Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal


AzərTAc Ankarada “Universitet və Elm”simpoziumu



Yüklə 1,29 Mb.
səhifə62/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   58   59   60   61   62   63   64   65   ...   101
AzərTAc

Ankarada “Universitet və Elm”simpoziumu
2-24 favral 2010-cu ildə Türkiyənin Ankara şəhərində Tür­kiyə Elm­lər Akademiyası və TOBB (Tür­ki­yə Odalar və Bor­sa­lar Birliyi) Uni­ver­sitetinin bir­gə təşkil et­dik­ləri “Üniversitet və Elm” mövzu­sun­da iki günlük sim­pozium ke­çi­rilmişdir. Sim­po­ziumun işində Tür­kiyənin Yük­sək Öğ­retim Ku­ru­lu (YÖK) başkanı, nü­fuzlu uni­versitet rek­tor­ları və Tür­kiyənin tanınmış elm xadim­lə­ri, ziya­lı­ları iştirak etmişdir. Simpoziumun açılış mərasi­min­­­də çıxış edən Türkiyə Elmlər Aka­­demiyasının prezidenti, pro­fes­sor Şükrü Koç və TOBB üni­ver­si­te­tinin rektoru Türkiyənin ali təhsil sistemi və elmi tədqi­qat­­ları istiqa­mə­tin­də qar­şı­da duran problemlərə toxunaraq, bu simpo­zi­umun bu problemlərin aradan qal­dırılması üçün əhəmiyyətli olacağına ümid etdiklərini vur­ğulamışlar. Da­ha son­ra  Türkiyənin Yüksək Öğretim Kurulu (YÖK) baş­ka­nı, professor Yu­sif Zi­ya Özcan Türkiyənin ali təhsil sis­te­mi­ni­nin mövcud vəziyyətini və apa­rılan islahatların mahiyyətini ehtiva edən ge­niş məruzə ilə çıxış etdi.

Daha sonra simpozium öz işini seksiyalarda davam etdirdi. Sek­siya­lar­­da çıxış edən məruzəçilər arasında İlhan Tekeli, Alev Alatlı, Vedat Bil­gin, Tu­ran  ve Erdinc Yazıcının məruzələri xüsusi maraqla qarşılandı.

Sim­­poziumun ikinci günü AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Sə­la­həddin Xəlilov xüsusi məruzə ilə çıxış etdi. Məruzənin ilk his­sə­sində sovet  elm  ənənəsindən və burda mövcud olan akademiya sis­temin­dən da­nı­şan Xəlilov, bu sistemdə elm adamalarının əhatə olunduğu yara­dı­cı­lıq mü­hi­ti haqqında dinləyicilərə ətraflı məlumat verdi. Bu sistemin faydalı tərəf­lə­rin­dən bu gün də istifadə edilməsinin zərurətini qeyd etdi.

Mə­ru­zəçi çıxışının böyük hissəsində fəlsəfə elminin problemləri üzə­rin­də durdu. Xüsusilə türk dünyasının mədəni inteqrasiya prosesində filo­sof­la­rın üzərinə düşən vəzifələr haqqında danışdı.

Da­ha sonra  məruzəçi audutoriyanın çoxsaylı suallarına cavab verdi. Təd­birin sonunda söz alan Türkiyə Elmlər Akademiyasının prezidenti, pro­fes­sor Şükrü Koç S.Xəlilova maraqlı mərüzə üçün təşəkkür et­di və kon­frans­da iştirak etdiyi üçün ona Türkiyə Elmlər Akademiyasının xü­susi dip­lo­munu təqdim etdi.
Fevralın 22-də Gazi Universitetinin mərasimlər zalında (Ankara şə­hə­ri) professor Səlahəddin Xəlilovun Tür­kiyənin bir qrup ziyalısı ilə görüşü ke­çirilmişdir. Şam yeməyi süfrəsi ar­xa­sında təşkil olunan görüşdə Gazi Uni­ver­sitetinin rektoru professor Rıza Ay­han, universitetin professor-müəllim hey­əti, habelə Türkiyənin tanınmış ziyalıları və “Almıla” jurnalının bir qrup yazarı iştirak edirdi. Tədbirin əv­vəlində Gazi Universitetinin iq­ti­sa­di elmlər fakültəsinin  pro­fes­soru Vedat Bilgin Səlahəddin Xəli­lo­vun həyat və yaradı­cılığı haqqında qısa ara­yış verdikdən sonra, onun Şərq-Qərb mövzusunda apar­dığı tədqiqatların və bu sahədə qələmə aldığı fəlsəfi əsər­lərin Azər­bay­can və bütövlükdə türk dün­yasında baş verən proseslərin dərk olunması ba­xı­mından əhəmiy­yə­tin­dən danışdı. Daha sonra Vedat Bil­gin Səlahəddin Xə­li­lovun son dövrlər “Al­mıla” jurnalında çap olunan “Mə­həb­bət və İntellekt” mövzusunda silsilə yazı­larının türk oxucularının və xü­su­silə gənclərin çox böyük marağına səbəb olduğunu söylədi.

Səlahəddin Xəlilov öz nitqində Şərq-Qərb sivilizasiyaları dialoqu, Şərq­­də təsəvvüf  təliminə yanaşmalar, məhəbbət və intellekt mövzusunda mə­sələlərə toxundu. Xüsusilə elm adamının məhəbbət və intellekt möv­zu­sun­daki dedikləri dinləyicilərin böyük marağına səbəb oldu və bu mövzu ətrafında fikir mübahisəsi aparıldı.

Xalq musiqisi ifaçılarının kiçik konsert proqramı ilə görüş sona çatdı.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin