Daxili faktorlar isə şəxsiyyət, ehtiyaclar, məqsədlər, motivasiya, inanclar, dəyərlər,
münasibətlər, ümidlər, gözləntilər, arzu və istəklər, keçmiş təcrübə və vərdişlərdən
ibarətdir.
Beləliklə, mesajın tam qavranılması mənbənin və alıcının kifayət qədər bilik və
bacarığa malik olmalarından çox asılıdır . Göndərən və alıcı simvollara eyni məna
vermirsə, rabitə prosesi qüsurlu olacaq.
Mesajın dərk olunması, anlaşılması da
alıcının mənbəyə münasibətindən qaynaqlanır. Tədqiqatlar göstərir ki, eyni məlumat
müxtəlif kateqoriyalarda fərqli formalarda qəbul edilir:
•
Müdir və iş yoldaşı
•
Dost, ya düşmən.
•
Yad, yaxud yaxın adam
Beləliklə, kommunikasiya prosesinin effektivliyi hər iki tərəfin mesajın
məzmununa münasibətindən asılıdır.
Mövzu 4.
Dostları ilə paylaş: