Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə52/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   48   49   50   51   52   53   54   55   ...   101
Balansın tənzimlənməsi

ABŞ-ın xarici siyasətində ümumi yanaşma ondan ibarətdir ki, Ame­ri­ka­nın gücü həm özü, həm də planetin yerdə qalan hissəsi üçün həmişə ye­tər­li olmuşdur. 2002 və 2006-cı illərdə qəbul olunan Milli Təhlükəsizlik Stra­te­gi­yasının sənədlərində bu “azadlığı himayə edən güc tarazlığı” [4,12-18] ifa­dəsi ilə özünü biruzə verir. Strategiya açıq-aşkar balansı pozduğu kimi, həm də “balanslaşdırmanı” müəyyən edir. Amerika Birləşmiş Ştatları po­tensial rəqiblərini fikrindən daşındıraraq onları partnyor olmağa dəvət edir.

İstər sözün həqiqi mənasında, istərsə də çoxqütblülük ideyasından doğan məntiqlə ABŞ-ın mövcud qüdrətini heç bir dövlətlə müqayisə etmək mümkün deyildir. Lakin gücü qeyri-tarazlığa istiqamətləndirən əsaslı səbəblər mövcuddur. Bunun Amerikanın xarici siyasət təfəkküründə uzun bir tarixi vardır. Məşhur diplomat Corc Kennan 1940-cı illərin sonlarına doğru Avropa supergücünün Birləşmiş Ştatlar qarşısında dayana biləcəyi ideyasını gündəmə gətirdi. Bugünkü proseslər o dövrdən fərqli olsa da xeyli oxşarlıq təşkil edir. C.Kennanın fikirləri ABŞ-ın xarici siyasətinə və dünyanın taleyinə çox böyük təsir göstərmişdir. O, ABŞ-ın SSRİ-dəki səfirliyinin əməkdaşı idi. 1946-cı ildə Corc Kennan Vaşinqtona «Uzun teleqram» («Long Telegram») adını almış bir sənəd göndərdi. Bu sənəd sonradan, Soyuq Müharibə illərində bəlkə də ən çox istinad edilən bir sənədə çevrildi. Özünün bu «Uzun teleqram»ında Kennan iddia edirdi ki, “SSRİ-nin rəhbərliyi Qərb dünyası ilə heç də dinc yanaşı yaşamağa can atmır. Bu səbəbdən də Qərb bu ölkəyə münasibətdə iqtisadi və diplomatik, əgər lazım gələrsə həm də hərbi vasitələrlə “qarşısını alma” siyasəti aparmalıdır” [1,2]. 1940-cı illərin sonlarında Corc Kennan ABŞ Dövlət Departamentinin Strateji Planlaşdırmalar Şöbəsinin direktoru təyin edildi və faktiki olaraq İkinci Dünya Müharibəsi nəticəsində dağıdılmış Avropa ölkələrinə yardım planı olan «Marşall planı»nın və Yaponiyaya iqtisadi yardım proqramının ideoloqlarından biri oldu.

Yəqin ki, C.Kennan qloballaşma ilə üst-üstə düşən və amerikan təkqütblülüyünü müəyyən edən son 20 ilin reallığını qabaqcadan proqnozlaşdırmaq kimi bir qabiliyyətə malik deyildi. Amma Amerika Birləşmiş Ştatları bu təhlükəli məsuliyyəti üzərinə götürməyə iddia etsə də, çoxları bu iddianın özünü doğruldacağından əmin deyildir. Çünki, artıq antiqloballaşma meylləri hər yerdə hiss olunur.

Amerika Birləşmiş Ştatları isə digər güc mərkəzlərinin getdikcə artan qüdrətinin qarşısını almaqda qeyri-müəyyən davranır. Lakin inteqrasiya olunmuş, şəbəkələnmiş və qarşılıqlı asılılıq halında olan dünyada belə bir hadisə tamamilə matəm xaosuna batmaq demək deyildir. Beynəlxalq sistemdə qlobal tarazlıq nisbətində olan hər hansı bir dəyişiklik, əslində faktiki olaraq Birləşmiş Ştatlara qloballaşmanın təhlükəli nəticələrini aradan qaldırmaqda yardım edir. Beynəlxalq oyun meydanında yeni oyunçuların ortaya çıxması, ABŞ-dan kənar yeni toqquşmaların və konfrontasiya mənbələrinin formalaşmasına və Birləşmiş Ştatların təhlükəsizliyini təhdid edən halların da sayının əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək. Bu təhdid reaksiyalarının səngiməsi ilə Amerika Birləşmiş Ştatları da qloballşamanın ağır məsuliyyətindən yaxa qurtarmağa çalışacaqdır. Başqa sözlə, qloballaşmanın gətirdiyi ağır siyasi, iqtisadi və hərbi yükü digər güc mərkəzləri ilə paylaşacaqdır.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin