Rəyçilər: SDU-nin “Neft-kimyası və kimya
texnologiyası” kafedrasının müdiri,
k.e.d., professor Ə.Ə.Ağayev
Az.Tex.Universitetinin “ Sənaye
ekologiyası və NTT” kafedrasının prof.,
f.-r.e.d. Əhmədov Ş.Ə.
MAA-nın “Kimya və materialşunaslıq”
kafedrasının baş müəllimi, t.e.n.
Ömərova G.C. Metodik vəsaitdə iki hissədən ibarətdir. Birinci hissədə “Tullantısız istehsal” kursu üzrə proqram verilmiş, hər bir mövzunun öyrənilməsi üçün tövsiyə olunan ədəbiyyatlar göstərilmiş və mövzular üzrə özünü yoxlamaq üçün suallar tərtib edilmişdir. İkinci hissədə kursun mənimsənilməsi üçün mövzular verilmişdir.
Bu metodik vəsait Milli Aviasiya Akademiyasının “Ekologiya mühəndisliyi” ixtisası üzrə magistr və bakalavr səviyyələri üzrə təhsil alan tələbələr üçün “Tullantısız istehsal” kursunun mənimsənilməsi nəzərdə tutulmuşdur.
Metodik vəsait MAA-nın Elmi-metodik Şurasının 16 oktyabr 2014-cü ilin 02/14 saylı iclasında müzakirə edilmiş və nəşr üçün tövsiyə olunmuşdur.
GİRİŞ Ətraf mühitin mühafizəsi problemi kompleks problemdir və qlobal xarakter daşıyır. Müasir iqtisadi şəraitdə ətraf mühitin qorunması məsələsində elmi – texniki nailiyyətlərdən istifadə xüsusi məna kəsb edir. Bu, ilk növbədə sanaye ilə bağlıdır.
Müasir istehsalın inkişafı, miqyası və sürəti ilə əlaqədar olaraq, aztullantılı və tullantısız texnologiya problemlərinin işlənməsi və tətbiqi böyük aktuallıq tələb edir. Bir çox ölkələrdə bu problemin həlli təbii ehtiyatlardan səmərəli istifadədə və ətraf mühitin mühafizəsində strateji istiqamət kimi dəyərləndirilir. Tullantısız texnologiya məhsul istehsalının elə bir metodudur ki, burada bütün xammal və enerji tsikl daxilində səmərəli və kompleks şəkildə istifadə olunur.
Tullantısız texnologiyanın yaradılması mürəkkəb və uzunmüddətli prosesdir. Tullantısız və aztullantılı istehsal prosesləri dedikdə elə bir texnologiya başa düşülür ki, onun adi texnoloji proseslərlə müqayisədə ətraf mühitə göstərilən neqativ təsirlər azalır. Belə ki, texniki, iqtisadi, təşkilati səbəblərə görə xammalın və materialların az bir hissəsi tullantıya çevirilir və uzunmüddətli saxlanmaya və ya basdırılmaya göndərilir.
Ekoloji problemlərdən biri məişət tullantılarının toplanmasının qarşısının alınmasıdır. Bu məqsədlə tətbiq edilən üsullardan biri də şüşə və plastik qabların, polietilen paketlərin asanlıqla əridilərək təkrar emalolunmasıdır. O, həmçinin hal-hazırda məişətdə və sənayedə daha çox istifadə olunan polimer məmulatların tullantı şəklində yığılmasının qarşısının alınması istiqamətində görülən tədbir kimi xüsusi əhəmiyyətə malikdir.
Metodik vəsait iki hissədən ibarətdir.
Birinci hissədə "Tullantısız istehsal" kursu üzrə proqram verilmiş, hər bir mövzunun öyrənilməsi üçün tövsiyə olunan ədəbiyyatlar göstərilmiş və öyrənilən mövzular üzrə özünü yoxlamaq üçün suallar tərtib edilmişdir.
İkinci hissədə ümumilikdə kursun mənimsənilməsi üçün mövzular verilmişdir. İkinci hissənin axırında metodik vəsaitin tərtibində istifadə olunan ədəbiyyatın siyahısı verilmişdir. Metodik vəsait "Ekologiya mühəndisliyi" ixtisası üzrə bakalavr və magistr və bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur.