Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


Xadimi və onun təsəvvüfi varlıq anlayışı



Yüklə 1,29 Mb.
səhifə13/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   9   10   11   12   13   14   15   16   ...   101
Xadimi və onun təsəvvüfi varlıq anlayışı

Əbu Səid Məhəmməd Xadimi XVIII əsrin yüksək səviyyəli Osmanlı mütəfəkkirlərindən biridir. Bu dövrün ən səciyyəvi xüsusiyyətlərində biri bu­dur ki, kəlamdan hüquqa, təsəvvüfdən məntiqə qədər İslam düşüncə tarixi İbn Sina sonrası sintezci mahiyyətə sahip olmuşdur. Məhz Qur`anın an­la­şıl­ma­sı və şərh olunması da bu sintezci arayış vasitəsi ilə aparılırdı. Fəlsəfi­ləş­miş kəlam ilə təsəvvüfi-irfani anlayışın yoğrulduğu İslam düçüncə tarixi İbn Si­na öncəsi klassik kəlam, yaxud fəlsəfi düşüncəsindən fərqli bir metod izlə­miş­dir. Bu sintezçi anlayışın strukturu bütünləşdirici və fənlərarası (inter­di­sip­linər) mahiyyətə sahib olmuşdur. Təsəvvüfi hermenevtik metod da bu struktur içərisində özünə məxsus varlıq və idrak nəzəriyyəsinə dayanaraq in­kişaf etmişdir. Bütün düşüncə sistemi məntiq-fəlsəfə, kəlam və təsəvvüfdən ibarət “sac ayaqlarını» təşkil edir. Nəticədə Xadimi də bu intelekktual mün­bit zəmində yetişərək bir mütəfəkkir kimi öz sözünü demişdir.

Xadimi “Tövhid” traktatında (risalə) söz-məna əlaqəsi və istifadəsi qay­­dasına uyğun olaraq mövzunu açıqladıqdan sonra Mütləq Varlığın on­to­lo­­ji və epistemoloji mahiyyətini izah edir. Ona görə mümkün varlıqların me­ta­fizik (elmi ilahi) baxımdan heç bir həqiqətləri yoxdur. Maddiyyat və mü­cər­rəd olan hər şey, “mümkünlər” kateqoriyasına daxil olur. Bunlar Mütləq Var­lığın işləridir (şuun). Məhz Allahı daha dərindən dərk etdiyimizdə və kəşflə ona vardığımızda bütün bu varlıq mərtəblərinin (məratibu`l vücud) xə­yal olduqları ortaya çıxır. Xadimi fenomenlər aləminin (mövcudatın) Müt­ləq Varlıqdan ölçülü və müəyyən mərhələlərlə varlıq mərtəbələrinə uy­ğun olaraq ortaya çıxdığını və yayıldığını (inbisat) ifadə edir. Nəticədə arif (mis­tik), qərq olma (istiğraq) mənasında təcəlli (teophany) və kəşf sayə­sin­də sonsuzluğa doğru yolu qət edərsə sonda orada yox (fəna) olur. Yəni, onun nəzərində varlıqda Mütləq Varlıqdan başqası yoxdur. Bu səbəblə nəfs, mü­cərrəd vasitələrlə nəfsə aid olan istək və arzu əngəllərindən özünü xilas et­miş olur(5,s. 5).

Xadimiyə görə, mövcudatdakı çoxalma varlıqdakı çoxalma deyil, nis­bi mövcudat mərtəbələrindəki çoxalmadır. Nəticədə xarici aləmdə ortaya çı­xan varlıq həqiqi varlıq olmamaqla bərabər Mütləq varlığın feyzindən iba­rət­dir (6, s.106). Digər bir ifadə ilə “hər şey öz həllini ancaq Vahiddə, Müt­ləq­də tapır. Ayrılıqda siması bəlli olmayan və ancaq əlamət kimi, hadısə ki­mi mövcud olanlar özünü büruzə vermək, ifadə etmək üçün mənsub ol­duq­ları cövhərə, substansiyaya möhtacdırlar. Və tərsinə. Cövhər də əlamətlərə möh­tacdır, yəni onların vasitəsilə ifadə olunur” (7, s. 38).

Nəticədə İslam düşüncəsində bütün varlıqlar aləmi və dil sahəsi meta­fi­zik aləmə doğru yol göstərən işarələr sistemi olaraq təhlil olunmuş­dur. Məhz Xadimi də metafizik baxış tərzi ilə bütün elmlərin ən böyük hə­dəf­lə­ri­nin tamamilə Allahın zatını, sifətlərini və feillərini (varlığa yönəli İlahi dav­ra­nışlar) öyrənməkdən ibarət olduğunu ifadə edir (8, s. 57).


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin