Kursun qısa təsviri: Psixologiya elminin mövzusu və vəzifələri, insan şəxsiyyətinin quruluşu və inkişafı, şəxsiyyətlərarası münasibətlər, idrak prosesləri və onların tənzim olunması problemləri, insanın fərdi-psixoloji xüsusiyyətləri, fəaliyyət və ünsiyyət psixologiyası kimi məsələlər şərh olunur. Psixologiya elminin əsas problemlərini nəzəri və eksperimental istiqamətdə işləyir. Psixologiyanın metodoloji, nəzəri-tarixi məsələlərinin, məsələn, psixi proseslərin əmələ gəlməsi, psixoloji qanunların müəyyən edilməsi, tədqiqat metodlarının nəzəri-praktik məsələlərinin öyrənilməsi onun başlıca vəzifəsidir. Ümumi psixologiya fəaliyyət və ünsiyyətin, eləcə də şəxsiyyətin ümumi psixoloji məsələlərini öyrənir.
- Psixi proseslərin, psixi halların və fərdi-psixoloji xüsusiyyətlərin qanunauyğunluqlarını aydınlaşdırmaq, psixologiya elminin əsas anlayışlarını xarakterizə etmək;
- xarici obyektiv aləmin subyektin beynində inikas qanunlarına daha artıq diqqət yetirmək;
- daha çox obyektiv aləmlə, predmetlərlə insan arasındakı münasibətə, insanın aləmi necə dərk etməsi, informasiyanı qəbul edib yenidən işləməsi prosesinin daxili mexanizmini öyrənmək.
Fənnin öyrənilməsinin nəticələri:
Psixologiyanın əsas anlayışlarını mənimsəmək;
Psixi hadisələr haqqında ümumi biliklərə yiyələnmək;
İdrak prosesləri, iradi proseslər və emosional proseslə-
rin mahiyyətini dərk etmək;
Şəxsiyyət, şəxsiyyətlərarası münasibətlər, fəaliyyət və ünsiyyətlə bağlı məsələləri dərindən anlamaq;
Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri haqqında aydın təsəvvürə malik olmaq.