qırmızı, əyri, doğru, yuxarı, aşağı, qarı, qoca, birinci, sonuncu, gəl, get, danış, yaşa,
düşün, dayan və s.
2. Son səsi q hərfi ilə yazılıb müxtəlif cür deyilən sözlərdə həmin səsin düzgün
tələffüz şəkli [x]-dır; məsələn: otaq-otax, daraq-darax, qaymaq-qaymax, soyuq-
soyux, uzaq-uzax, quraqlıq-quraxlıx, sarmaşıq-sarmaşıx, axtarmaq-axtarmax,
yıxılmaq-yıxılmax, qorunmaq-qorunmax və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x] səsi [ğ] səsinə keçir;
məsələn: otax → otağa, darax → darağı, qaymax → qaymağın və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x] səsi olduğu kimi qalır;
məsələn: otax → otaxda, darax → daraxdan, qaymax → qaymaxlı və s.
3. Son səsi k hərfi ilə yazılıb müxtəlif cür deyilən ikihecalı sözlərdən həmin
səsin düzgün tələffüz şəkli [x']-dir; məsələn: ürək-ürəx', çiçək-çiçəx', çörək-çörəx',
kəpənək-kəpənəx', örpək-örpəx', gəzmək-gəzməx', getmək-getməx', tələsmək-
tələsməx' və s.
Bu sözlərə sait səslə başlayan şəkilçi artırıldıqda [x'] səsi [y] səsinə keçir;
məsələn: ürəx'-ürəyə, çiçəx'-çiçəyi, çörəx'-çörəyin və s.
Samit səslə başlayan şəkilçi artırıldıqda isə [x'] səsi olduğu kimi qalır; məsələn:
ürəx'-ürəx'də, çiçəx'-çiçəx'dən, çörəx'-çörəx'li və s.
4. Son səsi c hərfi ilə yazılan iki və daha artıq sözlərdə həmin səs [ç] şəklində
tələffüz olunur; məsələn: qazanc → [qazanç], qılınc → [qılınç], sanc(maq) →
[sanç(max)] və s.
Bu qayda alınma sözlərə də aiddir; məsələn: möhtac → [möhtaç], merac →
[me:raç] və s.
Həmin sözlərə saitlə başlayan şəkilçi əlavə edildikdə [ç] səsi [c]-ya keçir;
məsələn: [qazanç] → [qazancı], [me:raç] →[meraca] və s.
5. Qoşa q hərfi ilə yazılan sözlərdə birinci hərf [k'], ikinci hərf isə [q] kimi
tələffüz olunur; məsələn: toqqa → [tok'qa], saqqal → [sak'qal], taqqıltı → [tak'qıltı]
və s.
Dostları ilə paylaş: