AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ (UNEC)
İSTANBUL ÜNİVERSİTESİ
SAKARYA ÜNİVERSİTESİ TÜRKMER
(Türk Dünyası Uygulama ve Araştırma Merkezi)
Azərbaycan və Türkiyə Universitetlərinin Əməkdaşlıq İstiqamətləri: Mövcud Vəziyyət və Perspektivlər
BAKI – 2019
Buraxılışa Məsul Redaktorlar:
- Prof. Zahid Fərrux Məmmədov
- Doç. Dr. Ferruh Tuzcuoğlu
- Doç. Dr. Suat Kol
UNEC və Türkiyə Universitetlərinin əməkdaşlıq istiqamətləri: mövcud vəziyyət və perspektivlər. Buraxılışa məsul redaktorlar - prof. Z. Məmmədov, doç. dr. Ferruh Tuzcuoğlu, doç. dr. Suat Kol.
Bakı: UNEC-2019.-254 s.
ISBN - 978 9952-501-18-6
© UNEC - 2019
M Ü N D Ə R İ C A T
|
Prof. Ədalət MURADOV (UNEC rektoru)
Yeni Qlobal İqtisadi Çağırışlara Uyğun Universitet Modelinə Keçid: Unec –Təcrübəsi………………………………………………………….
|
4
|
Prof. Dr. Mahmut AK (İstanbul Universitetinın rektoru)
İstanbul Üniversitesi ve Prof. Dr. Turan YAZGAN…………………….
|
14
|
Prof. Zahid MƏMMƏDOV
Biliklərə Əsaslanan İqtisadiyyatda Universitetlər: Unec Təcrübəsi……………………………………………………………………………....
|
23
|
Prof. Dr. Ahmet Vecdi CAN
Yükseköğretimde Kalite Akreditasyon İnovasyon: Sakarya Üniversitesi Üzerinden Azerbaycan Devlet İktisat Üniversitesi İçin Bir Analiz………………………………………………………………………..
|
35
|
Doç. Dr. Köksal ŞAHİN - Dr. Öğr. Ü. Gökçe CANDAN
Azerbaycan ve Türkiye’nin Bilimsel İşbirliği: Ortak Bilimsel Yayın ve Atıf Verilerinden Hareketle Bir Analiz……………………….
|
74
|
Doç. Dr. Ferruh TUZCUOĞLU
Azerbaycan-Türkiye Eğitim İlişkileri Ve Tüdifak Örneği…………
|
94
|
Doç. Dr. Suat KOL
Türkiye ve Azerbaycan’daki Eğitim Sistemlerinin İncelenmesi...
|
128
|
Dr. Öğr. Üyesi Dursun AKSU
Türkiye ve Azerbaycandaki Öğretmen Yetiştirme Sistemlerinin İncelenmesi……………………………………………………………………….......
|
186
|
Dr. Öğr. Üyesi Adem AKBIYIK
Sosyal Yazılımların Eğitim Amaçlı Kullanımı: Azerbaycan ve Türkiye Ekseninde Bir Değerlendirme……………………………………
|
225
|
Müəllif Rezume………………………………………………………………….
|
247
|
PROF. ƏDALƏT MURADOV
REKTOR, UNEC
YENİ QLOBAL İQTİSADİ ÇAĞIRIŞLARA UYĞUN UNİVERSİTET MODELİNƏ KEÇİD: UNEC –TƏCRÜBƏSİ
Giriş
İqtisadiyyatın müxtəlif sahələri üzrə milli kadrların hazırlanması üzrə hələ sovet dönəmindən başlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasəti ölkənin inkişafına xidmət edəcək güclü milli kadr potensialını formalaşdırmış, iqtisad elmi və təhsilinin inkişafı hər zaman prioritetliyi ilə seçilmişdir. Təsadüfi deyil ki, ümummilli lider 13 iyun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş mərasimdəki çıxışında cəmiyyətin bünövrəsində iqtisadiyyatın dayandığını qeyd etmişdir. Bu, müasir Azərbaycanda iqtisad elmi və təhsilinin inkişafı və milli iqtisadçı kadrların formalaşdırılması prosesinin başlıca vəzifələrini özündə ehtiva edən proqram xarakterli çıxışdır. Bu çıxışda xüsusi vurğulamışdır ki: "Mən bu gün sizin qarşınızda Azərbaycan iqtisadiyyatının bugünkü vəziyyəti ...haqqında söhbət açmaq fikrində deyiləm. Sadəcə, bu mövzulara toxunuram və bununla bağlı iqtisadçının vəzifəsi, iqtisad elminin vəzifəsi və İqtisad Universitetinin vəzifələri haqqında danışıram”. Dahi rəhbərin qarşımızda qoyduğu vəzifələr bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir.
Ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanmasında UNEC təcrübəsi
İqtisadiyyat dinamik inkişaf edən, daim yeniliklərə, innovativ texnologiyalara açıq olan bir sahədir. Bu baxımdan iqtisadçı kadrları yetişdirən ali təhsil müəssisələrinin də bütün bu yeniliklərə adekvat cavab verə biləcək çevik təhsil proqramlarına, yüksəkkeyfiyyətli tədris prosesinə sahib çıxması tələb olunur. Bakalavr və magistratura səviyyəsində yeni ixtisasların açılması, tədris prosesinin tamamilə elektronlaşdırılması, şəffaflığın və hesabatlılığın yüksəldilməsi, əsas hissəsini xaricdə təhsil üzrə dövlət proqramının məzunlarının təşkil etdiyi çoxlu sayda gəncin elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi, ingilis və rus dillərində təhsil proqramlarını həyata keçirən iki yeni məktəbin (fakültənin) yaradılması, türk dilində tədris aparan fakültənin inkişaf etdirilməsi, Azərbaycan dilində tədris aparan fakültələrin bazasında keyfiyyətcə yeni meqafakültələrin formalaşdırılması, gənc və peşəkar kadrların tədris prosesinin idarə olunmasına cəlb edilməsi, 24/7 kitabxananın yaradılması və yeni tədris materiallarının formalaşdırılması hesabına tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması, tədris planları və proqramlarının (sillabuslar) yeniləşdirilərək mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılması və digər tədbirlər nəticəsində UNEC iqtisadçı kadr hazırlığını təkmilləşdirmişdir.
Sevindiricidir ki, II ixtisas qrupunda respublika üzrə prezident təqaüdçülərinin 2015-ci ildə yalnız 4 faizi UNEC-i seçdiyi halda, bu rəqəm hər il artaraq 2018-ci ildə 68 faizə yüksəlmişdir. Eyni zamanda əvvəllər belə fakt qeydə alınmasa da, son üç ildə 700 bal toplayan abituriyentlər arasında UNEC-i seçənlərin sayı artmışdır. Bütövlükdə, ötən il II ixtisas qrupu üzrə 600 və daha yüksək bal toplayan 550 nəfərin 347-si, yəni 63 faizinin seçimi məhz UNEC olmuş və 2014-cü illə müqayisədə 3,8 dəfə artmışdır. Nəticədə, universitet üzrə orta keçid balı davamlı yüksələrək 2018-2019-cu tədris ilində 409 bala çatmışdır.
UNEC qarşıdakı illərdə qəbul olan abituriyentlərin orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları - yetərli ixtisas bilikləri, analitik və empirik təhlil bacarığı, tənqidi və həll istiqamətli düşüncə tərzi, yüksək akademik yazı qabiliyyəti, İKT-dən istifadə bacarığı, xarici dil bacarığı, liderlik və komandada işləmə bacarığı - tam şəkildə formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirməyi, təhsil proqramlarının beynəlxalq akreditasiyadan keçməsini təmin etməyi, tələbələrin təqaüd imkanlarını davamlı yaxşılaşdımağı, distant təhsil xidmətləri göstərməyi və professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini daim artırmağı özünün əsas hədəfləri kimi qəbul etmişdir.
Magistratura və doktoranturada elmi-tədqiqat potensialının gücləndirilməsi, plagiatçılıqla mübarizənin genişləndirilməsi və dissertasiyaların yerinə yetirilməsi prosesinin ölkə iqtisadiyyatının inkişaf tələbləri ilə daha da uzlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bunun üçün ilk növbədə magistratura pilləsində təhsilin yeni standartları tətbiq edilmiş, ölkədə ilk dəfə olaraq magistraturada ikinci tədris ili bütövlükdə magistrların elmi-tədqiqat təcrübəsinə və dissertasiyaları yerinə yetirməsinə ayrılmışdır.
Doktorantura pilləsi üzrə təhsilin yeni standartları hazırlanmaqla yanaşı, doktorantların xarici dil biliklərinə olan tələb də əhəmiyyətli dərəcədə yüksəldilmiş, doktoranturaya qəbul zamanı ingilis dili üzrə qəbul və minimum imtahanları "British Council” tərəfindən götürülür.
MBA təhsili üzrə müasir UNEC Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılmışdır. Son illər UNEC-də MBA təhsili üzrə tədris planları yeniləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmış, əmək bazarının tələblərindən irəli gələrək, "biznes analitikası”, "sosial media”, "idmanın idarə edilməsi”, "səhiyyənin idarəedilməsi”, "turizm və otelçilik” kimi yeni ixtisas və ixtisaslaşmalar açılmış, mübadilə və ikili diplom proqramları həyata keçirilmişdir. UNEC Biznes məktəbi, 2016-cı ildən ABŞ-ın Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının (AACSB) tamhüquqlu üzvü olmuş, İmtiyazlı Sertifikat- laşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) tərəfindən akreditasiya edilərək "mühasibat uçotu” ixtisasının məzunları F1-F9, digər ixtisasların məzunları isə F1-F4 sertifikatını əldə etmək hüququnu qazanmışdır. UNEC Biznes Məktəbi 56-cı proqramda ölkə üzrə payını 2014-2015-ci tədris ilindəki 43,5%-dən 2018-2019-cu tədris ilində 73%-ə yüksəltmişdir.
Startap fəaliyyətlərinin dəstəklənməsi sahəsində də müvafiq işlər görülür. Belə ki, 2014-cü ildən UNEC-də fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorun əsas məqsədi tələbələrin biznes ideyalarının reallaşdırılmasına dəstək vermək və onların bazara çıxış imkanlarına kömək göstərməkdir. Bu günə qədər 20-yə yaxın tələbə startapı UNEC İnnovativ Biznes İnkubator vasitəsilə ideya inkubasiyasını həyata keçirmişdir. Burada onlara risklərin dəyərləndirilməsi, maliyyə analizi, marketinq araşdırmaları, komanda işi, təqdimat bacarıqları və s. kimi xüsusi təlimlər təşkil edilir. Bir çoxu Respublika müsabiqələrinin də qalibi olan bu startaplardan "CanCarryYou”, "Boomerang”, "ÖzünüSına”, "Misker.az” və "Yosun” hazırda da UNEC İnnovativ Biznes İnkubatorda fəaliyyətlərini davam etdirirlər.
UNEC kadr hazırlığında bazarın tələblərini daha dolğun şəkildə öyrənmək və onlara uyğunlaşmaq məqsədilə "Tələb işəgötürənlərdən - təklif UNEC-dən” mövzusunda konfrans keçirmiş və həmin konfransda "UNEC - iş dünyası strateji əməkdaşlıq platforması: UNEC2B” təqdim edilmişdir. "UNEC2B” Platforması tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların işlə təmin olunmasında UNEC və iş dünyasının birgə fəaliyyətini nəzərdə tutur. Platformaya əsasən, UNEC məzunlarını işə qəbul edən işəgötürənlər qarşısında 3 il ərzində "servis xidməti”, yəni məzunlar üçün UNEC tərəfindən ödənişsiz ixtisasartırma kursları təşkil etmək öhdəliyi götürür.
UNEC –də tədqiqat universitetinə keçid hazırlıqları
Heç kimə sirr deyil ki, istənilən universitetdə yüksəksəviyyəli tədrisin və biznes dünyası ilə səmərəli əlaqələrin qurulması üçün ilk növbədə yüksək elmi-tədqiqat potensialı tələb olunur.
Universitetimiz qarşıdakı illərdə tədqiqat universiteti statusunu
əldə etməyi özünün başlıca strateji məqsədlərindən biri kimi müəyyən etmişdir. UNEC bu məqsədə nail olmaq üçün qarşıdakı illərdə magistratura və doktorantura təhsilini tamamilə mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırmağı, milli və beynəlxalq səviyyədə yüksək reytinq qazanmış ən azı bir "beyin mərkəzi” formalaşdırmağı, sifarişlər və qrantlar əsasında yerinə yetirilən tədqiqat layihələrinin və "Web of Science” və "Scopus” bazalarındakı məqalələrinin sayını davamlı artır- mağı, bu bazalara daxil olan ən azı 2 nüfuzlu konfransa və ən azı 3 elmi jurnala sahib olmağı və hər il iqtisadçı tələbələrin nüfuzlu beynəlxalq tələbə konfransını təşkil etməyi özünün əsas hədəfləri kimi seçmişdir.
Milli ali təhsil sistemində ölkədə ilk dəfə "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nın 2.3.1 və 5.10-cu bəndlərinə uyğun olaraq UNEC –də Diferensial Əmək Haqqı Sistemi tətbiq edilir. Professor-müəllim heyətinin elmi fəaliyyətlərinə 70 faiz payın ayrıldığı bu sistemin tətbiqi nəticəsində UNEC-in elmi-pedaqoji göstəriciləri əvvəlki illərlə müqayisədə ciddi şəkildə yaxşılaşmış və bu yaxşılaşma müvafiq beynəlxalq təşkilatların hesabatlarında və reytinq siyahılarında da öz əksini tapmışdır.
Diferensial Əmək Haqqı Sisteminin tətbiqi ilə yanaşı, UNEC-də nüfuzlu beynəlxalq elmi nəşrlərdə əsərləri çap edilən əməkdaşlar üçün mükafatlandırma sistemi də fəaliyyət göstərir. Bu mükafatlandırma sisteminə əsasən, hazırda nüfuzlu "Web of Science” və "Scopus” elmi bazalarına daxil olan elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşları və təhsilalanlar nəşrin təsir dərəcəsindən (impact factor) asılı olaraq 4000 manata qədər mükafat almaq imkanına malikdirlər.
Atılan addımların nəticəsində UNEC əməkdaşlarının müstəqillik illərində "Web of Science” bazasına daxil olan elmi nəşrlərdə çap etdirdikləri elmi əsərlərin 70 faizə qədəri məhz son beş ilin payına düşür. Nüfuzlu "Clarivate Analytics” şirkətinin UNEC-i "Web of Science Awards-2018” və "Most Progressive Universities in Web of Science for the Last 3 Years” mükafatlarına layiq görməsi də bunu bir daha sübut edir.
Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi və modern- ləşdirilməsi prosesinin mütərəqqi dünya təcrübəsi və müasir iqtisadi nəzəriyyələr əsasında həyata uyğunlaşdırılmasını iqtisadçı alimlərin başlıca vəzifəsidir. Qeyd edilən vəzifədən irəli gələrək UNEC Tədqiqat Fondu, 26 tədqiqat mərkəzi yaradılmış, elmi tədqiqatların milli iqtisadiy- yatın problemləri ilə əlaqələndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Hazırda UNEC-də Azərbaycan iqtisadiyyatının müxtəlif problemlərinin tədqiqi ilə məşğul olan "Empirik tədqiqatlar mərkəzi”, "Digital marketinq mərkəzi”, "Ermənistan iqtisadiyyatının araşdırma mərkəzi”, "İnkişaf iqtisadiyyatı laboratoriyası”, "Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzi”, "İslam iqtisadiyyatı mərkəzi”, "Elektron pul araşdırma mərkəzi” kimi mərkəzlər fəaliyyət göstərir. Yeni yaradılmış bu mərkəzlərdə UNEC-in professor-müəllim heyəti ilə birgə tələbə, magistr və doktorantlar da tədqiqat aparmaq imkanı əldə etmişdir. Yeni yaradılmış "İnkişaf iqtisadiyyatı laboratoriyası”nda isə SOCAR-ın sifarişi əsasında dünyada ilk dəfə olaraq "Azərbaycan neftinin (Azerilight) dünya bazar qiymətinin proqnozlaşdırılması” mövzusunda geniş tədqiqat layihəsi həyata keçirilmiş, müvafiq model qurulmuş və tədqiqat nəticələri əsasında "Springer” kimi nüfuzlu beynəlxalq elmi nəşriyyat tərəfindən monoqrafiya dərc edilmişdir.
Bu sahədə uğurlu addımlardan biri də milli iqtisadiyyatın və qlobal iqtisadi proseslərin müxtəlif aspektləri ilə bağlı müzakirələrin aparıldığı nüfuzlu elmi tədbirlərin təşkil edilməsidir. Bu baxımdan UNEC-də Nobel mükafatı laureatı Aziz Sancarın da iştirakı ilə "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”, materialları "Web of Science” bazasında indeksləşən "Davamlı inkişafın sosial-iqtisadi problemləri”, "Elektron pullar: mövcud vəziyyət və perspektivlər”, universitet və biznes nümayəndələrinin iştirakı ilə "Bilik əsaslı iqtisadiyyata keçid: potensial imkanlar”, Dünya Bankı ekspertinin iştirakı ilə "İqtisadiyyatın şaxələndirilməsi: özəl sektorun rolu” və digər aktual mövzuları əhatə edən nüfuzlu elmi tədbirlər keçirilmiş, yerli və beynəlxalq ekspertlərlə birlikdə ölkə iqtisadiyyatının gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.
Ölkədə həyata keçirilən iqtisadi islahatların, onların nəticələrinin dərin elmi təhlillərinin aparılması ilk növbədə iqtisadçıların işidir. UNEC əməkdaşları tərəfindən ölkədə aparılan iqtisadi islahatların və onların əldə olunan uğurlu nəticələrinin təhlilinə həsr edilmiş çoxlu sayda elmi və analitik məqalələr ayrı-ayrı qəzet və jurnallarda, o cümlədən də UNEC- in nəşr etdiyi "Economic sciences: Theory and Practice”, "Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” və "UNEC Ekspert Jurnalı”ında çap edilmişdir. Xüsusilə də UNEC ekspertlərinin analitik məqalələrinin nəşr olunduğu və 2016-cı ildən fəaliyyət göstərən "UNEC Ekspert” jurnalında qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi və digər istiqamətlər üzrə Azərbaycanda həyata keçirilən islahatların təhlilinə və strateji yol xəritələrinə həsr edilmiş çoxlu sayda analitik məqalələr nəşr edilmişdir.
UNEC – beynəlxalq universitet olma yolunda
UNEC qlobal təhsil və tədqiqat bazarına inteqrasiya etmək, yüksəkkeyfiyyətli tədris və tədqiqatların həyata keçirildiyi universitetə çevrilmək məqsədilə dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetləri və beynəlxalq elm, təhsil təşkilatları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi həyata keçirir və birgə proqramlar reallaşdırır.
UNEC həm də təhsil xidmətləri ixrac edən ali təhsil ocağına çevrilmişdir. Artıq bir neçə ildir ki, universitetimiz Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu ilə birgə Yunanıstanda "Neft və qazın idarə edilməsi və daşınması” (MOGMAT) magistr proqramı üzrə yüksəkixtisaslı kadrlar hazırlayır. Qeyd edilən proqram üzrə tədris və tədqiqat fəaliyyətlərini UNEC müəllimləri tərəfdaş universitetin müəl- limləri ilə birgə Yunanıstanda həyata keçirirlər. Bundan başqa, UNEC ölkə xaricində filialı olan Azərbaycan universiteti kimi bu imkanından geniş istifadə etməyə başlamışdır. Belə ki, Rusiya Federasiyasının (RF) Dərbənd şəhərində yerləşən UNEC filialı RF-nin rəsmi lizenziyası əsasında fəaliyyət göstərən yeganə xarici universitetdir. Symonds” təşkilatı tərəfindən İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionunun iqtisadyönümlü 4-cü ən yaxşı universiteti, 2018-2019-cu illərdə bu regionun ən yaxşı 200 universitetindən biri seçilmişdir. Dünya universitetlərinin veb populyarlığını müəyyən edən "Webometrics” təşkilatının 2019-cu il hesabatına görə, UNEC "Google scholar” bazasındakı istinadların sayına, "açıqlıq” və "iştirak” göstəricilərinə görə ölkəmizdə birincidir. Bu sahədə digər bir təşkilat olan "UniRank”in 2019- cu il hesabatına görə isə UNEC Azərbaycan üzrə 1-ci, Asiya regionunun "Top-200” universiteti arasında isə 122-ci yerdədir. Qarşıdakı illərdə UNEC tələbələrin sayında əcnəbilərin payını 10%-ə çatdırmağı, beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayını davamlı artırmağı, beynəlxalq ikili diplom proqramlarının sayını 10-a yüksəltməyi, ingilis dilində təhsil proqram- larını davamlı inkişaf etdirməyi və 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən biri olmağı hədəfləyir.
Beləliklə, ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən Beləliklə, ölkəmizin inkişaf edən iqtisadiyyatı və güclənən beynəlxalq nüfuzu sayəsində yaxın gələcəkdə UNEC-in dünya universitetlərinin reytinqində ölkəmizi daha yüksək yerlərdə təmsil edəcəyinə, ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universiteti qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəyinə, sözün həqiqi mənasında, yüksəkkeyfiyyətli tədris və tədqiqat mərkəzinə çevriləcəyinə inanır və Azərbaycan Dövlət İqtisad Universiteti böyük tarixi keçmişi və mövcud potensialına arxalanaraq, Prezident İlham Əliyevin müəyyən etdiyi təhsilin, elmin və iqtisadiyyatın inkişaf strategiyalarının reallaşdırılması işinə layiqli töhfələr vermək üçün bütün səylərini səfərbər edəcəkdir.
Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli tədqiqatların və tədris prosesinin təşkilində son illər dünyanın inkişaf etmiş universitetlərindən məzun olan 400-dən çox gəncin müəllim və ya tədqiqatçı kimi UNEC-ə cəlb edilməsinin də böyük rolu olmuşdur. Bu gənclərin əksəriyyəti "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində inkişaf etmiş bazar iqtisadiyyatına malik ölkələrin nüfuzlu universitetlərindən magistr və ya fəlsəfə doktoru dərəcəsi almışdır. "Gənc müəllim-1” və "Gənc müəllim-2” layihələri çərçivəsində müsabiqə əsasında UNEC-də əmək fəaliyyətinə başlayan gənclər təhsil aldıqları universitetlərlə UNEC arasında səmərəli əməkdaşlıq əlaqələrinin, o cümlədən də təcrübə mübadiləsinin qurulmasında əhəmiyyətli rol oynayırlar.
Təkcə ötən il UNEC-in 81 tələbəsi, 165 müəllimi və 31 inzibati işçisi
25 ölkəni əhatə edən müxtəlif beynəlxalq mübadilə proqramlarında iştirak etmişdir. Hazırda UNEC müxtəlif nüfuzlu xarici universitetlərlə birgə 4 beynəlxalq ikili diplom proqramı həyata keçirir, Türkiyə Respublikasının "Mevlana”, Avropa İttifaqının "Erasmus+” və "TEMPUS”, Almaniya Federativ Respublikasının "DAAD” kimi nüfuzlu beynəlxalq elm və təhsil proqramlarında fəal iştirak edir, TIKA, KOICA, Dünya Bankı, Dünya Ticarət Təşkilatı, digər xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirir.
UNEC həm də təhsil xidmətləri ixrac edən ali təhsil ocağına çevrilmişdir. Artıq bir neçə ildir ki, universitetimiz Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu ilə birgə Yunanıstanda "Neft və qazın idarə edilməsi və daşınması” (MOGMAT) magistr proqramı üzrə yüksəkixtisaslı kadrlar hazırlayır. Qeyd edilən proqram üzrə tədris və tədqiqat fəaliyyətlərini UNEC müəllimləri tərəfdaş universitetin müəllimləri ilə birgə Yunanıstanda həyata keçirirlər. Bundan başqa, UNEC ölkə xaricində filialı olan Azərbaycan universiteti kimi bu imkanından geniş istifadə etməyə başlamışdır. Belə ki, Rusiya Federasiyasının (RF) Dərbənd şəhərində yerləşən UNEC filialı RF-nin rəsmi lizenziyası əsasında fəaliyyət göstərən yeganə xarici universitetdir. Müxtəlif nüfuzlu beynəlxalq reytinq təşkilatları ilə sıx əlaqələr qurulmuş, bu təşkilatların müəyyən etdiyi parametrlər ətraflı şəkildə öyrənilmiş və UNEC-in qeyd edilən parametrlər üzrə göstəricilərinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Heç təsadüfi deyil ki, UNEC, "QS - Quacquarelli Symonds” təşkilatı tərəfindən İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya Regionunun iqtisad- yönümlü 4-cü ən yaxşı universiteti, 2018-2019-cu illərdə bu regionun ən yaxşı 200 universitetindən biri seçilmişdir. Dünya universitetlərinin veb populyarlığını müəyyən edən "Webometrics” təşkilatının 2019-cu il hesabatına görə, UNEC "Google scholar” bazasındakı istinadların sayına, "açıqlıq” və "iştirak” göstəricilərinə görə ölkəmizdə birincidir. Bu sahədə digər bir təşkilat olan "UniRank”in 2019-cu il hesabatına görə isə UNEC Azərbaycan üzrə 1-ci, Asiya regionunun "Top-200” universiteti arasında
isə 122-ci yerdədir.
Qarşıdakı illərdə UNEC tələbələrin sayında əcnəbilərin payını 10%- ə çatdırmağı, beynəlxalq mübadilə proqramlarında iştirak edən tələbə, müəllim və inzibati işçilərin sayını davamlı artırmağı, beynəlxalq ikili diplom proqramlarının sayını 10-a yüksəltməyi, ingilis dilində təhsil proqramlarını davamlı inkişaf etdirməyi və 90 yaşında dünyanın ən yaxşı 1000, 100 yaşında isə ən yaxşı 500 universitetindən biri olmağı hədəfləyir.
UNEC və Türkiyə universitetləri arasında əməkdaşlıq perspektivləri
Bu gün türk respublikaları 140 milyonluq əhalisi, 4,8 milyon km2- lik ərazisi və 1,5 trilyon dollarlıq ÜDM-si ilə dünyanın və regionun önəmli iqtisadi potensialını özlərində cəmləyib. Bu respublikalar, eyni zamanda dünya enerji resurslarının cəmləşdiyi mühüm coğrafiyalardandır. Bu gün dünya neft ehtiyatlarının 3,5%-i, təbii qaz ehtiyatlarının isə 6,9%-i məhz türk respublikalarının payına düşür. Bununla yanaşı, bu respublikaların dünyanın mühüm ticarət və enerji koridorlarında yerləşməsi tranzit nəqliyyatın, geniş məhsuldar torpaqlara malik olmaları kənd təsərrüfatı potensiallarının yüksək olmasını şərtləndirir. Eləcə də zəngin tarixi və təbiəti turizmin, olduqca gənc, dinamik və təhsilli əhalisi isə yüksək insan potensialından xəbər verir. Bu potensialların düzgün qiymətləndirilməsi, onların milli iqtisadi inkişaf proqramlarında əks etdirilərək reallaşdırılması heç şübhəsiz ki, bu sahədə ciddi elmi tədqiqat işlərinin aparılmasından asılı olacaqdır.
Türk dünyası ilə bağlı çoxəsrlik elmi tədqiqatların təhlili və qiymətləndirilməsi göstərir ki, bu arealın ən az tədqiq edilən sahəsi məhz iqtisadiyyatdır. Tarixə böyük mədəniyyət layihələri ilə çıxmış, bu gün də dünya resurslarının və imkanlarının mühüm hissəsini öz nəzarətində saxlayan türk dünyasının keçmişi və gələcəyi ilə bağlı iqtisadi təmələ dayanmadan sağlam elmi fikirlər irəli sürmək isə heç şübhəsiz ki, hər zaman çətin olacaq. Məhz bu məntiqdən çıxış edərək, biz UNEC olaraq, Türk Dünyasında iqtisadi tədqiqatların stimullaşdırılması, birgə iqtisadi araşdırmaların aparılması məqsədilə yeni elmi əməkdaşlıq müstəvisinin yaradılmasını təklif edirik.
Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyə türkcəsində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biridir.
Hesab edirik ki, bizim vəzifəmiz ən böyük xidmətlərindən biri məhz çoxcildlik “Türk Dünyası İqtisadiyyat Ensiklopediyası” nın hazırlanması ola bilər və türk dünyası iqtisadçıları arasında ensiklopediyaçılıq ənənəsinin inkişaf etdirilməsini vacib hesab edirik.
Eyni zamanda, bu sahədə görüləcək mühüm işlərdən birinin türk respublikalarında yazılmış iqtisadiyyat sahəsindəki dissertasiyaların kataloqunun hazırlanması və onun elektron versiyasının yaradılması iqtisadçılar arasında elmi əməkdaşlığın müxtəlif istiqamətlərdə sürətli inkişafına ciddi təkan verə bilər.
Bizim əsas məqsədlərimizdən biri də, UNEC TUDİFAK. -ın türk dünyasına və dünya miqyasında keyfiyyət tələblərinə cavab verə biləcək təhsil məkanına çevrməkdir. TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılması bizim üşün vacib vəzifələrdən biridir.
UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq çərşivəsində, biz birgə dərsliklərin hazırlanması və elmi məqalələrin tanınmış dərgilərdə çap olunmasını təklif edirik.
Nəticə
UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu orta strateji hədəfə çata bildi. Tədrisdə sıçrayışlı keyfiyyət dəyişikliyi ilə yanaşı, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artmışdır. 2030-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 100 yaşı tamam olacaq və bu tarixlə bağlı əsas hədəfləri özündə ehtiva edən UNEC-100 strategiyası qəbul edilmişdir. Həmin strategiyaya uyğun olaraq UNEC Beynəlxalq Beyin Mərkəzinin yaradılmasını Scopus indeksli UNEC beynəlxalq konfransın təşkil edilməsini ortamüddətli dövrdə qarşıda duran əsas vəzifə kimi müəyyən edilmişdir.
Beləliklə, UNEC-in həm “Web of Science”, həm də Skopus-da dərc olunan məqalələrinin sayı sürətlə artır. “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə 181-190 ən yaxşı universitet sırasına daxil olan UNEC-in dünyanın 500 ən yaxşı universitetindən biri olmağı qarşısına məqsəd qoyub.
Müasir dövrün çağırışlarına, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə UNEC-də elm və təhsilin keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı ali təhsil müəssisələrindən birinə çevriləcəkdir.
Prof. Dr. Mahmut AK
Rektor, Istanbul Universitesi
Dostları ilə paylaş: |