Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Yusifli Zaur Əli oğlu



Yüklə 0,56 Mb.
səhifə2/5
tarix07.06.2018
ölçüsü0,56 Mb.
#52948
1   2   3   4   5

Sxem1.2
Şəxsi sığorta.Şəxsi sığorta sığortada ən mühüm fəaliyyət sahələrindən biri kimi göstərilə bilər. Şəxsi sığorta könüllülük prinsipi əsasında həyata keçirilən fəaliyyət sahələrindəndir. Şəxsi sığorta həyatın şəxslər tərəfindən sığorta edilməsidir. Şəxsi sığorta üzrə müqavilə fiziki şəxslərlə razılaşdırılır və imzalanır. Bu sigortada 3 xüsusi vəziyyət əsas hesab olunur: sığortalanan şəxslərin hal-hazırdaki yaşı; sığortalanan şəxslərin sağlamlıq vəziyyəti ; sığortalanan şəxslərin vətəndaşlığı.

Sığorta tərəflərinin qarşılıqlı razılığına əsaslanaraq müqavilələr istənilən sığorta məbləği ilə imzalana bilər. Sığorta məbləği çox olduğu müddət ərzində sığorta ayırmalarında artım müşahidə olunur ki, bu hal sığortalanan şəxslərin imkanlarının sığorta məbləğindən cox olmasını əsaslandırır. Sığorta məbləğini sığorta müddəti başa çatana yaxın və bədbəxt hadisələr nəticəsində sağlamlığın itirilməsi zamanı məhz sığortalanan şəxsin özü ala bilər. Digər şəxslər bu məbləği ancaq o şərtlə ala bilərlər ki, həmin şəxslərin əlində sığortalanan şəxsin etibarnaməsi olsun. Bu etibarnamənin notarial qaydada rəsmiləşdirilməsi mütləqdir.

Sığorta müqaviləsinə görə sığortalanmış fərd həyatını dəyişdikdə sığorta məbləği əvvəlcədən müəyyən edilmiş şəxsə ödənilir. Dünyadan köçmüş şəxsin əvəzləyicisi məbləği şəxsin vəfatından sonra 3 illik müddət ərzində ala bilir. Sığorta müqaviləsi 3,5,10,15,20 illik müddətə imzalana bilər, amma sığorta yaşı 80 yaşı keçməməlidir. Sığortalanan şəxslərin mühüm bir hissəsi sığorta müqaviləsinin 5 və ya 10 il müddətində nəzərdə tutulmasına daha çox üstünlük verir.

Sığorta müddəti birinci sığorta ayırmasının ödənilməsindən sonra ayın l-dən etibarən başlanır. Sığorta müqaviləsinin qüvvəyə minməsi - birinci sığorta ayırmasının ödənildiyi gündən hesablanır.

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət aralığında sığortalanmış şəxsin daimi yaşayış yeri dəyişdikdə, iş yeri dəyişildikdə və ya müqavilədən irəli gələn ödənişləri başqa şəhər və ya rayon sığorta şöbələrindən istifadə etməklə ödəmək hüququ mövcuddur. Onun ərizəsinə uyğun olaraq yeni ödəniş ünvanı barədə lazım olan hesab vərəqəsi formalaşdırılır.

Şəxsi sığorta dedikdə, qeyd edilməsi əsas olan məsələlərdən biri uşaqların sığortalanmasıdır. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin böyük çoxluğunda uşaqların sığortalanması halları geniş yayılmışdır. Bu sığortaya sağlamlığından asılı olmadan, doğum günündən 15 yaşına kimi olan bütün uşaqlar qəbul olunurlar. Sığorta müddəti isə 6 aydan 15 illik müddətə qədər ola bilir və sığorta məbləğinin yuxarı limiti ilə bağlı siğorta müqaviləsində heç bir məhdudiyyət yoxdur.

Məsuliyyət sığortasının bir sıra fərqli növləri vardır. Bu növlərə nümunə olaraq sahibkarların və ya təşkilatların öz işçiləri qarşısında məsuliyyətinin sığortası, şəxsə məsuliyyət sığortası ( bura vəhşi heyvan saxlayan, fərdi avtomobili olan şəxslər daxildir), daşınmaz əmlak üçün məsuliyyət sığortası, geniş şəkildə xalq istehlakı mallarını istehsal etmək istiqamətində məsuliyyət sığortası, ətraf mühit çirkləndirilməsinin məsuliyyəti sığortası, peşə məsuliyyəti sığortası aid olunur.

Məsuliyyət sığortası içərisində ən mühüm yerlərdən birini nəqliyyat vasitələri sahiblərinin vətəndaşlıq məsuliyyəti təşkil edir. Bu sığorta özündə sığorta olunan şəxsin sığorta hadisəsi nəticəsində üçüncü tərəfə vurduğu zərərin ödənilmə məsələsini nəzərdə tutur.

Son dövrlərdə nəqliyyat vasitələri sayının artması qəza hallarının sayında da artımı qaçınılmaz etmişdir . Aparılan araşdırma nəticələri bunu deməyə əsas verir ki , hadisələr zamanı zədələnmə və dəymiş mənəvi zərər səviyyəsinə baxıldıqda avtomobil nəqliyyatı hava nəqliyyatı ilə muqayisədə iki-üç dəfə daha çox təhlükəli hesab edilir. Qeyd olunan sığorta növünün obyekti olaraq avtomobil nəqliyyatı vasitəsi sahibinin birbaşa məsuliyyəti nəzərdə tutulur. Bu məsuliyyət ən son formada zərərin pul ilə ifadəsini alır. Bu da sığorta növünün təsnifat xüsusiyyətlərindən hesab edilir:

1. nəqliyyat sahibinin nəqliyyatın istismarı prosesi zamanı baş verən zərərin ödənilməsi;

2. sığorta olunanların (nəqliyyat vasitəsi sahiblərinin) iqtisadi maraqlarının təmin olunması.

Bu sığorta növündə əvvəlcədən dəqiqləşdirilmiş iki subyekt forması - sığorta təşkılatı və nəqliyyat sahibi bizə məlumdur. Həmin iki subyekt qanun əsasında əlaqə yaradaraq gələcəkdə mövcud ola biləcək zərər, ona dəymiş zərərin ödənilməsi istiqamətində xüsusi sığorta fondunu yaradırlar. Bu sığorta növündə oncədən məlum olan sığorta olunmuş obyekt mövcud olmur. Sığorta hadisəsi prosesi zamanı zərər hesablanan müddətdə faktiki qiymətlər əsas götürülməklə ödəniş hesablanır.

Mövcud sığorta növündə tarif dərəcələri hesablanarkən baş vermiş yol nəqliyyat hadisələrinin sayı, təkrarlanması, baş vermiş zərərlərin məbləğ gostəricilərinin orta hesabi qiyməti vacib hesab edilir. Sığorta şərtləri daxilində sığorta tariflərinin diferensiallaşdırılması nəzərdə tutulmuşdur. Məsələn, nizam-intizamlı sürücülərə qarşı aşağı tarif dərəcələri, nizam-intizama əməl etməyən sürücülərə qarşı yüksək tarif dərəcələri tətbiq olunur.

Inkişaf etmiş Avropa olkələrində bu sığorta növü əsasən könüllü qaydada tətbiq edilir. Mövcud sığorta bazarımızın irəliləmə səviyyəsi respublikada bu sığorta növünün icbari qaydada tətbiqinin zəruri və qaçınılmaz olduğununu göstərir .

Peşə məsuliyyətinin sığortası peşə vəzifələrinin icrası zamanı buraxılmış səhvlərə görə hüquqi və ya fiziki şəxslərin iddia qaldırması ilə birbaşa əlaqəlidir.

İddia qaldırmanın əsası kimi sığorta olunan tərəfindən buraxılan səhlənkarlıq və ya səhv ola bilər: peşə məsuliyyətinin sığortası üzrə iki risk sığorta obyekti ola bilər:



  • üçüncü şəxslərin sağlamlığına vurula bilən risklər (belə risklərə cərrahların, nəqliyyat sahiblərinin riskləri aiddir);

  • maddi iqtisadi zərərlə bağlı risklər aid edilir (bunlara arxitekturaların, inşaatçı, mühəndislərin fəaliyyəti aid edilə bilər).

Peşə fəaliyyətinin sığortası zamanı sığortaçının məsuliyyətinə müəyyən limit həddindən çox olmamaq şərtilə bütün zərərlər üzrə sığorta ailəsinin bütün müddəti ərzində ödəniləcək zərərlərin məcmusu aid edilir. Bu o deməkdir ki, ödəniləcək hədd müəyyən limit həddində diferensiallaşdırıla bilər. Sığorta məsuliyyətində bilərəkdən edilən zərərlər, cinayət məsuliyyətinə düşən fəaliyyət kənar edilir.

Göstərilən sığorta üzrə sığorta tədiyyələrinin hesablanması peşəkarın peşəsindən, iş stajından, yaşından, ixtisasının səviyyəsindən və s. amillərdən birbaşa asılıdır.

Ümumiyyətlə, sığorta tədiyyələrinin əsasını iki faktor müəyyən edir:

1) peşə və kommersiya fəaliyyəti ilə məşğul olan qulluqçuların sayı;

2) məsuliyyət limitinin həddi.

Müəyyən edilmiş əsas stavkaya müəyyən əlavələr də edilə bilər. Əlavə keçmiş illərin fəaliyyəti nəzərə alınmaqla və ya təcrübənin ilkin illərində tətbiq edilə bilər.

Müəssisələrin məsuliyyət sığortası üzrə tariflər sığortaçılar üzrə müstəqil müəyyən edilir. Burada tarif dövrü 6-8 il olur. Hər bir müqavilənin xüsusiyyətinə uyğun olaraq müvafiq güzəştlər edilir.

Müqavilə başlanarkən əsas tarif stavkası ilə yanaşı maksimal stavka da müəyyən edilir. Minimal stavka risk üçün baza haqqı kimi çıxış edir. Minimal tarif stavkası 4 qrup müəssisələr üzrə müəyyən edilir:

1) - pərakəndə ticarət müəssisələri üzrə:

2) - sənətkarlıqla məşğul olan müəssisələr üzrə;

3) - sənaye müəssisələri üzrə;

4) - tikinti müəssisələri üzrə.



Əmlak sığortasının mahiyyəti və növləri. Əmlak sığortası qrup sığorta hadisələrindən və ya sığorta etdirənlərlə sığortaçı arasında bağlanmış sığorta müqaviləsində razılaşdırılmış fərdi sığorta hadisələrindən sığortalanmaqla həyata keçirilir. Xüsusən iqtisadi inkişaf dövründə, vətəndaşlar daim öz gəlirləri, əmlak və sərvətlərini artırmağa meyilli olurlar. Bu sərvətin və əmlakın istifadəsi ilə əlaqəli formada vətəndaşlar mülkiyyət münasibətlərinin genişləndirilməsinə istiqamətlənirlər.

İctimai istehsalın artımı və bazar münasibətlərinin inkişafı ilə eyni vaxtda vətəndaşların mülkiyyəti də çoxalır. Bu, əhalinin maddi və mənəvi tələbatının təmin edilməsinin qanunauyğun sonluğudur və nəticə etibarilə şəxsi mülkiyyət alətlərinin, o cümlədən, əmlak kütləsinin artmasına gətirib çıxarır. Amma eyni zamanda əks əlaqə də baş verir. Əhalinin iqtisadi mənafeyi, iqtisadi stimullaşma mexanizmi, daha dəqiq desək, insanların halal zəhmət sayəsində öz var-dövlətinin artmasında maraqlı olması istehsalın və milli sərvətin artmasına da kömək edir.

Tikinti-quraşdırmanın sığortalanması.Tikintinin sığortası dedikdə tikintisi başa çatmayan yaşayış evlərinin, iş yerlərinin, zavod, fabrik, körpü, yol və s. obyektlərin sığortası nəzərdə tutulur. Bunlar sığorta edilərkən, adətən, sığorta polislərindən istifadə olunur və onların örtümü yanğın, partlayış, ildırım zərbəsi, zəlzələ, qəsdən korlama, yaxud vandalizm aktları, uçucu aparatların, yerüstü nəqliyyatın, qatarların, heyvanların təsiri, fırtınalı qasırğa, subasma, ağacların yıxılması, torpağın çökməsi, yaxud püskürməsi, oğurluq kimi sığorta hallarına şamil edilir. Lakin müharibə, xarici dövlətlərin işğalı, layihə çatışmazlığı, layihələrin yanlış tətbiqi kimi hallar sığorta örtümünə qəbul olunmur.

Yanğından sığorta əmlak sığortasının önəmli növlərindəndir. Beynəlxalq miqyasda işlənən terminlə desək, FLEXA (Fire+Lightning+Explosion+Aircraft ) od,ildirım, partlayış və təyyarə qəzasından müdafiəni əhatə edir. Qeyd etmək lazımdır ki, yanğın, ildirım, partlayış hadisəsi, idarə oluna bilən uçan qurğuların, bunların tərkib hissələrınin və yükünün düşməsi sığorta hadisəsi hesab edilir və onların hamısına ayrı-ayrılıqda qaydalar tərtib edilərək uyğun qərarlar alınır.

İstehsal fasilələrində sığortalanması öz məzmununa görə əsas və dövriyyə kapitallarının sığortasına əlavə kimi çıxış edir, çünki fasilə onların məhvi və ya zədələnməsi nəticəsində baş verir. Buna görə də sığortaçıların tərkibi ilə sığortaya məruz qalan sığorta hallarının siyahısı eyni ola bilər. Lakin bu, əsas və dövriyyə kapitallarının dəyər itkisinin avtomatik ödənməsi demək deyil. Bu risk əlavə sığortalanmalıdır. İlk sığortalama zamanı (yanğından sığorta və ya avadanlığın sığortası nəzərdə tutulur) zərərin əsas məbləği ödənilir, lakin bu zaman sığortaçı əlavə məsrəflər itkisinin əvəzini tam almır, çünki bunlar polis həddində örtümə daxil deyil. Belə olan halda şirkətlərin fəaliyyətinin müvəqqəti dayandırılmasından yaranan itkiləri ödəmək zərurəti meydana gəlir.

İstehsal fasilələrində risk sığortalan zaman zərərin həcm əhatəsini müəyyənləşdirmək asan məsələ deyil. Ümumiyyətlə istehsal fasilələrindəki gecikmələrin sığortalanmasi sahəsindəki ödəniş məbləğlənin həcmi ilə əmlakın sığortalanmasındakı ödənişlər müqayisə edildikdə fərqlər görülür. Bu ödənişinlərin həcminin müəyyənləşdirilməsi zamanı bir neçə təcrübəli mütəxəssis və sığortaçı mühasibi də dəvət edilir.

İstehsaldakı fasilələr sığortalanarkən sığorta ödənişlərinin həcmi buraxılan ümumi məhsulun dəyər dərəcəsinə görə faizlə müəyyən edilir. Bu zaman sığorta olunanın fərdi istehsal şərtlərindən asılı olaraq sığorta tarifinin fərqləndirilməsinə yol verilir.

Yüklərin və nəqliyyatın sığortalanması.Beynəlxalq praktikada nəqliyyatın sığortası çox geniş yayılmışdır. Belə sığortanın tərkibində dəniz, çay, hava, qatar və avtomobil yollarında ehtimal olunan təhlükə hallarından sığortalanmanın bütün növlərinin məcmusu başa düşülür. Bu zaman həm nəqliyyat vasitələrinin özləri, həm də onların yükləri sığorta obyekti olur. Sığortaya dair ədəbiyyatda yüklərin sığortası karqo , nəqliyyat vasitələrinin sığortası isə kasqo adlandırılır.

Nəqliyyat sığortası təkcə müxtəlif nəqliyyat vasitələri ilə daşınan yüklərin deyil, həm də avtomobildən tutmuş gəmiyə və təyyarəyə qədər bütün nəqliyyat vasitələrinin özlərinin də sığortasını əhatə edir. Bu vasitələr yüklə, yaxud sərnişinlərlə birlikdə və ayrıca sığortalana bilər.

Kənd təsərrüfatı məhsullarının sığortalanması. İqtisadiyyatın digər sahələrinə nisbətən kəndtəsərrüfatında, əsasən də bitkiçilikdə itki daha duyumlu və realdır. Bu, istehsal prosesinin xarakteri ilə şərtlənir və əsasən, təbii iqlim şəraiti ilə əlaqədardır. Əlverişsiz təbii amillər bilindiyi kimi nəticədə kənd təsərrüfatı məhsulları istehsalına böyük neqativ təsir göstərir. Xarici təsirlər təkcə təbii amillərin deyil, aqrotexniki tələblərin yerinə yetirilməməsi nəticəsində də yaranir. Kənd təsərrüfatı məhsulları sığortalanarkən, adətən, ödəniş hesabının əsasını yerli bazardakı qiymətlər təşkil edir. Sığortanın başqa formalarında, yuxarıda deyildiyi kimi, sığortaçının başqa bazarlardakı qiymətlə əldə edə biləcəyi əlavə mənfəət hüququ olmur. Səbəbi də budur ki, sənaye mallarının pərakəndə qiymətini alıcılar topdansatış qiymət əsasında müəyyənləşdirirlər (nəticədə satış qiyməti bundan yüksək olur). Kənd təsərrüfatı məhsullarına isə malın alınmasından, yaxud satılmasından asılı olmayaraq vahid qiymət qoyulur. Buna görə də ödəniş məbləği satış qiyməti əsasında hesablanır.

Ev əmlakının sığortalanması.Vətəndaşların ev əmlakı yalnız könüllü qaydada sığortalanır. Müqavilələr ölkənin vətəndaşları ilə, onun ərazisində daimi yaşayan əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə bağlanır. Müqavilə xüsusən həmin ölkə ərazisində qüvvədə olur.

Ev əmlakı ümumi və xüsusi müqavilə ilə sığortalana bilər. Birinci halda onun bütün predmetləri sığortalanmış hesab edilir.

Kommersiya riskinin sığortası. Sığortanın bu növündə əsas mahiyyət sığorta hesabına sahibkar muqavilələrinin həyata keçirilməsi risklərinin azladılmasından ibarət olur. Burada ən geniş yayılan sığorta növü kimi bank krediti riski göstərilə bilər. Kredit riskinin obyekti dedikdə bank ssudası, öhdəlik, investisiya krediti nəzərdə tutulur. Kredit geri qaytarılmayan zaman kredit təşkılatı kredit məbləğini tam formada və yaxud qismən kompensasiya edən sığorta ödənişini əldə edir.

Sığorta obyekti tərəflərindən birinin öz öhdəliklərini pozması nəticəsində yaranan mümkün zərər hallarında kommersıya əməliyyatları çıxış edir. Bu halda zərərə gözlənilən gəlirin əldə edilməməsi kommersiya əməliyyatlarında predmet olmaqla, əmlakın zədələnməsinə və məhvinə aid edilir.

Kommersiya riski - idxal və ixrac yüklərinin və daşıyıcı vasitələrinin, xaricdə təşkil olunmuş beynəlxalq ticarət və sənaye sərgilərinin sığortasını öz tərkibinə daxil edə bilən xarici iqtisadi risklərlə əlaqəlidir.

Sığorta haqları (min manat) Son 5 il ərzində Yanvar-Dekabr ayları üzrə hesablanan sığorta haqları

cədvəl 1.1




2011

2012

2013

2014

2015

Könüllü sığorta növləri

161 000 894

215 003 419

270 965 799

284 669 866

280 970 249

Şəxsi sığorta

36 702 639

70 209 967

76 323 374

84 616 128

83 059 360

Əmlak sığortası

120 645 511

129 708 300

150 751 819

123 398 892

112 078 466

Mülki məsuliyyət sığortası

14 030 261

10 946 561

15 243 486

16 320 284

2 007 287

İcbari sığorta növləri

51 981 088

127 515 927

134 706 714

144 511 331

161 935 181

Cəmi

384,360,395

553,384,175

647,991,193

653,516,502

640,050,544

Mənbə: http:\\www.sigorta.maliyye.gov.az

Cədvəl gostəricilərinə əsasən qeyd etmək olar ki, sığorta haqlarının strukturunda icbari sığorta növləri ilə müqayisədə könüllü sığorta növləri üstünlük təşkil edir. 2011-ci il ilə müqayisədə 2012-ci ildə sığorta haqları 43% dəfə, 2012-ci il ilə müqayisədə 2013-cü ildə sığorta haqları 17%, 2013-cü illə müqayisədə 2014-cü ildə 1.008 dəfə artmışdır.Son illə müqayisədə baxsaq görərik ki,yəni 2015-ci ildə sığorta haqları 2014-cü illə müqayisədə 0.97 dəfə azalmışdır. Son 5 ildə şəxsi sığorta haqları şəxsi sığorta sahəsində 2,26dəfə icbari sığorta növləri üzrə 3.2dəfə artmışdır. Əmlak sığortası üzrə sığorta haqlarında isə son 5ildə 6% azalma olmuşdur.



Sığorta ödənişləri (min manat) Son 5 il ərzində Yanvar-Dekabr ayları üzrə hesablanan sığorta ödənişləri

cədvəl 1.2




2011

2012

2013

2014

2015

Könüllü sığorta növləri

51 674 889

75 320 570

84 890 179

114 714 268

135 811 841

Şəxsi sığorta

20 981 094

42 457 944

4 7593 745

49 992 806

52 718 669

Əmlak sığortası

30 516 166

29 817 871

34 867 533

38 551 310

32 993 457

Mülki məsuliyyət sığortası

550 806

1 668 199

714 089

1 003 871

822 451

İcbari sığorta növləri

9 892 220

18 540 309

37 914 088

42 415 019

44 429 478

Cəmi

113,8

167,9

206,0

246,6

266,7

Mənbə: http:\\www.sigorta.maliyye.gov.az

Sığorta haqlarındakı atım, sığorta ödənişlərində də artımlar proqnozlaşdırmağa əsas verir. Sığorta ödənişlərinin tərkibinə diqqət yetirsək görərik ki, icbari sığorta növləri üzrə ödənişlərlə müqayisədə könüllü sığorta növləri istiqamətində olan ödənişlər üstünlük təşkil edir. Son 5ildə sığorta ödənişləri könüllü sığorta növləri üzrə 2,6 dəfə, şəxsi sığorta üzrə 2,5 dəfə, icbari sığorta növləri üzrə 4,5 dəfə artmışdır. Əmlak sığortası üzrə son 5 ildə ödəniş məbləğləri göstəricilərində elə də böyük dəyişikliklər müşahidə edilmir və məbləğlər 30-38mln manat səviyyəsində kicik dəyişikliklər göstərmişdir. Qeyd edk ki, bu sığorta novü üzrə 2015-ci il sığorta ödənişlərində 2014-cü ilin yekun göstəriciləri ilə müqayisədə 18% azalma olmuşdur. Son 5 ilin yekun ödəniş məbləğlərini müqayisə etdikdə 2011-ci ilin yekun göstəricilərilə müqayisədə 2012-ci ildə 47,6% artım, 2014-cü ilin yekun göstəriciləri ilə müqayisədə isə 2015-ci ildə ödəniş məbləğində 8% artım muşahidə edilmişdir.

1.3 AZƏRBAYCANDA SIĞORTA FƏALİYYƏTİNİN TƏSNİFATI


Sığorta ixtisaslaşan dövlət və özəl sığorta təşkilatlarının tabeçiliyində aparıla və həyata keçirilə bilər. Sığorta təşkilatları fəaliyyətində əhatə genisliyinin əsaslandirilmasinda daxili , xarici və qarışıq sığorta bazarı formalarının əlaqəlindirilməsi vacib xüsusiyyətlərdəndir. Inkişaf mərhəsini kecmiş sığorta bazarlarına diqqət yetirsək görərik ki, sığorta fəaliiyətlərinin yalniz ölkə daxilində deyil , həmçinin də ölkə hüdudları xaricində həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir . Bu sığortanın təşkilatlar əhatəsi mövqeyilə təsnifatının göstərilməsidir. Lakin digər bir mövqedən baxsaq, sığorta münasibətləri həyata kecirilməsinin mümkünlüyü sığorta obyektləri və təhlükəlilik növlərinə müvafiq olaraq təsnifatlar köməkliyi ilə ifadə edilir.

Sığorta - sığorta etdirən şəxslərin müxtəlif kateqoriya formalarnı əhatə edə bilir. Burada şərtlər sığorta məsuliyyəti həcmilə fərqləndirilirməlidir: Sığorta qanun vasitəsilə və könüllü formada həyata keçirilə bilir. Sığorta münasibətlərində qeyd edilən müxtəlif xüsusiyyətlərin qaydaya salına bilinməsi və əlaqəli formada əsaslandırıla bilinməsi vahid sistemin yaradılması üçün sığortanın təsnifatının əhəmiyətini göstərir.

Təsnifat ümumi formada bir-biri ilə qarşılıqlı əlaqəlisi olan tərkib hissələrinin iyerarxiya baxımından idarə edilə bilən olduğu sistemlər toplusu nəzərdə tutulur. Bu da öz növbəsində sistemin bütöv hissələrini ayırmaqla yanaşı onun vahid formasinin yaradilmasina imkanlar yaradir. Sığortanın təsnifatı oxşar vəzifələri həll etməyə istiqamətlənir; bu sığorta münasibətlərini bir-biri ilə iyerarxik baxımdan tabelilik münasibətində olan, qarşılıqlı formada əlaqələri olan bölmələrə ayırmaqdan ibarət sistemdir.

Hər bir təsnifata əsasən elə meyarlar qoyulmalıdır ki, o bütün qarşılıqlı bölmələri əhatə edə bilsin. Bununla əlaqəli olaraq, sığortada təsnifatın əsasını bu meyarlara gorə nəzərdən keçirmək lazımdır: sığorta obyektlərindəki müxtəlifliklər və sığorta məsuliyyəti həcmindəki müxtəlifliklər. Bu meyar göstəricilərinə uygun formada təsnifatın 2 cür bölgüsü aparılır:

a) sığorta obyektləri istiqamətində;

b) təhlükəlilik növləri istiqamətində.

Burada ilk təsnifat ümumi xassələri, ikinci təsnifat yalnızca əmlak sığortasını nəzərdə tutan xüsusi xassəni əhatə edir.

Sığorta obyektləri üzrə sığortanın umumi təsnifatına aşağıdakı kimi tərif vermək olar. Sığorta obyektləri üzrə sığortanın ümumi təsnifatı təsnifatın tərkib hissəsi olan sahələrə, yarımsahələrə və növlərə müvafiq sığortanın bölüşdürücü tabeli sistemidir.

Sığortanın sahələrə bölünməsinin əsasını sığorta obyektlərində mövcud olan prinsipial fərqlər təşkil edir. Bu meyara müvafiq olaraq sığorta münasibətlərinin bütöv toplusunu dörd bölmədə nəzər yetirsək; əmlak sığortasını, vətəndaşların həyat səviyyəsinin sığortasını, məsuliyyətin sığortasını və sahibkarlıq riskləri sığortasını gostərmək olar. Əmlak sığortasında obyekt kimi maddi dəyərlər çıxış edir, vətəndaşların həyat səviyyəsinin sığortası zamanı- onların həyatı, sağlamlığı və əməkqabiliyyəti əsas meyarlar kimi qəbul olunur. Müəyyən hadisələrin nəticələri ilə əlaqədar olaraq göstərilən həyat səviyyəsi azalırsa, o zaman sığorta köməyə çatır. Məsuliyyət sığortası üzrə obyekt kimi sığorta etdirən şəxslər tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi, kreditorlara borcların ödənməsi və ya üçüncü şəxslərə vurula biləcək zərərlərin maddi və dəyər baxımından ödənilməsi üzrə müqavilə şərtlərinin yerinə yetirilməsi çıxış edir. Məsələn, avtomobil qəzası zamanı nəqliyyat vasitəsinin sahibi diğər şəxsin əmlakına və yaxud sağlamlığına zərər vurduğuna görə qüvvədə olan qanunvericiliyə əsasən zərərçəkən şəxsə müvafiq xərci ödəməyə borcludur. Məsuliyyət sığortası zamanı vurulan ziyanın müvafiq tərzdə ödənilməsini sığorta təşkilatı həyata keçirir. Bütün bunlar borcların ödənməsi üzrə məsuliyyət sığortasına da şamil edilir. Sahibkarlıq risklərinin sığorta obyektləri kimi sığorta etdirən şəxsin gəlirinin potensial baxımdan mümkün olan müxtəlif itkiləri çıxış edir. Məsələn; avadanlığın işləməməsi nəticəsində meydana çıxan ziyan, imzalanmayan və baş tutmayan sövdələşmələr üzrə mənfəətin itirilməsi, yeni texnika və texnologiyanın daxil edilməsi riski və s.

Bütün bunlara baxmayaraq, sığortanın adı çəkilən sahələrə bölünməsi hələ ki, sığortanın keçirilməsinə imkan verən müəssisələrin, təşkilatların, vətəndaşların konkret sığorta maraqlarını aşkar etməyə imkan vermir. Bu maraqların konkretləşdirilməsi üçün sahələrdən-yarımsahələri və sığorta növlərini ayırmaq zəruridir.

Əmlak sığortası mülkiyyət formalarında və sığorta etdirən şəxslərin kateqoriyalarından asılı olaraq bir neçə yarımsahələrə bölünür; dövlət müəssisələrinin, fermer təsərrüfatlarının, icarədarların, kooperativ və ictimai təşkilatların, vətəndaşların əmlakının sığortası.

Vətəndaşların həyat səviyyəsinin sığortası iki yarımsahəyə malikdir; fəhlələrin, xidməti vəzifədə çalışanların və s. işçilərin sosial sığortası; vətəndaşların şəxsi sığortası. Sosial və şəxsi sığorta öz növbəsində daha konkret yarımsahələrə malik ola bilər. Məsələn; sosial sığorta üzrə müavinətlərin sığortası; təqaydlərin sığortası; şəxsi sığorta isə həyatın sığortası və bədbəxt hadisələrdən sığorta üzrə məsuliyyət sığortası üzrə yarımsahələr bunlardır: borcların sığortası və vurulan zərərin ödənilməsi üzrə sığorta (bunu həm də vətəndaşlıq məsuliyyətinin sığortası adlandırırlar).

Sahibkarlıq risklərinin sığortasına 2 yarımsahə aid edilir; gəlirin birbaşa və dolayısı itki risklərinin sığortası. Birbaşa itkilərə bunlar aiddir. Məsələn; avadanlığın işləməməsi nəticəsində meydana çıxan itkilər; dolayı itkilər isə ticarətdə fasilələrin sığortası və itirilmiş mənfəətin sığortası hesab olunur. Sığortaçının sığorta etdirən şəxslər ilə müəyyən sığorta münasibətlərini yaratmaq zərurəti sığorta etdirmək tələbatında özünü əks etdirməlidir. Sığorta etdirən şəxs sığorta haqqının ödənilməsinin əsasını təşkil edən sığorta tarifi haqqında müəyyən təsəvvürlərə malik olmalıdır. Sığorta etdirən şəxslərin sığorta maraqlarının bu cür təzahürü yarımsahələri sığortanın konkret növlərinə bölüşdürmək zərurətini meydana çıxardır. Sığorta növlərinin aşkar edilməsi zamanı sığorta etdirən şəxsin, sığortanın həcminin və müvafiq tarif dərəcələrinin dəqiqləşdirilməsi prosesləri olur. Bu və ya diğər sığorta növünün şərtlərinə mövcud olan dəyişikliklər sığorta tarifində öz əksini tapdığından dünya sığorta təcrübəsində sığorta növünü həm də tarif adlandırırlar. Burada həmin tarifin şərtlərində sığortanı da nəzərdə saxlayırlar.

Beləliklə, sığorta növü müvafiq tarif stavkaları üzrə, müəyyən sığorta məsuliyyəti həcmində eyni konkret obyektlərin sığortası adlanır. Sığortaçı və sığorta etdirən şəxs arasındakı sığorta işi təc- rübəsində sığortanın növü sığorta ödəniş və ya məbləğinin ödənməsi zamanı tam həcmdə təzahür edir. Belə ki, məhz ödəniş sığorta növlərinə daha dəqiq şəkildə uyğun gəlir. Məsələn; kənd təsərrüfatı bitkilərinin sığortası üzrə sığorta ödənişinin ödənilməsi və yaxud uşaqların sığortası üzrə sığorta məbləğinin ödənilməsi və s.

Əmlak sığortasının bu cür konkret növlərinə tikililərin, heyvanların, şəxsi əmlakın, nəqliyyat vasitələrinin, təsərrüfatın müxtəlif kateqoriyalarında kənd təsərrüfatı məhsullarının sığortasını misal çəkmək olar. Sosial sığortanın növləri kimi yaş həddi, əlillik dərəcəsi, himayədarın itirilməsi üzrə pensiyaların sığortası, əhalinin bu və ya digər sosial təbəqələri arasında konkret posobiyaların sığortası çıxış edir. Şəxsi sığorta üzrə həyatın qarışıq sığortası, ölüm zamanı sığorta, əmək qabiliyyətinin itirilməsi üzrə sığorta, uşaqların sığortası, əlavə pensiyaların sığortası, bədbəxt hadisələrdən fərdi şəkildə, təşkilatın hesabına sığorta və basqa sığorta növləri həyata keçirilir. Məsuliyyət sığortası üzrə isə kreditin ödənilməməsindən və ya digər borclardan sığorta, yüksək təhlükəlilik mənbələrinə malik sahibkarlarının vətəndaş məsuliyyətinin sığortası, məsələn; nəqliyyat vasitələrinin sığortası, təsərrüfat fəaliyyəti prosesində ziyanın vurulması zamanı vətəndaş məsuliyyətinin sığortalanması və başqa növlər daxildir. Sahibkarlıq risklərinin sığorta növləri istehsalat və xidmətlərin göstərilməsi prosesində konkret riskin varlığından asili realliqdir.

Sığorta təsnifatı. Sığorta təsnifatı dedikdə, sığortanın sahələrə, yarımsahələrə, növlərə, aparılma formalarına görə bölgüsünü nəzərdə tutan ierarxik sistem başa düşülür. Sığorta təşkilatının ən böyük seqmenti sığorta sahəsi hesab edilir və bu sahə müvafiq obyektə uyğun aparılır. Sığorta təşkilatı əmlak maraqlarına istinad edir. Belə maraqlar sisteminə aşağıdakılar aid edilir:



  • Sığortalının həyatı, sağlamlığı, əmək maraqları ilə bağlı;

  • Əmlaka sahib olmaq, istifadə etmək və sərəncam verməklə bağlı;

  • Üçüncü şəxslərin mənafelərinə zərər vurulması ilə bağlı olan maraqlar sistemi.

Obyektindən və maraqlar sistemindən asılı olaraq aşağıdakı sığorta 3 böyük sahəyə bölünür:

  • şəxsi sığorta

  • əmlak sığortası

  • məsuliyyət sığortası

Təsnifatına görə sığorta sahələri özü də öz növbəsində yarım sahələrə bölünür. Məsələn, şəxsi sığorta sahəsi həyat sığortasına və bədbəxt hadisələrə qarşı sığorta kimi yarımsahələrə ayrılır.

Yarımsahələr də öz növbəsində konkret sığorta münasibətlərini ifadə edən sığorta növlərinə bölünür. Məsələn, həyat sığortası uşaqların sığortası, həyatın qarışıq sığortası, pensiya sığortası və digər konkret sığorta növlərinə bölünür. Sığorta qanunvericiliyinə görə, sığortanın 2 aparılma forması mövcuddur. Bu formalar hər bir ölkənin sığorta qanunvericiliyində, həm də Avropa Şurası sığorta direktivində öz əksini tapmışdır. Başqa sözlə, bu direktivlərə uyğun olaraq sığorta 2 formada könüllü və icbari formada aparıla blər. Həmin direktivlərə uyğun olaraq sığorta işi sığorta müqaviləsi əsasında birgə sığorta, təkrar sığorta, ikiqat sığortalama üsulları ilə aparıla bilər.

Sığorta müqaviləsi konktret sığorta obyektinə görə bağlanılır və bu müqavilədə hüquqi tərəfdən sığortaçı, sığorta etdirən şəxs , sığorta olunan və benefisiar çıxış edir . Sığorta müqaviləsi birgə sığortalama üsulları ilə imzalana bilər. Birgə sığortalamada eyni bir obyekt müvafiq paylar şəklində müxtəlif sığorta şirkətləri tərəfindən sığortalanır. Sığorta müqavilələrinin bundan əlavə təkrar sığortalama üsulu ilə də imzalanması mümkündür.

Fəsil II. SIĞORTA İŞİ VƏ AZƏRBAYCANDA SIĞORTA BAZARININ İNKİŞAFI

2.1. SIĞORTA İŞİNİN İQTİSADİ ƏSASLARI

Sığorta işi – iqtisadi fəaliyyətdə bir sira xarakteristik xususiyyətləri özündə cəmləşdirən ixtisaslaşdırılmış təşkilatlar formasinda sığorta prosesi iştirakçılarının, yəni,sığorta etdirən və olunan şəxslərin iqtisadi mənafelərinə ola biləcək zərərlər barədə risk ehtimallarının təkrar bölgusünü özündə əks etdirir. Belə ki, sığorta olunan şəxslər arasında risklərin bölüşdürülməsi hadisəsi faktiki olaraq, sığorta fondu qurulması vasitə ilə dəyən zərər məbləğlərinin ödənilməsi zamanı birlikdə iştirakın olması anlaşılmalıdır. Bu bölgü çərçivəsində həlledici qayda olaraq sığortaçıya sığorta etdirən tərəfindən vaxtında sığorta haqqlarının köçürülməsi prosesi olmalıdır. Bu prosesdə gecikmələr yenidən bölgü hadisəsinin təşkil olunması qeyri mümkündur. Sığorta tədiyyələri yetərincə olmadığı zaman sığorta təşkilatı dəyən zərərin ödənilmə cavabdehliyindəndən azad deyildir. Sahibkarlıq fəaliyyətində xüsusi sahə olan sığorta fəaliyyəti- sığortaçının sığorta fondu və müxtəlif mənbələr vasitəsilə dəyən zərərin vaxtında ödənilməsini və kompensasiya edilməsini özündə əks etdirir.

Sığorta işi bir iqtisadi fəaliyyət sahəsi formasinda əmlak maragi daşıyıcılarının - sığorta olunan şəxslərın , onların fəaliyyəti ilə əlaqəli muxtəlif sıgorta risklərinin bölüşdürülməsi vasitəsi ilə sığorta müdafiəsi təşkiledicisi funksiyasını görür. Bu növ bölüşdürülmə ancaq təsadüf hadisə xüsusiyyəti olan risklərə aid oluna bilər. Bu tip risklər həm təsadüf nəticəsindədə olan , həm də ehtimal olunan hadisələri əlaqəli formada ifadə etməlidir.

Iqtisadi anlayış olan sığorta maliyyə kateqoriyasının tərkib hissələrindən biridir. Sigorta , maliyyədə olduğu kimi gəlirin və yığımların bölgüsü və yenidən bölgüsü ilə əlaqədardırsa, onda sığorta yalnız yenidən bölgü münasibətlərini əlaqələndirir. Aşağıda iqtisadi alayış olan sığortanın özünəməxsusluğunu göstərən mühüm əlamətlərini qeyd edək:



  1. Sığorta hadisəsi zamanı pulun yenidən bölgüsü münasibətlərinin ortaya çıxması gözlənilməyən və ehtimal olunmayan halların mövcudluğu ilə əlaqəlidir. Belə hadisələr nəticə etibari ilə iqtisadiyyatımıza və şəxslərə maddi və digər zərərlərin dəyməsinə səbəb ola bilir.

  2. Sığorta zamanı sığorta iştirakçılarının arasında dəyən zərərlərin aradan qaldırılması həyata keçirilir.

  3. Sığortad zərərlərin ərazi vahidləri arasında vaxtlı-vaxtında bölüşdürülməsi təmin edilir.

  4. Zərərlərin qapalı formada aradan qaldırılma prosesi sığorta fondunda öhdəliyə götürülmüş vasitələrin geri qaytarılması hadisəsini qaçınılmaz edir.

Beləliklə, sığorta iqtisadi və sosial sferanın ayrılmaz tərkib hissəsi, bazar infrastrukturunun mühüm elementidir. O, cəmiyyətin və təsərrüfat subyektlərinin mənafelərinin qorunmasını təmin etməklə, bilavasitə onların maraqlarına toxunur.

Sığorta marketinqi prinsipcə iqtisadi həyatın digər sahələrindəki marketinq fəaliyyətindən fərqlidir. Marketinqin əsas prinsipi iki istiqaməti əhatə edir:

1) bazarın hərtərəfli və dərindən öyrənilməsi,

2) bazara və tələbin mövcud səviyyəsinə fəal təsir.

Marketinq ancaq o hallar da praktiki səmərə gostərir ki, bunun nəticələri sığorta siyasətinin işlənib hazırlanması prosesində diqqətə alınmış olsun. Ümumi formada marketinq üç formada operativ,strateji və taktiki təşkil edilir. Bununla da, sığorta təşkilatlarının uzun və qısamüddətli hədəfləri işlənib hazırlanır, bazarın hazırkı səviyyəsinə uyğun olaraq qarşıda duran çətinliklər həllini tapır. Sığortaçılar və sığorta xidmətinin istehlakçıları sığorta bazarının azad subyektləri kimi çıxış edirlər və sığorta xidmətlərinin təklifi və alınması prosesində tamamilə sərbəstdirlər. Sığorta xidmətinə tələb qiymətləndirilən zaman istehlakçılar ilk olaraq risklilik dərəcəsini dəyərləndirməlidirlər. Risk ölçüsünün qiymətləndirməsinin və bu halla mübarizənin strategiyasının seçilməsi bacarığı menecerin peşəkarlığının səviyyəsinin mühum göstəricisidir.

Bazar, ictimai təsərrüfatın təşkili formalarindan biri olaraq sığortada xidmətin seçilməsi prosesində istehlakçıların azadlığının təmin edilə bilinməsi çox vacibdir



  • Sığortaçıların rəqabəti, əsasən, yeni tələbin meydana gəlməsi əsasında yeni sığorta növlərinin təklifi;

  • risk səviyyələri fərqli olan sığorta müqavilələrinin olması;

  • sığortanin tarif dərəcəsinin azalan olması;

  • sığorta müqaviləsi ödənişlərinin asan formalarının tətbiq edilməsi;

  • sığortanın xidmətlərinin yüksək keyfiyyətinin əldə edilməsi istiqamətində müsbət nəticələrin olması.

Sığortada xarakteristik xüsusiyyətlərdən olan sığorta fondunun səfərbər olunan vəsaitlərinin sığorta ödənişləri formasında qaytarılma cəhəti vacib reallıqdır. Sığorta ödənişləri iki hissədən ibarətdir. Bunlar mümkün zərərlərin ödənilməsi üçün təyin edilən netto - ödənişlər formalarından və sığortanı həyata keçirən qismində sığorta təşkilatının saxlanılması istiqamətində nəzərdə tutulmuş əlavə xərclərdən ibarət olmaqla sığorta tariflərinə əsasən təyin olunur. Netto ödəmələrin ölçüsü, müəyyən edilən ərazi miqyasında həyata keçirilməklə hesabat dövrü ərzində yaranan mümkün zərərə əsasən müəyyən edilir. Buna görə də netto ödənişlərin məbləği, müəyyən müddət ərzində zərərin ödənişi formasında həmin əraziyə qaytarılır.

Sığorta xidmətlərinə olan tələb və təklifin miqyasından asılı olaraq sığorta bazarlarını daxili, xarici və beynəlxalq sığorta bazarı olmaqla ayırmaq lazımdır. Daxili sığorta bazarı dedikdə öz fəaliyyətini müəyyən ərazi daxilində həyata kecirən konkret sığortaçılar tərəfindən sığorta xidmətləri növlərinə olan tələbatın ödəndiyi hər hansı bir ərazi forması başa düşülür. Xarici sığorta bazarı isə müəyyən ərazidə sığortaçılar və sığortalılar arasında qarşılıqlı əlaqələr formasinda olan və daxili bazar sərhədlərindən kənarda olan bazar formasıdır. Beynəlxalq dünya sığorta bazarı dedikdə dünya təsərrüfatı miqyasında əhatə olunan sığorta və təkrar sığorta fəaliyyəti istiqamətlərini əks etdirir.

Sığorta xidmətləri də, başqa əmtəə növləri kimi, sığorta bazarının istehlak və mübadilə dəyərlərinə malikdir. Sığorta xidmətlərinin istehlak dəyəri sığorta ödənişi formasında həyata keçirilən sığorta müdafiəsi təminatını ifadə edir. Sığortanın mübadilə dəyəri dedikdə sığorta tariflərində (ayırmalar, yaxud ödənişlər) ifadə olunan sığorta xidmətinin qiyməti anlaşılır.

Sığorta xidmətlərinin qiyməti tələb və təklifə əsaslanmaqla rəqabət şəraitində formalaşır. Bu qiymətdə sığorta xidməti göstərilməsinə sərf olunan ictimai zəruri məsrəflər əks etdirilir. Bu proses, sığorta işinin aparılması və sığorta ödənişinin həcmi ilə müəyyən edilir. Rəqabət şəraitində qiymət müqavilə obyekti olmaqla, hər zaman müəyyən həddə doğru hərəkətdə olur. Qiymətin ən aşağı həddi sığorta münasibətlərindəki bərabərlik prinsipləri ilə, yəni sığortalananların ayırmaları ilə sığortaçıların sığorta məbləği ödənişi arasındakı tarazlıqla, ən yuxarı həddi isə sığortaçıların tələbatı ilə müəyyən edilir. Bu tələbatın yüksəlməsi mənfi hallara gətirib çıxara bilər. Konkret sığortaçının xidmətinin qiyməti onun sığorta portfelinin strukturundan və böyüklüyündən asılıdır. Bu portfeldə investisiya fəaliyyəti, idarəetmə xərclərinin həcmi, gözlənilən gəlirlər əks olunur.

Sığorta xidmətlərinin alqı-satqısı sığorta müqavilələrinin bağlanması ilə həyata keçirilir. Sığorta ödəməsinin həyata keçiriləcəyinə əmin olan sığorta obyektləri müqavilə bağlanan andan sığortaçını kreditləşdirməyə başlayır. Sığorta xidmətlərinin siyahısı özünü sığorta obyektləri olan alıcıların müvafiq seçim etdikləri sığorta bazarının «çeşidində» göstərir. Sığorta bazarında vəziyyət çoxlu cəhətlərin fəaliyyətləri ilə şərtlənir ki, onların da ən vacibləri risk dərəcəsi, sığorta obyektlərinin pul gəlirləri, sığorta tarifi, sığorta xidməti təklifi və s. dir. Konkret regionda və konkret vaxtda təşəkkül tapan sığorta xidmətinin reallaşdırılması şəraiti sığorta bazarının vəziyyətini səciyyələndirir. Bu vəziyyət, ilk növbədə, sığorta xidmətlərinə tələb və təklifin tarazlıq səviyyəsindən asılıdır. Bazarın inkişaf etməsi üçün tələb təklifdən üstün olmalıdır. Bu tələbin obyektiv əsası sığorta marağı kimi reallaşan sığorta müdafiəsinə olan ehtiyacdır. Qeyd edək ki, cəmiyyətin sığorta marağı olduqca rəngarəng və çoxölçülüdür. İqtisadiyyat inkişaf etdikcə bu maraqların tərkibi və xarakteri də dəyişilir.

2.2 SİĞORTA NƏZARƏTİ SİSTEMİ


Xarici ölkələrin sığorta fəaliyyəti ilə məsğul olan sığorta və təkrar sığorta təşkilatlarının, sığorta brokerlərinin və sığorta bazarının müxtəlif subyektlərinin dövlətlə arasında hüquqi münasibətləri tənzimləyən hüquq normaları toplusu sığorta nəzarətinin hüquqi əsasıdır. Sığorta fəaliyyətinin sağlam formalaşdırılması və sığorta təşkilatlarında ödəmə qabiliyyətliliyinin əldə olunması, qanunvericilikdə nəzərdə tutulan qaydalarla və müddətlərdə aparıldıqda hesabatlar və fərqli lazımı məlumatların təqdim olunması vacibdir. Məlumatlarin təqdim olunması tələblərinin həyata keçirilməsi üçün sığorta təşkilatlarında xüsusi səlahiyyətlərin olmasi hüquqi münasibətlər vasitəsilə sığorta nəzarəti hüququnun tənzimlənməsi obyekti kimi çıxış edir.

Bazar iqtisadiyyatının formalaşdırılmasında sığorta nəzarəti hüququnun bütov və əhatəli formalaşdırılma prosesi dövlət üçün prioritet vəzifələr arasındadır . Sığorta nəzarətinin hüququnun quruluşu, forma və məqsədləri “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və tənzimlənir. Bunlar əsas etibarı ilə sığortaçı şəxslər tərəfindən qüvvədə olan qanunvericilik tələblərinin gözlənilməsinin təmin edilməsi, sığorta xidmətlərinin səmərəli formada inkişaf etdirilməsi, sığortalılar, sığortaçılar, digər maraqlı şəxslərin və dövlətin hüquq və mənafelərinin müdafiəsi məsələlərilə əlaqəlidir.

Sığortaya dövlət nəzarətinin səmərələliyi aşağıda qeyd ediləcək nəzarət funksiyalarının təmin edilməsi səviyyəsilə əlaqəlidir:

-maliyyə vəziyyətinin, sığorta şərtlərinin və sığorta tarifləri əsaslandırılmasında nəzarət etməni daxil etməklə sığorta fəaliyyətində lisenziyalaşdırılma (Avropa Ittifaqına daxil olan ölkələrinin əksəriyyətində sığortanın şərtlərinə və sığorta tariflərinə ilkin nəzarət etmə ləğv edilsə də, sığortaçının maliyyə sabitliyinə və tədiyyə ödəmə qabiliyyətinə nəzarət etmə nəzarət sisteminin vacib elementləridir);

-sığorta ehtiyatlarınin yaradıla bilmə qaydalarının müəyyənləşdirilməsi;

-sığorta ehtiyatlarını əhatə edən aktivlərin yerləşdirilmə qaydalarında müəyyənliyin tam göstərilə bilinməsi;

-sığortaçı aktiv və öhdəliklərinin arasındaki normativ nisbətlər fərqinin müəyyənləşdirilməsi;

-mühasibat və statistik hesabat formaları və onların təqdim edilməsi vaxtlarının dəqiq müəyyənləşdirilməsi;

-sığortaçı şəxslərin və sığorta brokerlərinin qeydiyyata alınmasının təmin olunması;

-sığorta fəaliyyətinin həyata keçirilməsi hüququnu verən lisenziyaların dayandırılma və geri alınma hüququ

Sığorta təşkilatları fəaliyyətlərinə dövlət nəzarəti 3 mərhələdə həyata keçirilir: ilkin, cari və sonrakı mərhələ.

İlk mərhələ olaraq sığorta fəaliyyəti göstərməyə hüquqi imkan yaradan lisenziyanın verilməsi haqqında qərarın qəbulu nəzarətin səmərəliliyinə təkan vermiş olur. Avropa İttifaqı tərkibində yer alan ölkələrin qaydalarına uyğun olaraq sığorta fəaliyyəti lisenziyalaşdırılan zaman ilk nəzarət mərhələsində həyat sığortasına nəzərən qeyri-həyat sığortasının həyata keçirilməsi barədə tələb olunan sığorta sənədlərinin məzmunu fərqlənir. Buna əlavə olaraq, sığorta fəaliyyətində belə sahələrin bərabər müddətdə eyni bir hüquqi şəxs tərəfindən həyata keçirilməsinə qadağalar mövcuddur. Bu cür qadağalar sığorta ehtiyatlarının yaradılmasının və onları örtən aktivlərinin yerləşdirilməsinin müxtəlif qaydada tənzimlənməsi zəruriliyi ilə əlaqədardır.

Bugün faktiki olaraq siğorta qanunvericiliyimiz imkanlar yaradır ki , bir sira dünya ölkələrindən fərqli olaraq respublikamızda fəaliyyətdə olan bir sığorta təşkilatı eyni zamanda həyatin və qeyri-həyatin sığortalanması sahəsində xidmətlər göstərə bilsin.

Əsas etibari ilə sığorta təşkilatlarının yaradılması və sığorta fəaliyyətini həyata keçirməyə hüquqi imkan yaradan lisenziyanı tənzimləyən normativ aktlar mühüm əhəmiyyət kəsb edir. Azərbaycan qanunvericiliyində sığorta müqavilələri üzrə mülki hüquqi münasibətlərin potensial subyekti olaraq sığorta təşkilatının yaranması 2 mərhələli prosedura formasında nəzərə alınır. Sığorta təşkilatı yaradılması prosesləri mülki qanunvericilik normaları ilə, sığorta fəaliyyətini həyata keçirmə hüququ verən lisenziyanın verilməsi isə inzibati hüquq normaları ilə tənzimlənir .

Bu məsələ ilə bilavasitə bağlı olan, xüsusi ilə sığorta təşkilatının müflisləşməsi halında onun ləğv edilməsi ilə əlaqədar olaraq mülki və inzibati hüquqda xüsusi prosesə diqqət etmək zəruridir.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın geri alınması haqqında qərarin qəbulundan sonra dövlətin nəzarəti funksiyası dayandırılır. Sığortaçının sonrakı mərhələdə ləğv edilmə məsələsi, kreditorların huquqlarinin, həmçinin sığorta ödənişlərinin ödənilməsi dayanan məbləği üzrə sığortalı şəxslərin və mənfəət əldə edənlərin, habelə qüvvədə olan sığorta müqavilələrinin dayandırılması ilə bağlı təminatlar Mülki Məcəllədə qeyd olunan normalarla müəyyənləşdirilir. Bu halda sığortaçı aktivlərinin həmçinin sığorta fəaliyyətini həyata keçirməklə əlaqəli olub və sığorta ehtiyatlarını təqdim edən hissə qanunvericiliklə müəyyənləşdirilimiş növbəlilik prinsipi ilə kreditorların tələblərinin təmin olunmasina yönəldilən ləğv ediləcək əmlakın tərkibinə aid edilir. Bununla da sığortalılar və xeyirgötürənlər beşinci növbəliliyə aid edilirlər və faktiki olaraq müflisləşmiş sığortaçıya qarşı birinci növbəli təmin etmə əsaslarına malik deyildirlər. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan lisenziyalaşdırma proseslərinə qeyd ediləcək nəzarət formaları aiddir:

- lisenziyanın verilməsi barədə ərizə

- nizamnamənin notarial qaydada təsdiq edilmiş surəti

- təsisçilərin sayi birdən çox olarsa təsis müqaviləsi

-dövlət qeydiyyatı şəhadətnaməsinin notarial qaydaya uyğun təsdiq edilmiş surəti

- VÖEN

- ofisin movcudlugunun təsdiqi haqqinda sənəd (təskilatin mülkiyyətində olan binanın dövlət qeydiyyat şəhadətnaməsi və ya icarə muqaviləsi)



- hüquqi şəxsin nizamnamə kapitalının minimum məbləğinin qanunvericiliklə müəyyən edilmiş qaydaya uygun ödənilməsinin təsdiqi barədə sənəd;

- sığorta fəaliyyətinin aparılması nəzərdə tutulan könüllü sığorta növləri üzrə qaydalar;

- lisenziyanin verilməsinə aid lisenziyani verən orqan rəhbəri müsbət rəy verdiyi halda dövlət rüsumu ödənilməsinin təsdiqi olan bank sənədinin olması.

Sığortaçıya verilmiş lisenziya bu lisenziyada göstərilmiş sığorta növlərinin həmin lisenziyaya əlavə edilmiş sığorta qaydalarına müvafiq aparmasına icazə verir.

Sığorta növləri siyahısının sonrakı genişləndirilməsi (razılıq) lisenziyalaşdırmanın əvvəlki prosesini təkrar etmir.

Sonrakı nəzarət sığortaçıların sığorta nəzarəti orqanına təqdim etdiyi maliyyə hesabatlarının yoxlanılması əsasında həyata keçirilir. Sığortaçılar hesabat ilinin nəticələrinə görə özünün fəaliyyəti barədə illik hesabatı, mühasibat balansını və maliyyə nəticələrini müstəqil auditor həmin hesabatlarda göstərilən məlumatların düzgünlüyünü təsdiq etdikdən sonra dərc etdirməlidirlər. Azərbaycanda auditorların fəaliyyətinin xüsusi lisenziyalaşdırılmasına, onların sığorta qanunvericiliyi üzrə ixtisasının və biliklərinin yoxlanılmasına əsaslanan müstəqil sığorta auditorları institutu yaradılmamışdır. Qeyd etmək lazımdır ki, artıq belə bir təcrübə qonşu Rusiya Federasiyasında tətbiq olunur.

Nəzarətin mühüm alətlərindən biri də təkrar sığorta əməliyyatlarının, xüsusi ilə də təkrar sığorta müqaviləsi üzrə təkrar sığortaçı kimi xarici sığorta və ya təkrar sığorta təşki- latı çıxış etdikdə, onun etibarlılığına nəzarət etmədir. Azərbaycanın sığorta qanunvericiliyində beynəlxalq təkrar sığortaçıya nəzarət etməni nizamlayan hər hansı norma yoxdur. Buməqsədlərə nail olmaq üçün dünya praktikasında müxtəlif ya- naşmalardan istifadə edirlər, lakin əksər hallarda etibarlı təkrar sığortaçının seçilməsi hüququ riski təkrar sığortaya verən sığortaçıya həvalə edilir. Mövcud qanunvericiliyə əsasən sığortaçı xarici sığorta və ya təkrarsığorta təşkilatları ilə təkrarsığorta müqaviləsini «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun bağlaya bilər.

Qeyd etmək lazımdır ki, milli sığorta bazarının formalaşdırılması zamanında beynəlxalq təkrar sığorta əməliyyatlarına daha ümumi tələblərin müəyyən edilməsi tamamilə qanunauyğundur. Məsələn, həyat sığortası üzrə aparılan təkrarsığorta əməliyyatlarının yalnız «A»-dan aşağı olmayan və «Standard & Poors» beynəlxalq reytinginə malik olan, sığortanın digər növləri üzrə isə «BBB» –dən aşağı olmayan sığorta və təkrar sığorta təşkilatlarında aparılmasına icazə verilməsi daha məqsədəmüvafiq olardı. Mövcud qanunvericilıyə belə bir maddənin əlavə olunması sığorta təşkilatları tərəfindən təkrarsığorta əməliyyatları həyata keçirilən zaman, xarici sığorta və ya təkrarsığorta təşkilatlarının maliyyə sabitliyinə və imzalanmış təkrarsığota razilaşdırmalarının etibarlı olmasına, oncədən nəzarəti təmin edə bilər.

Maliyyə Nazirliyinin tabeçiliyi altinda fəaliyyət göstərən Dövlət Sığorta Nəzarəti Xidməti 3fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən,Maliyyə Nazirliyi tərkibindən çıxarılaraq , yeni yaradilan Maliyyə Bazarlarına Nəzarət Palatası tabeçiliyinə daxil edilmişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas məqsəd və vəzifələri Azərbaycan Respublikasında maliyyə bazarlarının səmərəli fəaliyyətinin və dayanıqlığının təmin edilməsi, kreditorları, sığortalıları, investorları və maliyyə bazarlarının digər istehlakçılarını hüquqlarını qorumaqdır.Yeni yaradılan palatanın fəaliyyət əhatəsi aşağıdakı istiqamətlər üzrədir:

-Maliyyə bazarlarında vahid siyasət formalaşdırılması məsələlərində iştirak və bu siyasətin həyata keçirilməsinin təmin olunması;

-Makroprodensial nəzarət sistemlərin təmin olunması;

-Maliyyə bazarlarının tənzimlənmə məsələlərinə aid qanun normativlərinə uyğun aktların qəbul olunması və müvafiq hüquqi aktların layihələrinin hazırlanması proseslərində iştirakin təmin olunması;

-Maliyyə bazarlarında fəaliyyət lisenziyalaşdırılmaları, icazələrin verilmə və ləğv edilmə hüququ;

-Maliyyə bazarlarında davamlı və əhatəli nəzarət sisteminin reallaşdırılması, yoxlamaların aparıla bilməsi və yaxud bu yoxlamalar keçirilməsində üçüncü şəxslərin iştiraki, hesabat formalarının alına bilməsi;

-Əmanət sığortalanmaları sahəsinə nəzarətin sistemli fəaliyyətlərinin təminliyinin olması;

-Maliyyə bazarlarında mərkəzləşdirilmiş məlumat-informasiya sistemində vahidlik prinsipinin tətbiq edilməsinin təmin olunması

2.3 AZƏRBAYCANDA SIĞORTA BAZARI VƏ ONUN İNKİŞAFI
Sığorta bazarının əsas istiqaməti yaxın gələcəkdə onun daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsidir. İqtisadiyyatın yüksəlişi və sabitliyinin mühüm cəhəti iqtisadi proseslərin sığorta təminatlılığı, respublikamızın ümumi daxili məhsulunda sığortanın movcud payında artırımların olmasıdır. Sığortanın rolu onun həyata keçirilmə proseslərinin son nəticəsində sığortanın tətbiqi sahələrinin optimallaşdırılması , sığorta əməliyyatlarının inkişaf göstəriciləri , gəlirlərlə zərərin və itkilərin tam formada ödənilməsi , sığorta təşkilatlarının investisiya fəaliyyəti sahəsində sığorta fondunun sərbəst vəsaitlərınin müvəqqəti şəkildə iştirak etməsi, ölkənin dövlət büdcəsi gəlirlərinin sığorta gəliri və təsərrüfat əməliyyatları nəticəsində əldə edilən gəlirlər hesabına tamamlanması proseslərində əhəmiyyət təşkil edir.

Sığorta bazarı iqtisadi rəqabət mühütndə nizamlayıcı funksiya yerinə yetirir. Qeyd edək ki, təkcə rəqabətin mövcud olmasi sığorta bazarında perspektivli fəaliyyət göstərməyə kifayət deyil. Burada sığorta cəmiyyəti əməkdaşları hər zaman yeni potensıal müştəriləri axtarmağa və həmçinin sığorta xidmətlərinin metod və formalarının inkişaf etdirilməsi istiqamətində fəaliyyətin genişləndirilməsinə üstünlük verirlər. Sığortaçı şəxslərin sığorta cəmiyyətinlərinin daxili və xarici fəaliyyətinə rəhbərlik edə bilməsii və bununla da sığorta mədəniyyətini artıra bilməsi vacib xüsusiyyət hesab olunur.

Sığorta bazarının inkişafını təmin edəcək başlıca amillər arasında ölkənin iqtisadi vəziyyətini, əhali gəlirlərini, sığorta şirkətlərinin maliyyə sabitliyi və ödəmə qabiliyyətınə malik olmasını (nizamnamə kapitalını, sığorta ehtiyatlarını, xüsusi təminat və təkrar sığorta sistemini), göstərilən sığorta xidmətləri səviyyəsini və sığorta növlərini, ixtisaslı və peşəkarlaşmış mütəxəssislərin olmasını, sığorta münasibətlərini hərtərəfli tənzimləyə bilən qanunvericilik bazasını (normativ hüquqi aktları), habelə bazarın dövlət tənzimlənməsini, o cümlədən inhisarçılığa imkan verilməməsini və sağlam rəqabət mühiti yaradılmasının təmin olunmasını qeyd etmək olar.

Sığorta bazarının inkişafında əhalinin gəlirləri də əhəmiyyətə malikdir. Belə ki, əgər əhalinin əldə etdiyi gəlir onun maddi və sosial tələbatını tam ödəyirsə, əhali özünün sosial müdafiəsinə əlavə təminat yaratmaq məqsədilə əmlakının, yaxud əmlak mənafelərinin sığortalanmasını zəruri hesab edəcək və əldə etdiyi gəlirdən sığorta haqqı ödəməklə sığorta müqaviləsi bağlamağa üstünlük verəcəkdir.

İnkişaf etmiş sığorta bazarının ayrılmaz tərkib hissələrindən biri rəqabətdir. Sığorta bazarını rəqabətsiz təsəvvür etmək mümkün deyildir. Odur ki, rəqabətin öyrənilməsi, onun səviyyəsinin və intensivliyinin, rəqabət qabiliyyətli sığortaçıların gücünün və bazar imkanlarının müəyyən olunması zərurəti yaranır. Rəqabət qabiliyyəti yüksək sığortaçıların mövcudluğu, sığortaçıdan müştərilərin sorğularına diqqətlə yanaşmağı tələb edir.

Sığorta bazarının rəqabət səviyyəsi təhlil edilərkən ilk mərhələ bazarın intensivlik dərəcəsini müəyyənləsdirən cəhətlərin təhlil edilməsi nəticəsində sığorta bazarında rəqabət proseslərilə mübarizə aparmaq səviyyəsinin qiymətləndirilməsi mərhələsidir. Bu cəhətlərə daxildir:

- rəqabət apara bilən sığortaçı səxslərin sayı;

- sığorta xidmətlərinə tələbatın həcmində dəyişikliklərin olmasi və xidmətlərin struktur və dəyər tempi;

- sığorta bazarından asılı olmayan maneələr;

- rəqabət qabiliyyətli sığortaçı strategiyaları arasında fərqliliklər;

- sığorta bazarında rəqabət aparmaq üçün xüsusilik göstərən tələb formaları.

Qiymətli və qiymətsiz rəqabəti fərqləndirirlər. Qiymətli rəqabətin əsasında tarif dərəcəsi dayanır. Qiymətsiz rəqabət sığortaçının müştərilərə əlavə xidmətlər göstərməsini ön plana çəkməyə əsaslanır

Azərbaycan ərazisində sığorta prosesləri XIX əsrin ortalarından etibarən təsəkkül tapmağa başlamışdır. Burada əsas özünəməxsusluq ölkəmizin ərazisində kаpitаlist istеhsаl münаsibətlərində inkişаfa təkan verən nеft sənаyеsi sahəsinin kapitalistlər üçün cəlbedici olması, sаhibkаrlığın artması proseslərinin mçüsahidə edilməsidir. XIX əsrin axırlаrından etibarən Azərbaycanın neft sənаyesinə xarici investorların yüksək surətlə nüfuz etməsi nəticə etibarilə sığortanın inkişafı istiqamətində tərəqqinin bаşlаnması neft və gəmiçilikdə şirkətlərin yaranması yeni mərhələdən xəbər verirdi.

Sovet hаkimiyyətinin qurulmasından sonra 1922-ci ildən etibarən bütün SSRİ-də sığorta dövlətin inhisarınа daxil oldu. Bu dövrdə əhaliyə göstərılən sığorta xidmətləri məhdud xarakter daşımaqla dövlətin sosial təminatı sisteminə əlavə formasında mövcudluq göstərə bilirdi.



Milli sığorta bazarı Azərbaycanda 1992-ci ilin əvvəlindən formalaşmağa başlamışdır. Azərbаycan Respublikasının Milli Məclisi Azərbаycan tаriхındə ilk dəfə оlаrаq 1993-cü ilin yanvar ayinda «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul еtmişdir. Bu qanunun tələblərınin icra edilməsi üçün sığorta işinin inkişafina imkanlar yaradan müxtəlif normativ huquqi sənədlər hazırlanmışdır ki, bu da əsasən sığorta xidmətlərinin artırılmasında, sığorta təşkilatlarının maliyyə sabitliyinin möhkəmləndirilməsində əsas elementlər kimi ortaya çıxır. Bunlarla yanaşı 1993-cü ildə Azərbaycan Respublıkası Sığorta Cəmiyyətləri İttifaqı yaradılmışdır. İttifaqın məqsədi ölkədə sığorta təşkilatlarının cəhdlərini birlikdə saxlamaq istiqamətində, sığorta bazarının inkişafındaa köməkci olmaq, onların bir-birilə qarşılıqlı fəaliyyətlərində əlaqələndirici funksiyani yerinə yetirmək, dövlət, beynəlxalq və digər təşkilatlarla münasibətlərdə öz üzvlərinin mənafeylərini müdafiə etməkdir.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin