Azərbaycan döVLƏT İQTİsad



Yüklə 464,21 Kb.
səhifə19/28
tarix10.01.2022
ölçüsü464,21 Kb.
#107929
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
istehlakçılar

Cəmiyyət

Məhsullara tələbat

Xidmətlərə tələbat

Malgöndərənlər:

-ehtiyatların idarə edilməsi:

- qiymət əmələgəlməsi:

- xüsusi və ya cəlb edilmiş nəqliyyat vasitələri ilə daşımalar:

- istehsalın planlaşması:

- müəssisələrin yerləşdiril­mə­si:



Xidmətedici agentliklər:

- işçi həyətinin formalaş­dırıl­ması:

- qiymətin əmələ gəlməsi:

- xüsusi və ya cəlb edilmiş nəqliyyat vasitələri ilə daşımalar:

- təklif edilən xidmət

- müəssisənin yerləşdirilməsi:



Daxili və xarici göndərmələrə tələbat

Əhalinin və ya məhsulların daşınmasına tələbat

Nəqliyyat agentlikləri:

-daşımaların marşurut sxemi:

-xidmət səviyyəsi:

parkın tipi






Nəqliyyat sahibləri


Malların hərəkəti





İctimai xidmət

Nəqliyyat xidməti


Nəqliyyat xidməti

Məqsədlər




Məqsədlər

Məsrəflərin minimumlaşması




Məsrəflərin minimumlaşması

Məsrəflərin maksimumlaşması




Mənfəətin maksimumlaş-ması

Şəkil 2.1. Material axınlarının idarəedilməsinə tələbatın yaranması.

Material axınlarının idarəedilməsinin metodoloci əsasları onun obyektinin, predmetinin əsas anlayışlarının və vəzifələri müəyyənləşməsini nəzərdə tutur. Material axınlarının idarəedilməsində əsas tədqiqat obyekti kimi bu axınların həyata keçiril­məsi ilə bağlı olan xərclər, logistik sistemlər və funksiyalar, axınların aparılması əməliyyatları və s. çıxış edir.Material axınlarının nəzəri əsaslarının müəssisə və firmaların praktik fəaliyyətinə tədavül vaxtının qısaldılması və tədavül xərclərinin azaldılması hesabına böyük iqtisadi səmərə verir. Bu sahədə mütəxəssislərin apardıqları hesabatlara görə maddi-texniki təminat üzrə bütün fəaliyyət növlərinə çəkilən xərclər Qərbi Avropa ölkələrində ümumi milli məhsu-lun 13-15 faizini təşkil edir. Başqa sözlə bu xərclər firma və müəssisələrin şərti-xalis məhsulunun başda bir hissəsindən çoxdur. Bu heç də təsadüfü deyil, çünki təkcə ABŞ kimi inkişaf etmiş ölkədə maddi vəsaitlərin ehtiyatının orta həcmi ölkənin ümumi milli məhsulunun 15 faizini təşkil edir. Göstərilən xərclərin azaldıl-ması yolları təchizat satış və ehtiyatların idarəedilməsinin təkmilləşdirilməsi, mar-ketinq fəaliyyətinin yaxşılaşdırılması, material axınlarının hərəkəti texnologiya-sının dəyişdirilməsi isti­qa­­mətlərində axtarırlar. Bunun üçün mütəxəssislər çalışırlar ki, ilk növbədə təmi­nat, satış, nəqliyyat və əmtəələrin hərəkəti haqqında informasiyaları vahid bir sistemdə birləşdirməklə həmin sahələrin hər birinin həm ayrılıqda, həm də sahə­lərarası effektivlərini təmin etsinlər.

Müəssisənin logistika xidmətinin təşkilat quruluşu müəssisəsinin ölçülə-rindən, fəaliyyət miqyasından, idarəetmə konsepsiyasından istehsal edilən məhsulun ma­teri­al tutumluğu və bu müəssisənin iqtisadiyyatın hansı sahəsinə xidmət etməsin­dən asılı olaraq müxtəlif ola bilər.

Logistika sistemini idarəedən təşkilat quruluşu sırasında funksiyalar yerinə-yetirir. Ona sistemin yaradılması və inkişafı «Atilla-Kompani» istehsal-topdansatış müəssisəsinin bazar siyasəti ilə bağlı material axınlarının idarəedilməsi sisteminin strategiyası, qarşılıqlı əlaqədə olan funksiyalar qurumların iş birliyinə nail olmaq və s. aid edilir.

Qeyd etmək lazımdır ki, bazar yönümlü məhsul istehsalı ilə əlaqədar olaraq tətbiq edilən müasir və yeni texnologiya malaxınlarının idarəedilməsi sistemində bəzi fəaliyyət sahələrinin dəyişməsini daha doğrusu makro səviyyədə «Atilla-Kompani» istehsal-topdansatış müəssisəsinin bazar şəraitinin dəyişməsinin möv­cud müəssisə daxilində vaxtaşırı logistika xidmətinin təşkilati mexanizminə, yeni­dən baxması tələb edir. Bu vaxtaşırılıq bazarda meydana çıxan vəziyyətlə bağlıdır. Müəssisənin istehsal etdiyi məhsul uzun müddət real alıcılar tərəfindən yüksək qiymətləndirilirsə, istehlak xassələri və tətbiq miqyası genişlənirsə aydındır ki, belə halda onun logistik xidmət mexanizmi strateci marketinq planlaşdırmasına müvafiq olaraq dəyişməz qalır. Bazarın dəyişkən, qeyri-sabit tələbinə uyğun olaraq «Atilla-Kompani» müəssisəsi özünün bu xidmət bölməsini mütəmadi olaraq yenidən təşkil etməsidir.

Bəs bu xidmət bölməsinin yerinə-yetirdiyi əsas funksiyalar hansılardır?

Şübhəsizdir ki, logistikanın funksiyaları onun daxil olduğu-xidmət etdiyi müəs­sisənin təyinatından və təşkilat qurumundan asılıdır. Onlara məhsulgön-dərmə və xidmət göstərmə üzrə təsərrüfat əlaqələrinin yaradılmasını və inkişafı, material axınlarının xarakteri və həcminin təyinedilməsi, daşımaya tələbatın proqnozlaşdırıl­ması, əmtəələrin hərəkət ardıcıllığının və optimal partiyalarının müəyyən­ləşdirilməsi,material ehtiyatlarının idarəedilməsi, anbar təsərrüfatının təş-kili və inkişafı, həm də anbar əməliyyatlarının idarəedilməsi aid edilir. Lakin bununla onun funksiyası məhdudlaşmır. O, eyni zamanda istehsalın planlaşdırıl-ması və onun gedişinə nəzarət funksiyalarında həyata keçirir. Bu baxımdan xidmət bölməsi öz fəaliyyətini aşağıdakı ardıcıllıqla yerinə yetirir.

1. Sistemin yaradılması və inkişafı. Bu funksiya bir qayda olaraq, yuxarıda qeyd etdiyimiz kimi bazar dəyişikliyinə uyğun şəkildə yaradılır və istehsal edilən məhsullara tələbat artdıqca inkişaf etdirilir. Başqa sözlə məhsulun həyatdövranına uyğun olaraq xidmət bölməsi sadalanan funksiyanı icra edir.

2. Müəssisənin bazar siyasəti ilə əlaqədar material axınlarının idarəedil-məsi strategiyası.

Bildiyimiz kimi axınların idarəetmə sistemi satış, nəqliyyat, material ehtiyatları, material resurslarının anbara işlənməsini (emalı) kadr siyasətini və s. özündə birləşdirir. Məhz bu qeyd olunanlar «Atilla-Kompani» istehsal-topdansatış müəs­sisəsi çərçivəsində axınların idarəedilməsi strategiyasını formalaşdırır. Çevik formada isə bu müəssisənin rəhbəri ilə xidmət bölməsinin başçısı strategiyanı formalaşdırmaqla bərabər strateci idarəetmə planlarının yerinə yetirilməsinə və eləcə də nəzarət üçün məsuliyyət daşıyır.

3.İnzibati və qarşılıqlı əlaqələr olan xidmət bölmələrinin funksiyalarını ko­ordinasiya edilməsi.

Belə ki, 2014-cü ilin oktyabr ayının 15-nə qədər «Atilla-Kompani» istehsal-topdansatış müəs­sisəsinin təşkilatı qurluşu aşağıdakı kimi olmuşdur.


Yüklə 464,21 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin