Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


şifahi işgüzar kommunikasiya



Yüklə 231,62 Kb.
səhifə11/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   7   8   9   10   11   12   13   14   ...   59
Mövzular 2023

şifahi işgüzar kommunikasiya
İşgüzar kommunikasiyanın ən geniş yayılmış formaları işgüzar söhbət, işgüzar görüş, konfrans, islac və sairədir. Bundan əlavə, daha müasir innovativ formalar – prezentasiya, dəyirmi masa, debat və s. də mövcuddur.
Təqdimat. Yeni yaradılmış müəssisə,layihə,məhsul və s.nin gözəl təqdimatını hazırlamaq və hər kəsi heyran etmək, yəqin ki çoxlarının arzusudur. İşinizdə sizə mütləq maraqlı təqdimat hazırlamaq və onu maraqlı formada təqdim etmək həmişə lazım olacaq. Hər hansı mövzuda təqdimat hazırlamaq üçün müəyyən təməl qaydalar var ki, bunlara əməl olunması məsləhətdir:
Hər hansı mövzuda təqdimat hazırlamaq üçün əsas qaydalar bunlardır:

  • Təqdimatın əvvəlində dinləyiciləri salamlayın, mövzunu və özünüzü təqdim edin;

  • Təqdimatda uzun cümlələr daxil etməyin, cümlələri qısa və aydın şəkildə daxil edin. Əlavə fikirləri isə şifahi şəkildə bildirin;

  • Təqdimatınızın dizaynına xüsusi önəm verin: göz üçün yorucu tünd arxa fondan, oxuna bilməyən rəngdə, ölçüdə və fontda olan yazılardan istifadə etməyin;

  • Həddindən artıq animasiya göz yorucu olduğundan onlardan yerində və düzgün istifadə edin;

  • Təqdimata əlavə etdiyiniz şəkillər, videolar, musiqi təqdimatın mövzusuna uyğun olmalıdır;

  • Başlıqları adi mətndən fərqləndirin, bötövlükdə böyük hərflərdən, ehtiyac olmadıqca nömrələnmiş siyahılardan istifadə etməyin.

  • İstifadə etdiyiniz mənbələri qeyd edin.

  • Təqdimat zamanı sizi dinləyən şəxslərlə göz təmasında olun, səs tonunuzu təqdimat zamanı düzgün idarə edin;

  • Təqdimat edərkən, sizi dinləyənlərə arxanızı çevirməyin və təqdimatdan bir başa cümlələri oxumayın, təqdimatın mövzusuna əvvəlcədən hazırlaşın;

  • Sonda əsas fikrinizi, nəticənizi bir daha xatırladın və dinləyicilərə təşəkkür etməyi unutmayın.



Mübahisə fikirlərin, mövqelərin kəsişməsidir. Mübahisə zamanı tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisə hər hansı bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışan insanlar arasında baş verir. Hər bir müzakirə bu və ya digər dərəcədə mübahisə ilə tamamlanır. Əslində müzakirənin özü də mübahisədir. Həqiqətin ortaya qoyulması naminə aparılan müzakirə faydalı mübahisədir. Bu zaman tərəflər yüksək dərəcədə intizamlı olmalı, bir-birinə hörmətlə yanaşmaları ilə hadisələrin məcradan çıxmamasına nəzarət edirlər.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin