Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə26/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   22   23   24   25   26   27   28   29   ...   78
Sofiya m


-
tədbirin keçiriləcəyi yer yazılmalıdır; 
-tədbirin təşkilatçısı qeyd olunmalıdır. 
Elanın aşağıdakı növləri vardır: reklam, afişa, anons. 
-reklam latın dilində “qışqırmaq” mənasındadır; 
-afişa fransızca “tamaşa, konsert, idman yarışı haqqında elan” deməkdir; 
-anons fransızca “müəyyən bir məsələ ilə bağlı radio və televiziyada 
əvvəlcədən verilən elan”dır. 
6. ETİBARNAMƏ
. Etibarnamə ərəbcə "etibar" ("nəzərə alma") və farsca 
"namə" ("məktub", "kağız") sözlərinin birləşməsindən yaranıb, "etibaretmə sənədi" 
mənasındadır. Etibarnamə bir şəxsin bir işin icrasını başqa birisinə etibar etdiyini 
bildirən sənəddir. Bir şəxsin və ya bir idarənin adından iş görmək üçün verilən bu 
rəsmi sənəd müəssisənin kadrlar şöbəsində, yaxud dövlət notariusu tərəfindən təsdiq 
olunur. 
7. Əmr.
"Əmr" sözü ərəb mənşəli olub iş, şey, sərəncam mənasındadır, bir işin 
görülməsi üçün verilən hökm, göstərişdir. Bu əməli yazı forması idarə, müəssisə, 
təşkilat və s. rəhbərinin rəsmi sərəncamıdır. Əmr müəssisənin xüsusi əmr blankında 
çap olunur. Vərəqin birinci sətrində əmr verən müəssisənin adı göstərilir. İkinci 
sətirdə böyük hərflə "Əmr" sözü yazılır. üçüncu sətirdə sol tərəfdən əmrin verildiyi 
tarix, sağ tərəfdə isə əmrin verildiyi şəhərin adı qeyd edilir. Altında aşağıdan əmrin 
verilmə səbəbi və ya məqsədi açıqlanır. Ondan aşağıdakı sətirdə vərəqin ortasında 
"əmr edirəm" sözləri gəlir. Sonra əmrin məzmunu verilir. Əmrin aşağı hissəsində 
əmrin əsası yazılır. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, adı və atasının 


adlarının baş hərfləri və soyadı göstərilir. Rəhbərin imzasından sonra əmri 
hazırlayanın və əmri verməyə razılığı olan şəxsin imzası qeyd edilir. Əmrin icrası 
ilə bağlı qurumlara göndərilməsi haqqında göstəriş olur. İdarə rəhbərinin, məktəb 
direktorunun (rektorun) əmri, işə qəbul etmə, işdən xaric etmə, müəyyən iş tapşırma, 
komissiya yaratma, tədbir keçirmə və s. kimi əmrlər vardır.
8. ƏRİZƏ
. "Ərizə" ərəbcə "ərz" sözündən olub "bir şey bildirmə", "şikayət 
etmə", "xahiş" mənalarında işlənir. Məzmununa görə ərizənin iki növünə təsadüf 
olunur:
1. Şikayət xarakterli ərizə, 2. Xahiş məqsədilə yazılan ərizə. Ərizələr müxtəlif 
məzmunlu olsa da, formaca eynidir. Ərizənin yazılış forması belədir:
1. Ərizə vərəqin sol tərəfindən 4-5 sm yer buraxılmaqla ortadan yazılır. 
Nisbətən sağda, abzasdan böyük hərflə təşkilatın adı və ya müraciət edilən şəxsin 
vəzifəsi, titulu, adının və atasının adının baş hərfləri və soyadı yönlük halda qeyd 
olunur;
2. Sonrakı sətirdə abzasdan ərizə verən öz kimliyini, adını və soyadını 
bütövlükdə çıxışlıq halda göstərir;
3. Sonrakı sətirdə vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.
4. Təzə sətirdən, abzasdan qısa, aydın və məzmunlu şəkildə ərizəçinin istəyi, 
fikri şərh olunur;
5. Ərizənin sonunda ərizəçi şəxsi imzasını qoyur, aşağıdan sol tərəfdən ərizənin 
yazılma tarixini (gün, ay və ili) göstərir.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin