dəyişdirilməsi, pauzanı, öskürməyi, narazılığı bildirmək üçün səs tonunun
yüksəltilməsi, bir anlığa danışığın dayandırılması və s. hərəkətləri aid etmək olar.
3. Məkanla bağlı işarələr sistemini çox zaman proksemimika
(“proxomi” latın
mənşəli sözdür, hərfi mənası “yaxın”deməkdir) da adlandırırlar. Bəzən insanlarla
həm zaman, həm məkan baxımından saxladığın məsafə də müəyyən mesajlar
ötürmək üçün vasitəyə çevrilir. Bu baxımdan mütəxəssislər əsasən 4 yaxınlıq
bölgəsindən bəhs edirlər:
1.Məhrəm bölgə - 15-46 sm
2.Şəxsi bölgə - 46 sm – 1.2m
3.Sosial bölgə - 1.2m – 3.6m
4.Ümumi bölgə - 3.6 – daha artıq
Məhrəm bölgə ən yaxın qohumlar və ən səmimi dostlar, sevgililər arasında
mövcud olur. Tanımadığın, yaxud tanıyıb heç sevmədiyin birinin bu bölgəyə daxil
olması sizi narahat edəcək. Eləcə də sən başqasına bu məsafədə yaxınlaşdıqda onu
narahat edəcək, heç də xoş hisslər yaratmayacaqsan.
Şəxsi bölgə daha çox fərdi seçimlərlə bağlıdır. Bu bölgədə ətrafdakılarla
məsafənizi özünüz təyin edirsiniz. Bu bölgə müxtəlif tədbirlərdə, ofis daxilində
keçirilən mərasimlərdə, dost məclislərində yoldaşlarımızla aramıza qoyduğumuz
məsafədir.
Sosial bölgə isə yad insanlarla, misal üçün, evimizi təmir edən ustalarla,
mağazadakı satıcı ilə, işə yeni gələn əməkdaşla aramızdakı məsafədir.
Ümumi və ya ortaq ünsiyyət bölgəsində birinci və ikinci ünsiyyət bölgəsindəki
hərəkət və davranışları həyata keçirçək mümkün deyil və yersizdir. Hətta bu
məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə olaraq,
misal üçün mühazirə dinləyirsən və deyə bilərsən ki, ümumi ünsiyyət bölgəsinə
düşmüsən.
Dostları ilə paylaş: