Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə10/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   ...   6   7   8   9   10   11   12   13   ...   78
Sofiya m

 Kommunikasiya anlayışı.
Kommunikasiya prosesinin tərkib hissələri
 
Kommunikasiya anlayışı.
Çağdaş günümüzdə kommunikasiya anlayışının aktual 
olmadığı sahə tapmaq çətin olduğu kimi, müxtəlif tipli kommunikasiya prosesləri gündəlik 
yaşantımızın da əsas atributuna çevrilmişdir. Təsadüfi deyil ki, yaşadığımız XXI əsr 
informasiya və texnologiya dövrü kimi xarakterizə olunur. Gündəlik həyatımızı bütünlüklə 
zəbt etmiş kommunikasiya proseslərini lakonik, lakin tam anlamda ifadə etmək bir qədər 
çətindir. Çünki kommunikasiya deyərkən bir çox məna və anlayışlar nəzərdə tutulur: 
Kommunikasiya – münasibətlərin, biliklərin, düşüncələrin, hisslərin və 
davranışların "mənbədən" "hədəfə" köçürülməsidir; 
Kommunikasiya – məlumatın bir şəxsdən və ya qrupdan digər şəxsə və ya 
qrupa ötürülməsidir;
Kommunikasiya – insanların hiss və düşüncələrinin, inanclarının, münasibət və 
davranışlarının şifahi, yazılı və şifahi olmayan formada ifadəsidir; 
Kommunikasiya – məlumat və mənaların mənbədən hədəfə ötürülməsidir;
Kommunikasiya – mənaların simvollar vasitəsilə ötürülməsidir. 
Ünsiyyət və kommunikasiya terminlərini bir-biri ilə qarışdırmaq olmaz.
Düzdür, müəyyən hallarda bu terminlərdən sinonim kimi istifadə edilir. Lakin bu 
terminlər arasında müəyyən fərqlər mövcuddur. 
Məlum olduğu kimi, cəmiyyət 
üzvləri arasında davamlı qarşılıqlı əlaqələr iki səviyyədə reallaşır. Bunlardan biri
daha çox cəmiyyət üçün nəzərdə tutulan sosial həyatdır, digəri isə insanın fərdi 
ehtiyaclarından irəli gələn şəxsi həyat. Sosial səviyyədə qurduğumuz əlaqələr, 
iştirakçısı olduğumuz ünsiyyət bizim iradəmizdən kənar formalaşır, daha doğrusu, 
istəyib-istəməməyimizdən 
asılı olmayaraq müəyyən qarşılıqlı əlaqələrin 
iştirakçısına çevrilirik. Bu səviyyədə münasibətlər zəminində sosial qaydalar 
yaradılır və bu qaydaların qorunması təmin edilir. Cəmiyyətin hər bir üzvü həm 
ishehlakçı, həm də istehsalçı olmaqla mövcud sistemin fəaliyyətinə öz töhfəsini 
verir. İkinci səviyyə isə bizim şəxsi həyatımızdır. Burada qərarları biz veririk, 
məsafəni biz təyin edirik. Bu səviyyədə ünsiyyətin yaranması insanın şəxsi seçimi 
əsasında müəyyənləşir. Göründüyü kimi, burada 2 fərqli yanaşma mövcuddur: 


obyektiv və subyektiv. Ünsiyyətin obyektiv sahəsi asılılıq, tabeçilik, əməkdaşlıq 
kimi real əlaqələrlə, subyektiv sahə isə iştirakçıların bir-biri ilə şəxsi 
münasibətlərində ifadə olunur. Kommunikasiya məhz obyektiv əlaqələr zamanı 
mübadilə prosesidir. Daha doğrusu, bizim təhsil aldığımız mühitdə, iş həyatımızda, 
müxtəlif qurumlarla əlaqə zamanı qurduğumuz münasibət kommunikativdir.
“Ünsiyyət”lə müqayiqədə “kommunikasiya” daha dar mənalı anlayışdır. 
Kommunikasiya – informasiya ötürməkdir.

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin