arasında yaşanır və çox zaman qeyri-rəsmi xarakterdə olur. İşgüzar söhbətin
məqsədləri aşağıdakılardır:
•
həmsöhbətə müəyyən təsir göstərməklə, onu hərəkətə gətirmək, yeni iş
münasibətləri yaratmaq;
•
yaranmış problemin
mahiyyətini başa düşmək;
•
işçilərin açıqlamalarına və fikirlərinin təhlilinə əsaslanan həll yolu
işləmək;
•
işçi ideya və niyyətlərin birgə axtarışı,
irəli sürülməsi və operativ
işlənməsi;
• artıq başlanmış işgüzar tədbirlərə nəzarət və onların əlaqələndirilməsi;
• işgüzar fəallığın stimullaşdınlması;
İşgüzar söhbət dialoq şəklində baş verir. Bunun üçün görüş zamanı veriləcək
suallar, irəli sürüləcək mülahizələr diqqətlə seçilməli,
həmsöhbətin müzakirə
olunan mövzuya şəxsi münasibətinin ortaya çıxmasına yardımçı olmalıdır.
Söhbəti sual verən şəxs idarə edir, buna görə söhbəti düzgün istiqamətə
yönəltmək və nəzarətdə saxlamaq üçün açıq və birmənalı suallardan istifadə etmək
məqsədəuyğundur.
İşgüzar söhbət növləri:
İş görüşməsi (işə qəbul).
Söhbətin məqsədi aşağıdakıları müəyyən etməkdir:
•
namizədin işin öhdəsindən gəlmək potensialını və bunu başqalarından
daha yaxşı edə biləcəyini;
•
namizədin şəxsi keyfiyyətlərinin təşkilatın davranış şərtlərinə
uyğun
olub-olmamasını;
İşdən çıxarıldıqda söhbət (çıxış görüşü).
Söhbətin gedişi işçinin işdən çıxarılma səbəblərindən asılıdır.
•
bir şəxs öz iradəsi ilə gedərsə, təşkilatda baş verənlər barədə doğru
məlumat əldə etmək üçün işdən çıxmağının səbəbini daha ətraflı
öyrənə bilərsiniz. Əgər səbəb iş prosesi ilə bağlı qarşıdurmadırsa,
təşkilatın imicinə xələl gətirən informasiyanın yayılmasının qarşısını
almaq üçün vəziyyəti yumşaltmağa çalışmaq, işçinin
könlünü almaq
vacibdir.
•
bir işçi işəgötürənin təşəbbüsü ilə işdən ayrılırsa, belə bir qərarın
səbəblərini izah etmək, zəruri hallarda təşkilatın əmək bazarında
nüfuzunu qorumaq üçün psixoloji və ya konsultativ dəstək vermək
mümkündür.
•
İntizam söhbətləri.
Belə söhbətlər hər hansı əməkdaşın
işində problemlər olduqda, intizam
pozuntuları baş verdikdə keçirilir. Bu söhbətin konstruktiv bir təbiətə sahib olması
üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:
•
işçi və onun işi barədə bütün lazımi məlumatları əvvəlcədən toplamaq;
•
aşağıdakı mesajlar ardıcıllığına əməl etmək:
➢
işçinin işi barədə müsbət cəhətləri öncə vurğulayıb
daha sonra
tənqidə keçmək;
➢
işçinin qabiliyyətlərinə və motivasiyasına inam ifadə edərək
vəziyyəti necə düzəltməyi öyrətmək.
•
şərhləri mümkün qədər spesifik etmək;
•
şəxsiyyəti deyil, işi tənqid etmək.
Dostları ilə paylaş: