İP adresi nə işə yarayır?
İP adresi vəya nömrəsi , bugün qanun qaçaqlarından online satışa qədər birçox sahələrdə intensiv olaraq istifadə olunan bir məlumatdır . İP nömrəsinə baxaraq istifadəçinin yerləşdiyi ölkəni , şəhəri , dəqiq ünvanı və İSP (İnternet Provayder) tapmaq mümkündür. Bu məqsədlə on minlərcə İP nömrəsini ozündə saxlayan böyük məlumat bazalarına (Database) və İP nömrələrini birbiri ilə müqayisə edə bilən proqramlara ehtiyac var .
İP adresindən Şəxsi Məlumatlar (İD İnformation)
İP adresindən dəqiq şəxsi , telefon və adres məlumatlarına çatmaq olar ? Bu tipli sualların çox insanlar üçün maraqlı olacağını düşünərək bu haqda umumi məlumat vermək qərarına gəldim :
Əgər İP adresi statikdisə və bir yer adı ilə əlaqəlidirsə ,yəni sadəcə dəqiq bir yer adı (Web səhifə) üçün təsis edilibsə , onda İP adresindən yer adına və əgər “whois” məlumatları düzgündürsə onda Şəxsi (İD) məlumatlara çatmaq mümkündür.
Əgər İP adresi bir səhifəylə əlaqəlidirsə ancaq paylaşılan İP adresidirsə (Shared İP) ,bu halda eyni İP adresi üzərində birdən çox səhifə olacağına görə , sadəcə həmin İP adresini təsis edən hosting servisinin məlumatlarını tapmaq olar .
Əgər İP adresi individual şəxsin internet bağlantısıyla əlaqəli bir İP –disə , bu halda individual istifadəçi normal yollarla bu tipli məlumatları əldə edə bilməz . İP adresindən çata biləcəyiniz ən ətraflı məlumat , İSP (İnternet Provayder)-in unvanı və alaqə mılumatlarıdır . Yəni səhifənizi ziyarət edən vəya sizə mail yazan birinin İP adresindən istifadə edərək həmin adamı bu tipli proqramlarla tapa bilməzsiz.
Domen
Domen İnternetin məntiqi səviyyəsidir, yəni xüsusi ada malik, xüsusi stansiyalar tərəfəindən idarə olunan şəbəkə resursları qrupudur. Başqa sözlə, Domen – DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.
Adların domen sistemi (Domain Name System) (DNS) Internetdə işləyən istifadəçilərin işini asanlaşdıraraq lazımı informasiyanın tez əldə edilməsini təmin edir. DNS-in əsas təyinatı qurğuların domen adlarını İP-ünvanlara və İP-ünvanları domen adlarına dəyişməkdir. DNS-in əsası iyerarxiya üzrə bölünmüş verilənlər bazasıdır. DNS ünvanın əsas hissəsi birinci səviyyəli domen adlanıb qlobal coğrafi zonanı əhatə edir. Internetdə altdomenlər (subdomain) də mövcuddur. Subdomen – hər hansı domenə nisbətən aşağı səviyyəli domen deməkdir (*.GOV.AZ domeni GOV.AZ domeninin subdomenidir).
DNS server - bir və ya bir neçə zonanın saxlanmasını və DNS-nin verilənlər bazasında olan sorğuları emal edən proqramdır. Zona üçün “primary” (birinci səviyyəli) DNS-server - bu zona haqqında tam informasiyanın saxlanmasını təmin edən DNS-serverdir. Zona üçün “secondary” (ikinci səviyyəli) DNS-server isə - bu zona haqqında tam informasiyanı digər DNS-serverdən alan DNS-serverdir. Zona - bir domendə yerləşən, növbəti (daha aşağı) səviyyəli resurslar və domenlər haqqında qeydlərin cəmidir.
Kompyuterə İP ünvanın əl ilə daxil olunması
Bunun üçün 2 yol var.Qrafika ilə və əmrlər sətri ilə.Əvvəl qrafik yolla İP ünvan təyin edək.Start menyudan Control Panel-ə daxil olub daha sonra Network and İnternet bölməsinə keçirik.Oradan isə Network and Sharing Center üzərində vururuq.Açılan pəncərədə Change Adapter Settings-ə daxil oluruq.Kopyuterimizin Bütün şəbəkə uzlaşdırıcıları(Adapters) olan pəncərədə müvafiq uzlaşdırıcını seçib üstündə sağ düyməni vururuq.Properts menyusuna daxil olub İnternet Protocol Version 4 yazısı üzərinə vururuq.
Açılan yeni pəncərədə İP tənzimləmələri edirik.Hal-hazırki vəziyyətdə İP ünvanlar avtomatik olaraq DHCP server tərəfindən təyin olunur.Biz özümüz İP daxil etmək üçün müvafiq olaraq Use the following İP address yuvasını işarələməklə əl ilə İP daxil etməyi təmin edirik.
Buradan müvafiq olaraq İP ünvanı,Subnet Mask,Default Gateway və DNS serverin İP ünvanını daxil edirik.Default Gateway şəbəkəmizdəki başlanğıc nöqtədir.Əksər hallarda bu modem olur.Yəni bura modemin İP-ni daxili edirik.Digər hallar da ola bilər.Bundan başqa kompyuterimizə statik İP ünvanları Əmrlər sətri vasitəsilə də verə bilərik.Bunun üçün Start menyusunun axtarış hissəsində cmd yazılır.cmd aləti üzərində sağ düyməni vurub Run as Administrator etməklə Administrator hüquqları ilə cmd əmrlər pəncərəsini işə salırıq.
Şəxsi ünvanlar sahəsi(RFC1918)
Belə ki NAT demək olar ki hər təşkilatda NAT İnternet işlədicilərinə qoşulmaq üçün istifadə olunur.Şirkət sadəcə bir və ya daha çox şəxsi İP şəbəkələri ehtiyyat şəxsi İP şəbəkə nömrələri listindən götürür.RFC 1918 ümumiləşmiş şəkildə cədvəldə müəyyən edilmişdir. Bugün bəzi təşkilatlat NAT ilə yanaşı şəxsi İP şəbəkələrini elecə də bəzən public İP şəbəkədən istifadə edir.
Alt şəbəkələrə ayrılmamış A,B,C sinif ünvanlarının formatı
Bu şəkildə N və H müvafiq olaraq şəbəkənin və host bitlərinin nömrəsi kimi təqdim olunub.Müvafiq olaraq A,B ,C klasları üçün şəbəkə oktetləri sayi 1,2,3 müəyyən olunub və şəkildə də bitlərlə göstərilmişdir.Host oktetləri sayı isə müvafiq olaraq 3,2,1 olaraq təyin olunmuşdur.Alt şəbəkəyə ayrılmamış A,B,C klaslarının ölçüsü 2H-2 düsturu ilə təyin olunur və aşagıdakı qiymətlər alınır:
Sinif A: 224-2=16,777,214
Sinif B:216-2=65,534
Sinif C :28-2=254
Alt şəbəkələrə ayrılmış A,B,C sinif ünvanlarının formatı
Alt şəbəkədə ünvanların alt şəbəkə və host hissələrinin həcminin seçilməsinin əsas məntiqi
Burada alt şəbəkə və host seçiminin məntiqi riyazi yoxlama nəticəsində göstərilib.2S qədər tələb olunan alt şəbəkə sayından çox olmalıdır yoxsa Mask bu İP şəbəkə alt şəbəkəyə kifayət etməyəckdir.Həmçinin 2H-2 tələb olunan host/alt şəbəkə sayından çox olmalıdır.
Alt şəbəkəni Birlikdə müəyyən edən bəndlər:
Alt şəbəkənin nömrəsi:Həmçinin alt şəbəkə İD-si və ya alt şəbəkə ünvanı da adlandırırlar.Bu nömrə alt şəbəkəni identifikasiya edir.Bu nömrə alt şəbəkənin ən kiçik nömrəsidir və host tərəfindən İP ünvan kimi istifadə edilə bilməz
Alt şəbəkənin genişyayımı:Həmçinin alt şəbəkənin genişyayımlı ünvanı və ya yönəldilmiş genişyayımlı ünvanı adlandırılır.Bu nömrə alt şəbəkənin ən sonuncu (ən böyük) nömrəsidir və bu da öz növbəsində host tərəfindən İP ünvan kimi istifadə edilə bilməz.
İP ünvanlar:Alt şəbəkə İD-si və alt şəbəkənin genişyayımlı ünvanı arasındakı bütün nömrələr höstların İP ünvanları kimi istifadə edilə bilər.
Sinifləşdirilmiş İPv4 şəbəkələrinin analizi
Dostları ilə paylaş: |