•
Həvəsləndirici mübadilə.
Bütün hallarda isə kommunikasiyanın məzmununu
bir insandan digərinə
ötürülən informasiya təşkil edir.
İşgüzar kommunikasiya müəyyən bir fəaliyyət növünün (peşəkar, istehsalat,
elmi, ticari, siyasi və s.) təşkili və optimallaşdırılması üçün istifadə olunur. Və
kommunikasiya məqsədyönlü fəaliyyət olduğundan onun hər bir formasının
(müzakirə, söhbət, iclas və s) məzmunu kommunikativ
niyyətdən və umulan
nəticədən asılıdır. Əgər ünsiyyətin məqsədi nəyi isə aydınlaşdırmaqdırsa, bu
informasiyanın məzmunu təlimat, izahat, məsləhət xarakterli olacaq. Yox, əgər
məqsəd kimin isə mülahizələrini təkzib etməkdirsə, bu zaman məzmun dəlil, sübut
və tənqidi fikirlərdən ibarət olmalıdır.
“Funksiya” latın mənşəli termin olub mənası icra, vəzifə,
fəaliyyət dairəsi,
təyinat və s. deməkdir.
Dostları ilə paylaş: