Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


Xadiminin təsəvvüfi idrak anlayışı



Yüklə 1,29 Mb.
səhifə14/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   10   11   12   13   14   15   16   17   ...   101
Xadiminin təsəvvüfi idrak anlayışı

Sufilərə görə əşyanın həqiqəti analitik düşüncənin kateqoriyaları ilə deyil insanın bütün mənliyini əhatə edən kəşf vasitəsilə əldə edilir. Qeyd olu­nan həqiqətlər, sufinin qəlbinə birbaşa əks olunduğu üçün rasional dü­şün­cənin məfhum və terminləri ilə izah edilə bilmir. Xadimi bu kontekstdə tə­səvvüfi idrak anlayışının metafizik mahiyyəti ilə bağlı olaraq qeyd edir ki, arif­lər hər şeyi Allahdan əldə edərlər. Allahdan başqa düşüncələrini ataraq Al­laha doğru yönəlirlər. Bu səbəblə Tanrının onlara bəxş etdiyi “nurlar” va­sitəsilə bütün mərtəbələri aşıb keçərlər (9, I, s.43).

Xadimi məntiq terminlərindən istifadə edərək təsəvvüfün tərifini və epistemolojik mahiyyətini açıqlayır. Ona görə qəlbin Allahdan başqasının zik­riylə məşğul olmaması üçün cismani əngəllərdən nəfsini təmizləmək na­mi­nə bəzi biliklərə ehtiyac vardır. İlham (lədunni elm) vasitəsi ilə sufi Al­la­hın zatı və atributları ilə bir olma dərəcəsinə gələ bilir və bundan sonra var­lıq­da Allahdan başqasını görmür. Məhz bu görüşü eyni zamanda qüdsi hədis də dəstəkləyir. Qeyd olunan hədisə görə əgər qul Allahdan uzaq­laş­maz­sa və Allah onu sevərsə onun “eşidən qulağı” və “görən gözü” olur (10, s.37). Xadimiyə görə bu mərhələdən sonra sufi tərəfindən ittihadı dü­şün­dü­rə­cək ibarələr ifadə oluna bilər. Məhz bu ifadələr sufinin halını təsvir etmək üçün kafi deyildir. Nəticədə mütəfəkkirə görə, “ehtiyyat sahilinin” kə­na­rın­da olmaq və “tövhid dənizindən” mümkün qədər faydalanmaq lazımdır. Çün­kü burada metod olaraq analitik (burhan) deyil, kəşf-mistik (ayan) idrak va­sitələri özünəməxsus fəaliyyətə malikdir (11, s.79-80).

Nəticədə qeyd etmək lazımdır ki, Xadiminin təsəvvüfi idrak nəzə­riy­yəsi onun varlıq nəzəriyyəsinin bir davamı kimi başa düşülməlidir. Çünkü “bil­mək, bilinənlə bilinir” (elm məluma tabedir) məntiq düsturunun burada Xa­dimi tərəfindən varlıq anlayışından idrak anlayışına keçiddə istifadə olun­duğunu görürük. Kəşf vasitəsilə Mütləq Varlığa çatma və hal olaraq Müt­ləq Varlıqda fəna olaraq yenidən aləmi və hər şeyi bu prizmadan dəyər­lən­dirmək Xadiminin təsəvvüfi varlıq və idrak nəzəriyyələrinin bütün­lü­yünün arqumentlərini təşkil edir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin