Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Qeyri-verbal işarələrin növləri



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə31/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   27   28   29   30   31   32   33   34   ...   78
Sofiya m

Qeyri-verbal işarələrin növləri. 
Elmi ədəbiyyatlarda qeyri-verbal işarələr 
sistemini 3 qrupa ayırırlar: 
 
1.optik-kinetik işarələr sistemi;
2.paralinqvistik və ekstralinqvistik işarələr sistemi;
3. məkanla bağlı işarələr sistemi; 
1.Optik-kinetik
(“kinetik” yunan mənşəli sözdür, hərfi mənası “hərəkət” deməkdir) 
ünsürlərə jestlər, mimikalar, müxtəlif davranış kodları daxildir. Çox zaman fərdin 
emosional cavabları kimi qiymətləndirilən bu elementlər insanın ümumi motor 
bacarıqları kimi qəbul edilir. Qeyri-verbal ünsiyyət elementlərindən ən populyarı da 
təbii ki, jest və mimikalardır. Buna bədən dili də deyilir. Bədən dili insanların duyğu, 
davranış və niyyətlərini açığa vuran elementlərdir.
Mimika (Üz ifadələri).
“Mimika” yunan mənşəli “mimikos” sözündən alınmış, hərfi tərcüməsi “təqlid” 
deməkdir. İnsanın üzü onun fiziki görünüşünün əsasını təşkil edir. Üz əzələlərinin 
gərginliyi insanın sifət ifadəsinin dəyişməsinə səbəb olur ki, bu da birbaşa həmin 
şəxsin ruh halında baş verənlərin ilk siqnal işarəsidir. Üzdəki hər bir ifadə çox sayda 
üz əzələsinin daralmasıdır. Çünki bütün üz əzələləri ümumi bir sinir sisteminə 
bağlıdır və vahid mərkəzdən idarə olunur. Bir çox təqlidin (üz ifadələrinin) mənası 
universaldır. 
Üz ifadəsini idarə etmək olduqca çətindir, amma onu inkişaf etdirib "zəngin bir 
üzə" sahibdir olmaq mümkündür. Belə bir ifadə var: “Qəlbi üzündən oxunur”. 
Ümumiyyətlə, insanın xarici görünüşü və daxili aləmi arasındakı əlaqənin nisbəti, 
birinin digərinə təsiri daim diqqət mərkəzində olan mövzulardandır. Fizioqnomika 
elminin banilərindən olan antic yunan filosofu Aristotel insanların intellect və 


davranışlarını onun xarici əlamətlərindən çıxış edərək şərh etmiş, heyvanlarla 
müqayisədən belə çəkinməmişdir. Aristotel yazırdı:
“Öküz kimi yoğun burun tənbəllik, donuzda olduğu kimi iri deşikli burun 
axmaqlıq əlamətidir. İtdəki kimi sivri burnu olanlar kəmhövsələ, qartal burunlular 
cəsarətli, qarğa burunlular isə ehtiyatlı olurlar”. 
Aristotelə görə, əgər bir insanın üzündə hər hansı bir emosional vəziyyətin 
qabarıq təzahürləri varsa, o, böyük ehtimalla həmin xarakterin yiyəsidir. Yəni bir 
insanın üzündən qorxaqlıq yağırsa o, qorxaq, hiyləgərlik tökülürsə o, hiyləgər, 
cəsarət oxunursa, o, cəsarətlidir. 
Yaxın Şərqdə, xüsusən bədəvilər arasında nəinki səhranın, eyni zamanda, insan 
çöhrəsinin sirlərini oxumaqla məşğul olan qiyafə sənəti xeyli məşhur idi. Bədəvi 
ərəblər üçün aslana bənzər adamlar cəsur, mərhəmətli, qururlu, bəbirə bənzəyənlər 
isə kinli və xain hesab edilirdi. Onlara görə geniş alın axmaqlıq, dar alın çeviklik 
əlamətidir. Örta ölçülü gözlərə sahib olanlar kəskin ağıl və gözəl xarakterli olur, 
sabit baxışlar keylik, dağınıq baxış isə hərdəmxəyallıqdan xəbər verir.
Insanlar razılıq və narazılıqlarını, sevinc və kədərini və s.məlumatları işarələr
sistemi kimi jestlərdən istifadə etməklə bir-birinə çatdırırlar. Lakin heç də jest və 
mimikalar həmişə vahid şəkildə , eyni cür başa düşülmür. Müxtəlif mədəniyyət, 
social inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edrilər. 
Məsələn, əksər xalqlar kimi bizim xalqımız da başın yuxarıdan aşağıya doğru 
hərəkətini təsdiq, razılıq, yanlara doğru hərəkətini isə narazılıq kimi başa düşürük. 
Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür. 
Bunula belə psixoloqlar aşkara çıxarmışlar ki, çox vaxt bədənin, üzün ifadəli 
hərəkətləri, qeyri-verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha 
çox təsir göstərir.
2.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin