sözü yazılır.
6. "Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı sətrin əvvəlində
göstərilir, onların çıxışındakı fikirlərin qısa məzmunu aydın qeyd olunur.
7. Sonra vərəqin ortasında "Qərar" sözü yazılır. Məsələnin qərar hissəsi iclasın
məqsədini ifadə etməli, bəndlər üzrə yığcam şəkildə yazılmalıdır.
8. Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və onlar protokolu
imzalayırlar.
19. SƏRƏNCAM.
"Sərəncam" fars mənşəli sər (baş) və əncam (son, nəhayət,
aqibət) sözlərinin birləşməsindən düzəlmişdir. Əmr, göstəriĢ,
tədbir görmə, həll
etmə anlamındadır
20. TELEFONOQRAM.
"Telefonoqram" yunanca tele(uzaq), fone(səs),
qramme (yazı) sözlərinin birləşməsindən düzəlmişdir. Müəyyən bir məlumatı,
hadisəni telefonla lazımi yerə çatdırmaq üçün telefonoqramdan istifadə olunur.
Telefonoqrama verilən tələblər:
1. Telefonoqramın nömrəsi göstərilməlidir;
2. Telefonoqramın nə məqsədlə vurulması yazılmalıdır;
3. Çağırılan yerin ünvanı, tarix
və saat dəqiq göstərilməlidir;
4. Telefonoqramı göndərən və qəbul edən şəxslər vəzifəsini, ad və soyadlarını,
telefon nömrəsini, ayın tarixini dəqiq yazmalıdırlar;
21. TELEQRAM.
"Teleqram" yunanca tele (uzaq), qramme (yazı) söz
birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır.
Teleqram vasitəsilə
müəyyən məlumat və ya müəyyən miqdarda pul uzaq məsafəyə təcili çatdırılır.
Teleqramın yazılış forması:
1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir;
2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır;
3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır.
2
Dostları ilə paylaş: