İxtisas: Riyaziyyat və İnformatika müəllimliyi
Kurs: V
Qrup: RİN1901B
Müəllim: r.ü.f.d Axundova Elnarə
Tələbə: Həmzəyeva Günay
Fənn: Riyaziyyat və onun tədrisi metodikası
Mövzu: Riyaziyyat təliminin müxtəlif formaları və onların oxşar və fərqli cəhətləri.
Ədəbiyyat siyahısı:
B.Ö.Tahirov, F.M.Namazov, S.N.Əfəndi, E.A.Qasımov, Q.Z.Abdullayeva “Riyaziyyatın tədrisi üsulları”
Riyaziyyat təliminin təşkili formaları dedikdə müasir riyaziyyat dərsi, onun strukturu; riyaziyyat dərsinin xüsusiyyətləri; dərsin tipləri, dərslər sistemi və dərsə verilən tələblər nəzərdə tutulur. Təlimin təşkili formaları müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə həyata keçirilən birgə fəaliyyətidir.Təlimin təşkili formaları müxtəlif meyarlara əsasən təsnif olunur: şagirdlərin sayına görə, öyrənmə yerinə görə , tədris məşğələlərinin müddətinə görə və s. Şagirdlərin sayına görə təlimin kütləvi, kollektiv, qrup, kiçik qrup və fərdi təşkilat formaları vardır. Yerinə görə təlimin məktəb və məktəbdən kənar formaları vardır. Təlimin müdddətinə görə klassik dərslər (45 dəqiqə), cüt məşğələlər(90 dəqiqə), qısaldılmış cüt məşğələlər (70 dəqiqə), “zəngsiz” dərslər (istənilən müddətdə keçirilən dərslər) kimi növləri var. Təlimin digər təşkilat formalarından üstünlük təşkil edəni sinif-dərs sisteminin əsas komponenti olan dərsdir.Dərs tədris prosesinin məna, vaxt və təşkili baxımından tam , bitkin hissəsidir.Qısa müddətdə keçirilməsinə baxmayaraq dərs tədris prosesinin mürəkkəb və məsul mərhələsidir.Yaxşı dərs keçmək, hətta təcrübəli müəllimlər üçün də asan iş deyildir.Dərsə verilən tələbləri bilməkdən və onları düzgün yerinə yetirməkdən çox şey asılıdır. Dərs anlayışının əsas xüsusiyyətləri onun məqsədi,məzmunu, vasitələri, metodlarının olması və tədris fəaliyyətinin təşkilidir.Bu əsas xüsusiyyətlərin başlıcasını dərsin təhsil, tərbiyə və inkişaf məqsədləri təşkil edir
asını və müstəqil tətbiq olunmasını tələb edir.
Dərsin təhsil məqsədinə riyazi bilik, bacarıq və vərdişlərin formalaçdırılması aid edilir.Dərsdə təlim ilə vəhdətdə tərbiyə və şagird şəxsiyyətinin inkişaf etdirilməsi həyata keçirilir.Təlimin tərbiyəedici təsirini gücləndirmək məqsədilə riyaziyyatın tərbiyələndirici imkanlarını diqqətdə saxlamaq lazımdır.Dərsin məqsədinə uyğun olaraq onun məzmunu seçilir.Tədris materialının seçilməsində müəllimə tədris proqramları, dərsliklər, metodik vəsaitlər, didaktik materiallar və s. kömək edir.Optimal təlim metodunun seçilməsi mürəkkəb metodik məsələdir.Əgər seçilən metod onun asılı olduğu şərtlərdən heç olmasa birini ödəmirsə, həmin metodun seçilməsi optimal deyildir.Seçilən metodun asılı olduğu şərtlərə dərsin məqsədi ( təhsil , tərbiyə və inkişaf), materialın məzmununun xüsusiyyətləri (çətinlik,yenilik və s.) sinif şagirdlərinin xüsusiyyətləri(təfəkkürün inkişaf səviyyəsi, bilk , bacarıq və s.) , riyaziyyat kabinetinin didaktik materiallarla və texniki vasitələrlə təmin olunması, erqonomik şərtlər (dərsin cədvəl üzrə aparılması vaxtı,sinfin tamlığı və s.), müəllimin fərdi xüsusiyyətləri və s. aiddir. Tədris prosesi təlimin vasitələri, metod və iş priyomlarının təşkilat formaları ilə üzvi vəhdətini nəzərdə tutur.Təlimin hər bir metoduna , priyomuna müəllim və şagirdlər arasında, şagirdlərin öz aralarındakı münasibəti təyin edən öz təşkilat forması uyğundur. Tədris prosesində ən vacib amillərdən biri təlim materialının planlaşdırılmasıdır. Planlaşdırmanın gündəlik və perspektiv kimi iki növü müəyyənləşdirilmişdir. Riyaziyyat təliminin təşkilində ilk iş mövzular üzrə proqram materialının planlaşdırılmasıdır.Məktəb hər sinfin şagirdlərinə tədris proqramı həcmində riyazi biliklərin verilməsini təmin etməlidir.Proqramdakı materialın sistematik keçirilməsi üçün onun planlaşdırılması zəruridir
Müəllim nə qədər təcrübəli olursa olsun,bütün siniflərin, o cümlədən öz sinfinin proqramını yaxşı bilməlidir.Perspektiv planlaşdırma müəllim tərəfindən hazırlanır. Bunun üçün müəllimdən bir neçə bacarığın olması vacib hesab edilir. Müəllim hər bir dərs üçün gündəlik plan da hazırlamalıdır.Müəllim dərslik və metodik vasitələrə istinad edərək, hər dərsin məzmununu, zəruri olan əyani vasitələrini, politexnik təlim elementlərini təqvim-dərs planında göstərməlidir. Təqvim-dərs planı əsasında iş planı tərtib edilir. Mövzu üzrə fərdi plan tərtib edərkən, aşağıdakılara diqqət yetirmək lazımdır:
Plana daxil olan materialın proqram üzrə dəqiq həcmi və məzmununun müəyyən edilməsi;
Verilmiş materialın tədrisi üçün saatların ümumi miqdarının müəyyən edilməsi;
Metodik nöqteyi nəzərdən materialın öyrədilməsi ardıcıllığının müəyyən edilməsi;
Nəzərdə tutulmuş mövzunun təqvim planının tərtib edilməsi.Bu zaman yarımillik plana istinad edilir
Riyaziyyatdan tədris işi təşkilinin əsas forması dərsdir. Dərsə bəzən təlimin məcburi və ciddi müəyyən olunmuş forması kimi də baxırlar. Riyaziyyat dərsi anlayışına aşağıdakı əlamətlər qarşı qoyula bilər:
Bu məsələlər konkret tədris materialının nəzərdən keçirilməsi ilə həll edilir
Məqsədə nail olmaq üçün münasib təlim metodları seçilir.
Müasir riyaziyyat dərsi tədqiqat şəraitində keçirilməlidir. Digər fənlər kimi riyaziyyat fənninin də özünəməxsus xüsusiyyətləri var.Tədris prosesində bu xüsusiyyətlərin nəzərə alınması zəruridir.Riyaziyyat dərslərində şagirdlərdə təfəkkür prosesi sürətlənir, idrak fəallığı artır, müəllim onlara düzgün istiqamət verməklə riyazi biliklərə yiyələnmələrini təmin edir.Riyaziyyat dərsinin aşağıdakı xüsusiyyətləri var:
I. xüsusiyyət-tədris materialının xüsusiyyətindən irəli gəlir.
II. xüsusiyyət-dərsdə nəzəri və praktik məsələlərin qarşılıqlı əlaqədə nəzərdən keçirilməsidir. Belə ki ,riyaziyyat dərslərində biliklərin mənimsənilməsi işi bacarıq və vərdişlərin qazanılması ilə birgə aparılır.
III. xüsusiyyət-dərslər arasındakı keçidlik mərhələsinin gözlənilməsidir. Belə ki, hər dərsdə bir neçə didaktik məqsəd həyata keçirilir.
IV. xüsusiyyət-riyazi materialın spesifakasından irəli gəlir: materialın mücərrəd xarakter daşıması dərsə aid müvafiq əyani vasitələrin, fəalaşdırıcı metodların seçilməsini tələb edir.
V. xüsusiyyət-riyaziyyat dərslərində təhsil vəzifəsi ilə yanaşı , tərbiyə vəzifəsinin də həyata keçirilməsidir.
Dərsin əsas didaktik məqsədindən asılı olaraq, riyaziyyat dərsinin aşağıdakı növləri var:
Yeni materialın öyrənilməsi dərsi;
Bilik , bacarıq və vərdişlərin möhkəmləndirilməsi dərsi;
Bilik, bacarıq və vərdişlərin yoxlanması və hesaba alınması dərsi;
Bir neçə hüquqi didaktik məqsədi olan kombinasiyalı dərs;
Təkrar dərs.
Müxtəlif ədəbiyyatlarda fərqli müəlliflər tərəfindən dərsin növlərə ayrılması müxtəlif verilə bilər. Hər bir dərs tipinin öz strukturu olur. Növündən asılı olaraq dərsin 4, 5, 6 və s. mərhələsi ola bilər.Dərsin mərhələrini planlaşdırarkən vaxtlar cəminin 45 dəqiqə olması nəzərdə tutulmalıdır. Dərsdə əsas məqsəd yeni materialın öyrənilməsi olduqda, buna yeni materialın öyrənilməsi dərsi deyilir.Materialdan asılı olaraq dərsin strukturu dəyişə bilər, lakin dərsin əsas hissəsi yeni materialın öyrənilməsi işinə həsr olunur.
Bilik , bacarıq və vərdişlərin möhkəmləndirilməsi dərsində əsas yeri şagirdlərin müstəqil işi tutur.Bəzən belə dərslərdə yeni mövzunun elementləri daxil edilir.Bu da növbəti dərsdə hazırlıq məqsədi daşıyır.Bilik, bacarıq və vərdişlərin yoxlanması və hesaba alınması dərsində əsas yer öyrənilmiş materialın mənimsənilməsinin yoxlanmasına verilir.Yoxlama yazılı və şifahi ola bilər.Yoxlama yazılı şəkildə aparıldıqda növbəti dərs onun nəticəsinin təhlilinə həsr edilə bilər. O biri dərs növləri ilə yanaşı, kombinasiyalı dərslər daha çox tətbiq olunur. Bu şagirdlərin yaş xüsusiyyətlərindən, həmçinin riyaziyyatın ibtidai məktəb kursunun xüsusiyyətlərindən irəli gəlir. Bəzən kombinasiyalı dərsə mürəkkəb dərs də deyilir.
Kombinasiyalı dərsin strukturu standart olmur.Məsələn, kombinasiyalı dərsin strukturu belə olar:
Əvvəl keçilmiş materiala aid biliyin yoxlanması və möhkəmləndirilməsi;
Yeni materialın öyrənilməsi;
Yeni materialın möhkəmləndirilməsi;
Ev tapşırıqlarının verilməsi.
Kombinasiyalı dərsin strukturu aşağıdakı kimi də ola bilər:
Yeni materialın öyrənilməsi;
Əvvəl keçilmiş və yeni öyrənilmiş materialın möhkəmləndirilməsi;
Ev tapşırıqlarının verilməsi;
Yeni mövzununn öyrənilməsi üçün hazırlıq işi.
Kombinasiyalı dərsdə əvvəl keçilmiş materialın öyrənilməsinə və möhkəmləndiriilməsinə təxminən eyni qədər vaxt sərf olunur.Yeni materialın öyrənilməsində həm keçmiş material təkrar olunur, həm də sonrakı mövzunun öyrənilməsinə hazırlıq görülür.Kombinasiyalı dərsdə şagirdlər daha fəal olurlar
Təkrar dərs cari və yekun olmaqla iki hissəyə ayrılır.Bu dərslərdə əsas yeri sözsüz ki , təkrar tutur. Riyaziyyat dərsinə verilən zəruri tələblərlə tanış olaq:
Dərsdə əsas didaktik məqsədin olması.Əksər dərslərdə bir deyil, bir neçə tədris məsələsi həll edilir.Onlardan biri əsas məqsəd seçilir, qalan köməkçi məqsədlər əsas məqsədə tabe edilir.
Dərsin məzmununun rasional qurulması.Dərsin riyazi məzmunu əsasında şagirdlərdə üç növ bacarıq və vərdişlər formalaşır: riyazi, ümumi intellektual , tədris fəaliyyəti bacarığı və vərdişləri.
Dərsdə təlim və tərbiyənin optimal vasitələri, metodları və priyomlarının seçilməsi.Bu işdə müəllimin rolu böyükdür.
Hər bir dərsdə öyrətmə, tərbiyə etmə və inkişaf etdirmə kimi üş məqsəd həyata keçirilməlidir.Buna uyğun olaraq dərsə təhsilverici, tərbiyəedici və inkişafetdirici tələblər verilir
İndi riyaziyyat dərsinə müxtəli cəhətlərdən verilən tələblərlə tanış olaq.