Mövzu 13: Piroliz prosesi Piroliz prosesinin əsas işləmə prinsipləri. Piroliz prosesinin qanunauyğunluqları. Piroliz prosesinə sərf olunan istiliyin miqdarının hesablanması.
Ədəbiyyat: [7,8].
Özünü yoxlama sualları:
1. Piroliz hansı şəraitdə aparılır?
2. Piroliz prosesi hansı temperaturda aparılır?
3. Piroliz zamanı əsas məhsullarla yanaşı hansı əlavə maddələr əmələ gəlir?
4. Piroliz zamanı daha ağır karbohidrogenlər hansı şəkildə qalır?
Mövzu 14: Məlumat sisteminin elmi – metodik təminatı Tullantıların basdırıldığı, saxlanıldığı sahələr, yerlər, zibilliklər haqqında məlumat. Tullantıların yenidən emalı ilə əlaqədar tətbiq olunmuş texnologiya və qurğular. Tullantılar haqqında ölkə daxilində və xaricdə aparılan elmi–tədqiqat işləri. Tullantılar haqqında ümumdünya potent fondu. Hər bir tullantının həcmi, yanma mənbəyi, istifadə istiqaməti, fiziki–kimyəvi xassələri, zəhərlilik sinfi, tullantıların yerləşdiyi və məhv edildiyi sahələr üzrə məlumatın toplanması.
Ədəbiyyat: [2,4].
Özünü yoxlama sualları:
1. Sənayenin bəzi sahələrində tullantılar haqqında informasıya üzrə hansı müəssisələr yaranır?
2. Yaranmış tullantılar bankının əsas proqramına hansı bəndlər daxildir?
3. İxtisaslaşdırılmış bankların tərkibinə hansı funksiyalar aiddir?
4. Elmi –texniki inkişafın əsas vacib yollarında hansı tədbirin rolu vacibdir və risklidir?
5. Tullantıların emalı üzrə layihələrə hansı tədbirlər aiddir?
Mövzu 15: Müasir kimya sənayesində termodinamiki analiz üsulları Müasir kimya sənayesinin əsas məsələləri. Enerji kimyəvi-texnoloji (e.k.t.s.) sisteminin termodinamik analizi haqqında məlumat. Enerji, entropiya, eksergiya üsulları və onların açığlanması.
Ədəbiyyat: [5,7].
Özünü yoxlama sualları:
1. Enerji kimyəvi-texnoloji sxemlərin (e.k.t.s.) sisteminin termodinamik analizi neçə cür aparılır?
2. Enerji üsulu hansı qanuna əsaslanır?
3. Enerji üsulunda hansı düsturdan istifadə olunur?
4. Entropiya üsulu hansı qanuna əsaslanır?
5. Sistemin effektivliyini artırmaq üçün, hansı məsələyə daha çox diqqət yetirilir?