Fe
eyd etdiyimiz kimi yer qabığında elementlərin miqdarı sabitdir. İnsanların adambaşına tələbatı artmasa da sayı artırdığından e.i.i. də artır. Ona görə də yeni ehtiyat mənbələrinin aşkar edilməsi mühüm məsələlərdən biridir. Yer qabığı dedikdə, 7 km dərinlik quru hissədə, dənizdə 40 km-ə qədər dərinlik nəzərə alınır. Bu yer kürəsinin 0.42%-ni, həcminin 0.855-ni təşkil edir. Yer qabığının əsas tərkibi metal silikatlardır. Minerallar, filizlər adətən müxtəlif növ miqrasiyalar nəticəsində yığcam formada ayrı-ayrı nöqtələrdə toplanıb. Yer qabığında elementlərin müqayisəli miqdarı klark cədvəli şəklində tərtib olunub. Yer qabığında elementin miqdarı çox olduqca onun ehtiyatlarının da miqdarı çox olur.
Təqribən elementin yer qabığında miqdarı ilə onun ehtiyatı arasında aşağıdakı nisbət vardır.
R = 1010 ∙ A burada R – ehtiyatın miqdarı;
A – elementin yer qabığındakı miqdarı (klarkı).
Ehtiyatdan istifadə etmək üçün qatılaşma əmsalı deyilən kəmiyyətdən istifadə edilir. Qatılaşma əmsalı elementin filizdəki miqdarının elementin yer qabığındaki miqdarının nisbətinə deyilir.
k = C / A burada A – elementin klarkı;
C – filizdəki qatılıqdır.
Məsələn: bugünki, real istifadə olunan Fe filizi üçün qatılaşma əmsalı təqribən 5-ə bərabərdir. Lakin əlvan metallar üçün, Pb üçün bu rəqəm 1250-ə bərabərdir. Qatılaşma əmsalının böyük olmasının əsas səbəbi onun klarkının kiçikliyidir. Qatılaşma əmsalına görə elementlər 3 qrupa bölünür.
I qrup k = 2.27 – 5-ə qədər, bu adətən miqdarı çox olan elementlərdir.
II qrup k = 5 – 1000-ə qədər, bura Ti, Al, Fe və s. aiddir.
III qrup k = 1000 – 4000-ə qədər, bura Au, Ag, Pb, Hg, nadir torpaq elementləri (lantanoidlər) və yer qabığında miqdarı az olan nadir elementlər aiddir.
Təbii ehtiyatların miqdarı müəyyənləşdirilərkən qatılaşdırma əmsalının rolu xüsusi nəzərə alınır. Qatılaşdırma əmsalı azaldıqca mineralın tərkibindəki əsas elementin miqdarı çoxalır. Hər bir filiz mineral maddə üçün müvafiq texnologiya mövcuddur. Həmin texnologiya ilə daha az zəngin olan mineralları emal etmək həmin dövr üçün sərfəli olmur.
Təbii ehtiyatların tərkibində əsas maddənin miqdarı azaldıqca onların ehtiyatının miqdarı həndəsi silsilə ilə artır. Hər bir dövrün mineral ehtiyata tələbatı var. Məsələn: 60-cı illərə qədər tərkibində misin miqdarı 2%-dən çox olan böyük və bərabər ehtiyatlar mis almaq üçün yararlı sayılırdı. Hal – hazırda bu rəqəm 0.7-1.1%-ə düşüb.