Annotasiya - kitab və məqalənin məzmun və təyinatının sıxlaşdırılmış qısa xarakteristikası.
Arqument - tezisi təsdiqləyən məntiqi dəlil.
Birinci mətnlər - orijinallığı ilə fərqlənərək ilkin baza rolunu oynayan mətnlər.
Dissertasiya - müvafiq elmi dərəcə almaq üçün müdafiə edilən elmi-tədqiqat işi.
Elmi əsərin adı - mövzunu mətnin məzmunu ilə uzlaşdıran mühüm informasiya vahidi.
Fraqment - (latınca - hissə, parça) əsərin, mətnin bir hissəsi.
Giriş - elmi əsərin hissəsi. Özünün dəqiqliyi və dürüstlüyü ilə fərqlənən girişdə mövzunun tədqiqat seçimi əsaslandırılır, məqsəd və vəzifələri təyin olunaraq, onun işləmə metodları göstərilir.