8. Yeniyetmələrin yük aparma normaları.
Azərbaycan Respublikasında ümumi işləyənlərin təxminən 50%-ni qadınlar təşkil edir.
Ağır və zərərli işlərdə qadın əmyindən istifadə edilməsini əmək qanunçuluğu qadağan edir. Gecə növbələrində, həmçinin normadan artıq hamilə qadınların və südəmər uşağı olan qadınların işlədilməsi qadağan edilir. Hamilə qadınları və 8 yaşı-na qədər uşağı olan anaları ezamiyyətə göndərmək olmaz. Bir qadının bir dəfədə götür-düyü yük 15 kq (iki nəfərin nasılkada apardığı yük isə 50 kq) -dan artıq olmamalıdır. Əgər qadın traktorçu-maşinist işləyirsə, o zaman onun işi yerinə yetirmə norması 10% azaldılır və əlavə məzuniyyəti isə 16 iş gününə qədər artırılır.
16 yaşa qədər olan yeniyetmələrin işə götürülməsini əmək qanunuçuluğu qa-dağan edir. Bəzi hallarda həmkarlar ittifaqının razılığı ilə 14-15 yaşına çatmış şəxs-lər işə götürülə bilər. İşə götürülməzdən qabaq bütün yeniyetmələr həkim müayinə-sindən keçməlidirlər. Əmək qanunçuluğu 18 yaşdan aşağı olan şəxsləri ağır, təhlükəli işlərdə, gecə növbələrində habelə normadan artıq işlədilməsini və zərərli şəraitdə işlədilməsini qadağan edir. 15-16 yaşlı yeniyetmələr gündə 4 saat, 16-18 yaşlı yeni-yetmələr isə gündə 6 saat işlədilməlidir. 15-16 yaşına qədər olan yeniyetmələr üçün ildə 42 təqvim günü, 16-18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq məzuniyyət verilir. 16-18 yaşına qədər oğlanlar üçün bir dəfədə (götürülən ) aparılan yük 15 kq, qızlar üçün 10 kq qəbul edilmişdir. İki adam birgə işlədikdə sağlam bədənli oğlanlar üçün nasılkanında çəkisi daxil olmaqla 70 kq, qızlar üçün isə 50 kq müəyyən edilmişdir. Bir təkərli bir oxlu araba tətbiq edildikdə oğlanlar üçün 57,4 kq, yük aparmağa icazə verilir. Qızlara icazə verilmir.
İki təkərli araba tətbiq edildikdə oğlanlar üçün hamar yolda 114 kq, qeyri hamar yolda 57,4 kq aparılmasına icazə verilir. Qızlara icazə verilmir.
Üç və dörd təkərli araba tətbiq edildikdə oğlanlar üçün 82 kq, qızlar üçün isə 57,4 kq yük aparılmasına icazə verilir.
Yer üstlü relisli, yollarda araba ilə yük aparılması lazım gələrsə, oğlanlar üçün 492 kq, qızlar üçün 328 kq müəyyən edilmişdir. Çəkisi 60 kq-dan artıq olan yükləri 3 m məsafəyə qaldırmaq lazım gələrsə, o zaman qaldırıcı mexanizmlərdən və başqa müxanizmlərdən istifadə edilməlidir.
Çəkisi 300 kq-dan artıq olan yükləri qaldırmaq üçün mütləq qaldırıcı kran yaxud telfer tətbiq edilməlidir.
Əmək Məcəlləsinin 241-ci maddəsi ağır işlərdə, zərərli əmək şəraitində habelə yer altı işlərdə qadın əməyindən istifadə edilməsini qadağan edir. 242-ci maddəsi qadınları gecə növbəsində işə cəlb etməyə icazə vermir. Bundan başqa 3 yaşa qədər uşağı olan qadınların növbədən artıq işlədilməsinə, istirahət günləri işlədilməsinə və ezamiyyətə göndərilməsinə icazə vermir. 244-cü maddəsi hamilə qadınların və süd-əmər uşağı olan qadınların Əmək haqqını aşağı salmaq, 240-cı maddəsi işə götürməkdən imtina etmək yol verilməzdir. 250-ci maddəsi 18-yaşdan aşağı olan yeniyetmələrə ağır işlərdə, zərərli və təhlü-əli əmək şəraitində habelə torpaq altı işlərdə işləməsini qadağan edir.
Yeniyetmələri rayon həddibuluğa çatmayan işlər üzrə komissiyanın razılığı ol-madan işdən çıxarmaq qadağandır.
18 yaşdan aşağı olan fəhlə və qulluqçulara əmək haqqı müvafiq olaraq başqa kateqoriyalardan olan fəhlə və qulluqçuların tam əmək haqqı kimi ödənilir. Həddi buluğa çatmayanlar əmək qaydalarını pozduqda daşıdığı məsuliyyət həddi buluğa ça-tanlarda olduğu kimidir.
Dostları ilə paylaş: |