Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə50/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   46   47   48   49   50   51   52   53   ...   101
Ключевые слова: марксизм, стратификация, общество, классы
Dünyanın vahid mərkəzdən idarə olunması problemi

və birqütblü dünya sistemi



Füzuli Məcidli

Soyuq Müharibədən sonra dünya siyasəti və iqtisadiyyatı bir super­döv­lətdən daha çox asılı vəziyyətə düşdü. Buna baxmayaraq, qüvvələr ba­lan­sını təmin etməklə dünyanı təhlükəsiz məkana çevirmək imkanları hələ tü­kənməmişdir. Bu gün dünya, bir çox tədqiqatçıların proqnozlaşdırdığın­dan daha çox təhlükəlidir və həm də daha az nizamlıdır. Ötən əsrin son­la­rın­da Frensis Fukuyama "Tarixin sonu və son insan" əsərində iddia edirdi ki, “ar­tıq ideologiyalar ölmüş və tarixin sonu gəlmişdir” [2,362]. Mövcud şə­raitdə isə reallıq bunun əksini sübut etdi. İndi dünya ölkələri 1990-cı ilədək olduğundan daha çox beynəlxalq terrorizmdən və sürətli silahlanmadan, nüvə yarışından əziyyət çəkir. Beynəlxalq təşkilatlar isə zəif mövqe nümayiş etdirməkdə davam edir. Kütləvi xəstəliklər və iqlim dəyişikliyi təhlükəsi daha böyük vüsət almışdır. Dini və mədəni ideologiyaların yaratdığı gərginlik intensiv xarakterə malikdir. Beynəlxalq maliyyə sistemi isə balanslaşdırlmamış, şübhəli və gözlənilməz hallarla müşayət olunur.

Amma belə güman olunurdu ki, Soyuq Müharibənin sonu qlobal siyasi sistemləri mürəkkəbləşdirməyəcək, əskinə daha da sadələşdirəcək. Bəs düzgün proqnozlaşdırılmayan məqam nə idi?

Bir çox tədqiqatçıların fikrincə, XXI əsrdə qlobal inkişafın ən mənfi tendensiyası ondan ibarətdir ki, qloballaşmanın böyük əhəmiyyətə malik pozitiv tərəfi ilə yanaşı, şübhəli, hamıya aydın olmayan qaranlıq tərəfi daha çox özünü göstərməyə başlamışdır. Hətta, bəzi mütəxəssislər iddia edirlər ki, “beynəlxalq ticarətin sərbəstləşdirilməsi o dərəcədə ifrat həddə çatdırılıb ki, istehsal olunmuş Çin mallarını Amerika Birləşmiş Ştatlarına daşıyan konteyner gəmiləri əslində narkotika ticarəti ilə məşğuldur. Nyu-Yorkdan Sinqapura fasiləsiz rejimdə işləyərək sərnişin daşıyan təyyarələr isə bu ölkəyə sərnişin deyil, yoluxucu xəstəlikləri transfer edir”[3,5]. Həmçinin, İnternetin məhz sürətli yayılma texnologiyasına və informasiya təsir gücünə malik olmaqla müsbət xarakteri ilə yanaşı, ekstremist ideologiyaları da reallaşdırdığını sübut etməyə ehtiyac yoxdur.

Amerika Birləşmiş Ştatlarının mövcud qlobal inkişaf strategiyası daha çox ticarət, daha çox bazarlar əldə etmək, daha çox açıqlıq və səylərin koordinasiyasına istiqamətlənmişdir. Əslində, ABŞ-ın bu istəyinin izahı da çox sadədir: qloballaşmadan dünyanın digər ölkələrinə nisbətən daha çox fayda götürmək. Amerika Birləşmiş Ştatları etiraf edir ki, qloballaşmanın terrorizm, dini ekstremizm, kibercinayətkarlıq kimi anaxronik elementlərə malik qaranlıq tərəfləri də vardır. Lakin onlara görə, ABŞ-ın dünya üzərində nəzarətinin daha da genişləndiriməsi sayəsində bu problem yumşaldıla və aradan qaldırıla bilər. Faktiki olaraq, bir çox hallarda beynəlxalq təşkilatlar Amerika Birləşmiş Ştatlarının vəziyyətə uyğun yürütdüyü siyasətdən asılı olur. Deməli, ABŞ "hədəf"ə çatmağa və qloballaşmış dünyanı öz ətrafında birləşdirməyə can atır. Professor S.Xəlilov “Sivilizasiyalararası dialoq” kitabında qeyd edir ki, “müasir dövrdə proseslər vahid sivilizasiyanın formalaşması istiqamətində gedir. Ən azı, qloballaşma buna xidmət edir” [6,8]. Professorun fikrincə, qloballaşma Qərb dəyərlər sisteminin dünyaya yayılması, hamı tərəfindən qəbul olunması və ya hamıya qəbul etdirilməsi proseslərini əhatə edir.

Son dövrlər beynəlxalq münasibətlərdə ikiqütblü sistemdən birqütblü sistemə keçid tendensiyasının müşahidə olunmasına toxunan S.Xəlilov qeyd edir ki, “bu hal konkret siyasi-iqtisadi situasiyanı ifadə edir və hər hansı obyektiv-zəruri inkişaf qanunauyğunluğunu əks etdirmir” [6,23]. Bu səbəbdən də ABŞ-ın dünyanı vahid mərkəzdən idarə etmək iddiasına tam şəkildə nail ola biləcəyi inandırıcı deyildir. Digər dövlətlərin buna imkan verməməsi problemin yalnız bir tərəfi olsa da, əslində məsələnin mahiyyəti daha dərindir. Çünki həmin strategiya nöqsanlıdır.

Teyyar de Şarden də qeyd edir ki, “bəşəriyyətin bütövləşməsindən bö­yük qüvvə alınması gözlənilir. Lakin bu qüvvənin həmişə idarə edilə bilə­cə­yi sual altındadır” [6, 23]. Doğrudan da, əsası 1648-ci il Vestfal sülh mü­qa­vi­ləsi ilə qoyulan müasir beynəlxalq münasibətlər düzəninin müxtəlif dövr­lər­də çoxqütblü və ikiqütblü xarakterinin müşahidə olunmasına baxma­yaraq, heç zaman təkqütblü sistem və onun qloballaşma ilə kombinasiyası özünü göstərməmişdir. Lakin Sovet İttifaqının dağılması ilə yeni bir transformasiya dövrü keçirən dünyanın mükəmməl strukturundan danışmaq hələ çox tezdir. Çünki yeni sistemin hələ tam şəkildə formalaşmaması dünya siyasətində və dövlətlərarası əlaqələrdə antidemokratik meylləri gücləndirir. Getdikcə dərinləşməkdə olan balanslaşmadan yankeçmə halları beynəlxalq münasibətlərin dərin böhran burulğanına yuvarlanmasına, dünya təhlükəsizlik sistemində dərin çatların yaranmasına gətirib çıxarmışdır.

Beynəlxalq münasibətlər sisteminin formalaşmasında da yalnız bir dövlətin dominant mövqeyinin faydalı cəhətləri olsa da, qloballaşma prosesini vahid mərkəzdən idarə etmək istəyi və cəhdlərini bu sıraya daxil etmək ədalətli hesab oluna bilməz. İdeyaların, kapitalın, texnologiyanın və insanların mobil hərəkəti nəticəsində qloballaşmanın sürətli inkişafı fəsadlara da yol açır. Həmin inkişafın çox hissəsi artıq 1990-cı illərə qədər həyata keçmişdi. 1990-cı illərdə isə beynəlxalq sistemdə birqütblülük tendensiyasının formalaşmağa başlaması əsas hadisə oldu. İlk dəfə olaraq qloballaşma nəzəri və praktik cəhətdən konkret bir super dövlətin simasında dünya miqyasında qəbul etdirildi. Son 20 ilə yaxın müddətdə baş verən proseslər onu göstərdi ki, beynəlxalq sistem sadəcə təhlükəli bir qarışıqlıqdan ibarətdir. Bu dövr ərzində qloballaşmanın müşahidə olunan mənfi təsirləri onun özünün nəticəsi deyildir. Bunlar daha çox bir qütbün dominantlığının qaranlıq tərəfidir.




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin