Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə21/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   17   18   19   20   21   22   23   24   ...   59
Mövzular 2023

12. XƏBƏRDARLIQ. "Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), farsca "dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən düzəlmişdir, "xəbəri olmaq", "xəbər vermək" mənasındadır. Xəbərdarlıq, əsasən idarə, təşkilat və ya müəssisələrdə xətaya yol vermiş, qəbahət etmiş şəxsə bir daha belə işləri təkrar etməmək üçün verilir. O, yazılı və ya şifahi göstərişdir. Xəbərdarlıq intizam tənbehi hesab edilməsə də, nəticəsi olmadıqda həmin şəxsə töhmət verilir. Nizam-intizama zidd hərəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir.
13. İZAHAT "İzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır, bir işi, məsələni, hadisəni "açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər. Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir.
14. MÜQAVİLƏ. "Müqavilə" ərəb mənşəli söz olub, "qarşılıqlı razılaşma", "anlaşma" deməkdir. Məzmununa görə müqavilənin müxtəlif növləri vardır: sülh müqaviləsi, ticarət müqaviləsi, təhsil müqaviləsi, icarə müqaviləsi və s. Müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki tərəfin nümayəndələri tərəfindən təsdiqlənir. Müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və nəzərdə tutulmuş vaxta qədər qüvvədə qalır. Müqavilələr dörd nüsxədə tərtib edilir və hər tərəfdə eyni qüvvəyə malik 2 nüsxə saxlanılır.
15. MÜRACİƏT. "Müraciət" ərəb mənşəli söz olub "rica", "çağırış" mənasını ifadə edir. Müraciət şifahi və yazılı formada olur. Yazılı formada olan müraciətdə aşağıdakılar nəzərdə saxlanılır:
1. Müraciətin kimə ünvanlandığı qeyd olunur;
2. Müraciətin mətni məzmunlu və qısa olur;
3. Sonda müraciəti qəbul edən təşkilat və ya şəxs göstərilir.
4. Müraciətin qəbul olunduğu yer və tarix qeyd edilir.
16. PROTOKOL. "Protokol" yunanca protok "ilk, birinci", kolos "yapışdırmaq" sözlərinin birləşməsindən düzəldilmişdir. Kollektivlərdə keçirilən müşavirə, konfrans, yığıncaq, toplantı və iclasların gedişini nizamlamaq üçün sədr və katib seçilir. Sədrin vəzifəsi yığıncağı nəzərdə tutulmuş formada aparmaq, katibin vəzifəsi isə iclasın gedişini sənədləşdirməkdir. Bu yazılı sənəd protokol adlanır. Forma və məzmununa görə protokol bir və ya bir neçə məsələni əhatə edə bilər. Protokolun tərtibi və yazılışında aşağıda göstərilən cəhətlər nəzərdə saxlanılır:
1. "Protokol" sözü və onun nömrəsi vərəqin yuxarısında, ortada böyük hərflərlə yazılır.
2. Təşkilatın adı, yığıncağın keçirildiyi tarix və yer qeyd edilir.
3. Yığıncaqda iştirak edən kollektiv üzvlərinin sayı, rəhbər orqanların nümayəndələrinin adı, soyadı və vəzifəsi göstərilir.
4. Giriş hissədən sonra "Gündəlik məsələlər" qeydi ortadan böyük hərflə yazılır, müzakirə olunacaq məsələ abzasdan verilir. Məsələ birdən çoxdursa, nömrələrlə qeyd aparılır.
5. Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə "Eşidildi" sözü yazılır.
6. "Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı sətrin əvvəlində göstərilir, onların çıxışındakı fikirlərin qısa məzmunu aydın qeyd olunur.
7. Sonra vərəqin ortasında "Qərar" sözü yazılır. Məsələnin qərar hissəsi iclasın məqsədini ifadə etməli, bəndlər üzrə yığcam şəkildə yazılmalıdır.
8. Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və onlar protokolu imzalayırlar.
19. SƏRƏNCAM. "Sərəncam" fars mənşəli sər (baş) və əncam (son, nəhayət, aqibət) sözlərinin birləşməsindən düzəlmişdir. Əmr, göstəriĢ, tədbir görmə, həll etmə anlamındadır

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin