“AZƏRBAYCAN HAVA YOLLARI”
QAPALI SƏHMDAR CƏMİYYƏTİ
M İLLİ AVİASİYA AKADEMİYASI
“İnformasiya Texnologiyaları”
kafedrası
“Kompüter şəbəkələri” fənnindən
“TCP/IP şəbəkə modelinin öyrədici proqramı”
mövzusunda
KURS İŞİ
Fakültə :
|
Fizika-texnologiya
|
Kurs:
|
III
|
İxtisas:
|
Kompüter mühəndisliyi
|
Qrup:
|
1452a
|
İmzalar
|
Tələbə:
|
Babaxanlı Xanmurad Mehman oğlu
|
|
Müəllim:
|
Həsənov Azər Fərhad oğlu
|
|
|
BAKI – 2015
MÜNDƏRİCAT
1.
GİRİŞ 1
Şəbəkə qurulmasında perspektivlər 3
TCP/IP şəbəkə modeli 4
Internetdə ünvanlaşdırma.TCP/IP protokolu. 5
TCP/IP şəbəkə modelinin tətbiqi səviyyəsi 10
HTTP qısa xülasəsi 11
TCP/IP şəbəkə modelinin nəqliyyat səviyyəsi 11
TCP/IP şəbəkə modelinin şəbəkə səviyyəsi 12
İP marşurutlaşdırmanın əsasları 13
TCP Səhvlərin Bərpa olunması Xüsusiyyətləri 13
TCP/IP modelinin kanal səviyyəsi 14
TCP/IP-nin iş prinsipi 15
Verilənlərin inkapsulyasiyası terminologiyası 16
Kurs işinin praktik hissəsi 19
Ədəbiyyat 23
GİRİŞ
Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə harada və nə üçün istifadə olunur? sualını versəniz, bu suala indi çox rahat cavab tapmaq olar. Məsələn, bu gün ofislərdə, nəşriyyatlarda, kompüter klublarında və ya beynəlxalq informasiya mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin bütün işçilər üçün əl çatan olmasını istəyirsə, o, kompüter şəbəkəsindən istifadə edərək bu işi rahatca həyata keçirir. Nəşriyyatda işləyən dizayner öz kompüterində hazırladığı jurnalın üz qabığını çap etmədən şef redaktora göstərmək və rəyini bilmək istəyirsə, sadəcə olaraq şefin kompüterinə jurnalın üz qabığını göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyun klublarında tək oynamaqdan bezən uşaqlar bir-biriləri ilə şəbəkə vasitəsi ilə oynaya bilirlər. Beynəlxalq kompüter şəbəkələri ilə xüsusi proqram təminatı ilə xaricdə yaşayan qohumlarının üzlərini kompüterdə görə və səslərini rahatca eşidə bilərlər. İstəyirəm bir az əvvələ qayıdıb ilk şəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim.
1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları Internetin əsasını qoydu. Bu zaman bir qrup alim kompüterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir tərəfdən hərbi sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, raket-nüvə zərbəsi endirilərkən, yaxud aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirməyə qabil şəbəkələrin qurulması metodlarının tədqiqat obyekti olmalı idi. Bu şəbəkəyənin ilk adl ARPANET adlandırıldı. 1972-ci ildə kompüter kommunikasiyalarına dair beynəlxalq ARPANET nümayiş etdirildi. Bu zaman şəbəkə yalnız elektron poçtdan ibarət idi. Həmin il (1972) internetin yaradılması ili hesab edilir.
ARPANET layihəsi çərçivəsində iş paketlərin kommutasiyası ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə növündə informasiya (məsələn xəbər) böyük olmayan paketlərə bölünür, həmin paketlər təyin olunmuş yerə çatana qədər səmərəli marşrut seçərək bir-birindən asılı olmayaraq müxtəlif şəbəkələrdə yerini dəyişir. Sonda bütün paketlər final nöqtəsinə çataraq yenidən birləşərək ilkin formanı alır. Bütün kompüterlərin eyni hüquqlu olması informasiyanın konkret bir kompüterdən asılılığını aradan qaldırır. Bu texnologiya hətta müharibə vaxtı belə kommunikasıyaların işinin kəsilməsinə təminat verirdi. Əgər kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər işləyən xətlərə ötürülə bilər
1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn, BITNET (Because It’s Time Network), CSNET (Computer Science Network) şəbəkəsi hesablama texnikası və proqramlaşdırma üzrə tədqiqatçıları birləşdirirdi. Sonralar bu şəbəkələr Internetə daxil oldu. İnternet qlobal şəbəkədə birləşmiş milyonlarala kompüterləri, proqramları, verilənlər bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən ibarət şəbəkədir.
Şəbəkə qurulmasında perspektivlər
Şəbəkə qoşulmaları şəbəkənin necə istifadə olunacağından asılı olaraq dəyişir məsələn evdəki şəbəkədə adətən DSL və CATV qoşulmalarından istifadə olunur iş (ofis) şəbəkələrində isə adətən Ethernet və simsiz qoşulmalardan istifadə olunur. (şəkil 1.).
şəkil 1. Sürətli internet əlaqələrində son istifadəçi perspektivi
Şəkilin yuxarı hissəsi sürətli işləyən kabel internet istifadəçisini göstərir. Fərdi kompüter ezernet kabelindən istifadə edən kabel modemə birləşir. Çünki kabel internet xidmətləri xidməti kəsilməz olaraq təmin edir.
Şəkilin aşağı hissəsi iki müxtəlif texnologiyadan istifadəni göstərir. İlk olaraq tablet kompüter ezernet kabelindən istifadə etməyin əvəzinə simsiz LAN və ya WiFi adlandırılan simsiz texnologiyadan istifadə edir. Bu nümunədə , marşrutlayıcı internet ilə əlaqə yaratmaq üçün müxtəlif texnologiyadan , əsasən rəqəmli abunəçi xəttindən (DSL) istifadə edir. DSL xidmətində evlərdə əvvəlcədən quraşdırılmış analoq telefon xəttindən , kabel internet xidməti üçün kabel TV – dən (CATV) istifadə olunur.
Dostları ilə paylaş: |