Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə85/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   81   82   83   84   85   86   87   88   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Sənəm xanım:

Padşaham nə aşıx olufsan taxdına

O cahanın, o cavanın nejə oldu

Ağlaram qurumaz didəmin yaşı

O cananın, o cavanın nejə oldu.
Dərin-dərin dəryalara daldılar

Şirin canı eşq oduna saldılar

Qatırdan üzülüf qürbətdə qaldılar

Xazan oldu, o gülşənin nejə oldu.


El içində güdəy etmə Sənəmin dilini

Hax qavıl eləməz belə zülümü

Əydi qamətimi, bükdü belimi

Moğum kimi nocavanım nejə oldu.

Sənəm xanım yuxusunu şaha söylədi. Şah hölnak yuxunu eşi­dif, bütün Qəndəhar əhlinə hökm elədi ki, oğlum Moğum və Mə­həmməd duşman əlində dəstigirdir. Özünə gümanı çatan at­da­­nıf, oları duşman elinnen xilas eləyək. Camaat xavardar olan kimi şah nəmər verəjək deyə aladaylaxlı, boz qısraxlı, atadan kü­­sən, anadan küsən, canınnan-başınnan keçən, ağıldan az, qol­dan quvatdı, bütün dəliqannılar hamısı atdanıf şahın bargahına gəldilər. Şah qardaşı Əhməd vəzir və bütün qohum ağravası qul bəyləri atdanıf Xanbalığa tərəf yola düşdülər. O tərəfdən Mah­mıt xan səyahatdan öylərinə gələndə anası afalatı ona bildirəndə Mahmıt xan qoşununnan Xanbalığa gəldilər.

Xanbalıxda Mahmıt xan afalatı Xamuy xana nağıl elədi: Xa­muy xan and-aman elədi ki, mənim xavarım yoxdu, əmbə belə gü­man eləyirəm ki, bu hilə qarının hiləsidir. Mahmıt xan Xamuy xan­nan baravar qarının yanına gəlif hərçi xavar aldılarsa başa gəl­mədi.

Axırda qarı cana gəlif:

– Ay canım, ay gözüm mən dişi verdim, ərkək çıxmasına borş­du döyüləm.

Olar laf ajıxlanıf qarıyı o qədər döydülər ki, yernən yeksan ol­du. Ona görə can şirin olduğunnan boynuna alıf.

– A canım, eşşəyə güjünüz çatmayır, palanı taxdalıyırsınız. Ola­rın dördü də indijə Qəndəhara tərəf yola düşdülər.



Xannar qarıdan bu sözü eşidəndə qoşunun içinə gəldilər. Xa­muy xan da öz qoşunnu hazır eliyif hər iki xan hədsiz-hesaf­sız qo­şun­nan Moğum şahın dalınnan Qəndəhara yola düşdülər. Atdarı qam­çılıyıf, təpələrdə yel kimi, dərələrdə sel kimi, badeyi sərsər ki­mi, quru yerdə tapbur-tupbur, susuz yerdə çapbur-çupbur o qədər ye­yin sürdülər ki, yolun yarısında Moğumgilə yetişdilər. Bu zaman hər dördünün qollarını dallarına çatdılar. Mahmıt xan oları öl­dürt­mək istəyəndə Xamuy xan irəli duruf qoymadı. “Bizim buları bu yo­­lun ortasında öldürməmiz yaxşı döyul. Gərək şəhərə aparıf bu gün camahatın gözünün qava­ğın­da əməllərini üzdərinə oxuyuf on­nan sonra öldürək ki, özgə­lərinə də ibrət olsun. Bir də heç kes cürət eli­yif xannara belə çıx­masınnar”. Xamuy xanın təybirinə hamı irazı ol­du. Ona görə Xanbalığa tərəf yola düşdülər.

O yannan Asdan şah, Əhməd vəzir dəliqannı qoşunnarınnan bir tərəfdən çıxdılar. Nə gördülər: qoşun Xanbalığa gedər. As­dan şah qoşuna fərman verif, “yeyin sürün qoçaxlarım” bəlkə bu qo­şunun Moğum şahdan və Məhəmməddən xavarrarı ola.

Qoşun əhli Asdan şahdan cıdır fərmannı eşidif elə at sürdü­lər ki, az vaxtda xannarın qoşununa yetişdilər. Xanbalıx qoşunu be­lə calalı və belə dəliqannılarla görüf cannarına titrəmə düşdü. Asdan şah bulardan əhval pursannıx elədiydə xannar qorxuların­nan afalatı şaha söylədilər. Asdan şah olara höküm elədi ki, dör­dü­nü də mənim hüzuruma getirin. Xannar dərhal oğlannarı və qız­darı şahın hüzuruna getirdilər. Şah guya tanımıyan kimi üzü­nü bulara tutuf:

– Siz kimsiniz və haradan gəlif, haraya gedərsiz?

Moğum şah görən kimi bu dillərnən özünü nişan verər:


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin