Azərbaycan folklorunun ilkin nəşrləri” seriyası HÜMMƏT ƏLİzadə azərbaycan el əDƏBİyyati



Yüklə 1,73 Mb.
səhifə69/116
tarix01.01.2022
ölçüsü1,73 Mb.
#110319
1   ...   65   66   67   68   69   70   71   72   ...   116
1.H.Elizade-Nağıllar,Kitab,Super!

Məlik Məhəmməd:

Başına döndügüm södagər əmi

Bu naməni anama yetirin

Çünki qürbətdə qoydunuz məni

Bu naməni anama yetirin.
Üç yüz manat verif bir qul aldı

Fələk məni dölət-vardan saldı

O Hinddə əyləşif qürbətdə qaldı

Bu naməni anama yetirin.


Hər zaman ah-zar edər Məlik Məhəmməd

Ölməyim vacibdi, qalmağım sünnət

Bu dünyam qaranlıx, axirətim cənnət

Bu naməni ol madərə yetirin.

Naməni tamam eyliyif tacirlərə verdi. Tacirlər naməni götü­rüf, Həmədan vilayətinə yola düşdülər. Bular Həmədana get­məy­­də olsun, gəl sənə Məlik Məhəmməddən xavar verim. Qul ilə bir neçə gün karvansarada qalıf güzəran edirdilər.

Həman Məlik Məhəmməd satın aldığı qul Yəmən şahının qı­­zı Güləndam Pəri idi. Bu qız bir gün öz bağlarına seyrə çıx­mış­dı. Qəzadan o gün iki hindli yolnan gedəndə Güləndam Pə­ri­ni görüf aşiq giriftar, mahruy Güləndam oldular. Odu ki, hər iki­si bağa daxıl oluf qızı tutuf bir dəst qul libası geydirif, pinhani bir yolnan Hində apardılar.



Hinddə bir pirani qul paltarında satdılar. O piran da alan ki­mi bazara çıxarıf satmaq istədiydə Məlik Məhəmməd rast gəlif, alıf kar­vansaraya gətirdi. Ancaq bu qız da bağa gələndə özündə hesab­sız pul varmış. Qullar da bir-birinin qorxusunnan nə qı­za ya­xın gə­lif­lər, nə də munda olan pulu bilmiyiflər. Odu ki, qız Mə­lik Mə­həm­mədnən karvansarada olanda gözünün altından Mə­lik Məhəm­mədə bir nəzər salıf gördü bir cavandı ki, dünyada misli-manəndi yoxdu.

Öz-özünə dedi: hər halda bu cavan da mənim kimi dərd sa­hi­bi­di. Munu deyif niqab altınnan dedi: – Məlik Məhəmməd! Sə­nin bu Hind şəhərində heç mənzilin yoxdumu? Biz bu karvan­sarada qal­mışıx. Məlik Məhəmməd dedi: – Ey qul! Allahdan nə gizlindir, sən­nən nə gizlin ola. Bu günnən səval dolanmağa gü­ma­nım yox­du. Bu zaman qul dedi: – İndi ki, belə oldu, mən hayana getsəm, sən də dalımca gəl. Məlik Məhəmməd razı oluf hər ikisi bir qədər yol getdiydən sora şəhərin bir guşəsinə yetişdilər. Bu zaman qul iki otaxdan ibarət bir mənzil tutdu, hər ikisi o mənzilə gəldilər. Qul dedi: “Məlik Məhəmməd! Bil və agah ol, bu günnən hər nə xaş­tıx sənə lazım olsa məndə var, özüm də səhərdən axşa­ma qə­dər sana qullux eyliyəcəyəm. Ancaq axşam olanda mənnən işin ol­masın, otağın birində tək olasıyam”. Məlik Məhəmməd dedi: “Çox yaxşı”. Odu ki, o günnən qul axşama qədər Məlik Mə­həm­məd ilə söh­bət­də və qulluxda oluf, axşam qul otağına getdiy­dən bir müddət sora Məlik Məhəmməd öz-özünə dedi: Ey dil qafil! Bu nə işdir. Qul hər axşam bilmirəm, hayana gedir, yəqin ki, bun­da bir sirri-xəfi var ki, axşamlar ayrı mənzildə yatır, təəccüblü bu­ra­­sıdır ki, mən onu saxlamaqdan o həm məni, həm özünü do­lan­dı­rır. Bunu deyif o saat qul yatan otağın qapısına getdi və pən­cə­rə­dən diqqət ilə baxanda gördü, həmin qul libasını soyunuf bir bə­dir­lənmiş ay kimi mahruhi şölə verən bir vəcihə gözəl qızdır. Mə­lik Məhəm­məd belə bir vəcihə qızı görcək bir gönüldən min gö­nülə aşıq giriftar oldu. Qapıda o qədər gözlədi ki, qız yuxuya get­di, bu zaman bir tor ilə qapını açıf otağa daxil oluf qızın ya­xı­nı­na ge­dəndə qız ayıldı. Munu görən Məlik Məhəmməd eşiyə çıx­dı. Gü­­ləndam hər yana baxıf bir şey görmədi, genə də yatdı. O yan­­nan Məlik Məhəmməd öz otağına gedif xurrəi-xabə bulənd ol­du, ta inki, səhər açıldı.

Gənə də Güləndam qul libasında axşamadək Məlik Məhəm­məd ilə bir yerdə oluf axşam olan kimi öz otağına getdi. Məlik Mə­­həmməd isə gejədən bir qədər keçmiş Güləndamın qapısına gə­lif pəncərədən baxanda gördü, gənə də qız qul libasını çıxarıb on dört gejəlik ay kimi bədirlənir. Bu zaman Məlik Məhəmməd da­ha da möhübbətini artırıb öz-özünə dedi: belə nazənin sənəm­dən ölmək var, dönmək yoxdur. Bunu deyif biixtiyar daxili-otaq oldu. Qız Məlik Məhəmmədi görcək dedi:

– Ey cavan, mən sana nə demişdim, belə hayasızlıx olarmı?

Məlik Məhəmməd dedi:

– Ey nazənin! Vallah mən sana aşiqəm. Ya öldür, ya inki, qoy və visalına yetişim.

Bir qədər guftgudən sonra qız, oğlan bütün başdarına gələn ma­caranı bir-birinə nağıl elədilər. Munnan sora Məlik Məhəm­məd dedi:

– Ey nazənin! Mən dərdimi istədiyim qədər dilnən söylüyə bil­­mərəm, ona görə qulaq as, sinəi tar ilə söylüyüm.

Güləndam dedi:

– Mən də sən dərdliyəm, söylə!


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin