Azərbaycan döVLƏT İQTİsad



Yüklə 464,21 Kb.
səhifə20/28
tarix10.01.2022
ölçüsü464,21 Kb.
#107929
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
İdarəetmə aparatı


Şöbələr



İnzibati:

-informasi ya təminatı;-

-istehlakçılara xidmət


Marketinq:

-bazarın kompleks öyrənilməsi;




İstehsal:

-istehsalın planlaşdırıl-ması və ona nəzaət





Logistika:

-ehtiyatların idarəedilməsi;

- nəqliyyat və anbar təsərrü-fatı;


Mühasibat və maliyyə

Şəkil 2.2.«Atilla-Kompani» istehsal-topdansatış müəs­sisəsinin təşkilatı qurluşu

Verilmiş təşkilati quruluşda logistika bölməsi istehsal prosesini lazım olan və tələb olunan miqdarda material resursları ilə təmin edilməsinə məsuliyyət daşıyırdı. Bununla yanaşı o, istehsal bölmələrində istehsalın planlaşdırılması və ona nəzarət sahəsində də məşvərətçi funksiyanı həyata keçirirdi. Bu cür təşkildə material axınlarının idarəedilməsi bilavasitə müəssisənin direktor müavinininə və ya baş direktora həvalə edilirdi. Müxtəlif növ məhsul istehsal edilən bu müəssisədə materialaxınlarının idarəetmə funksiyası hər məhsul növü daxilində qruplaşdırıl-mışdır.

Bu yeni qurluşda müəssisə material axınlarının idarəedilməsini elə həyata keçirir ki, müəssisənin əsas funksiyalarına logistika siyasətinin və istehsal fəaliyyətinin əlaqələndirilməsi funksiyasıda əlavə edilir. Başqa sözlə mövcud təşkilati qurluş bütün idarəetmə funksiyalarını əlaqələndirməyə imkan verir.

Əgər tədqiq müəssisəsinin təşkilat quruluşunu inkişaf etmiş xarici ölkələrin logistik sistemlərinin idarəedilmə mexanizmi ilə müqayisə etmiş olsaq görərik ki, onlarda mərkəzləşdirməyə meyl müşahidə edilir. Bu da öz növbəsində təşkilat quruluşunda sahədaxili əlaqələr mexanizminin formalaşmasına təsir göstərir. Formalaşmış bu mexanizm isə müxtəlif bölmələr arasında olan bir çox ziddiyyət-ləri aradan qaldırmağa imkan verir.

Yeni təşkilati quruluşun tətbiqi tədqiq edilən müəssisəyə imkan verir ki, ayrı-ayrı bazarlara məhsul satışını təşkil edən zaman bölgü müəssisəsi üçün ən vacib problem logistika sisteminin elementlərini ümumi idarəetmə altında birləşdirmək­dən ibarətdir.

Respublikanın neft maşınqayırma kompleksinə aid edilə istehsal müəssi-sələrinin təşkilatı qurluşunda de­mək olar ki, bütün idarəetmə funksiyaları bir-biri ilə əlaqəlidir. Ona görə də logistika xidməti nəqliyyat, ehtiyatlara nəzarət, anbar əməliyyatları, sifarişlərin yerinə-yetirilməsi, informasiya axınının idarəedilməsi sahəsində digər şöbələrlə sıxı surətdə qarşılıq təsirdədir. Qeyd edilən əməliyyat-ların yerinə yetirilməsinə bila­vasitə məsul olan şöbələr bir-biri ilə qarşılıqlı təsirdə olmaqla bərabər, bu təsirlə əlaqədar olan funksiyalar logistika xidməti ilə əlaqələn-dirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, Respublikanın neft maşınqayırma kompleksinə aid edilə istehsal müəssisələrində market­inq xidməti aşağıdakı məsələləri həll edir:

- ətraf mühitin təhlili və bazarın kompleks tədqiqi;

- istehlakçıların alış motivinin öyrənilməsi və satış kanallarının seçilməsi;

- məhsulun planlaşdırılması və istehsal çeşidinin müəyyənləşdirilməsi;

- reklamın və satışın həvəsləndirilməsinin təşkili;

- məhsullara qiymət qoyulması;

- xidmətin planlaşdırılması,xidmətlərin ən əlverişli realizasiyası üçün bazar davranışlarının optimallaşdırılması. Deməli, marketinq xidməti məhsul çeşidini müəyyənləşdirərkən bir qayda olaraq nəzərə alır ki, məhsul nə qədər çox çeşiddə buraxılarsa mal axınlarının idarəedilməsi, o cümlədən bütün istehsal güclərinin tam yüklənməsi və bu sferada sifarişlərin işlənməsi, ehtiyatlara nəzarət, nəqliyyat prob-lemləri bir oqədər çətinləşir. Yeni məhsulun buraxılması isə yeni ilkin xammal mənbələrinin axtarılmasını tələb etdiyindən gözlənilməz xərclərin yaranması və bir çox hallarda artmasına səbəb olur. Belə ki, tədqiq edilən «Atilla-Kompani» isteh-sal-topdansatış müəs­sisəsinin yeni «UQD -100-3» mancanaq dəzgahının istehsalı ilə əlaqədar olaraq 2005 - ci ildə 127,8 milyon manat əlavə xərc çəkilmişdir. Daha doğrusu istehsal edilmiş bu məhsulun çeşidinin yeniləşdirilməsində müəssisədən layihə-smeta sənədlərinə müvafiq olaraq 270-300 milyon manat həcmində əlavə maliyyə vəsaiti tələb edir.

İstehsalla logistik xidmət şöbəsi arasında əlaqənin zəifliyi əksər hallarda müəssisə daxilində gərginliyin artmasına səbəb olmaqla ehtiyatların səviyyəsinin artmasına təsir göstərir. Bu baxımdan satış üçün logistikaya müntəzəm məhsul verən istehsalın planlaşdırılması zamanı onların qarşılıqlı əlaqələri mütləq nəzərə alınmalıdır. Belə ki, əlaqə bir tərəfdən əgər hazır məhsulun satış, digər tərəfdən satış üçün nəzərdə tutulmuş məhsulun istehsalına lazım olan xammal, material və dəstləşdirici hissələrin, o cümlədən «A-12» markalı polad təbəqənin vaxtında is-tehsal sferasına gətirilməsini həyata keçirən tədarük logistikası ilə qarşılıqlı aslılıqda olur. Ümumən, onu qeyd etmək lazımdır ki, material axınlarının idarə­edilməsi mühiti Respublikanın neft maşınqayırma kompleksinə aid edilə istehsal müəssisələrinin əlverişli iqtisadi məkanda yerləşməsinə əsaslı təsir göstərir.

İstehsal prosesi bazarla əlaqəsiz müvəffəqiyyətlə həyata keçirilə bilməz. Ba­zarın konyukturu dəyişdikcə istehsal sferasında müəyyən təshihatlar aparılmalıdır. Bunlarda öz növbəsində logistik parametrlərin dəyişməsinə səbəb olur.

Tədqiq edilən müəssisələrin istehsal sferasına qeyri-mərkəzləşdirilmiş anbar təsərrüfatı xidmət etdiyindən burada sifarişlərin ümumi iş həcmi artır və bu da aydındır ki, ayrı-ayrı illər üzrə orta hesabla əlavə 34 milyona yaxın xərc aparır.

Beləliklə, müəssisə daxilində logistik xidmət şöbəsi ilə ayrı-ayrı funksional şöbələr arasındakı qarşılıqlı əlaqə cədvəl 2.6-da verilmişdir.

Cədvəl 2.6



Xidmət şöbələri


Yüklə 464,21 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin