«AZ rbaycan hava yollari» qsc miLL aviAS ya akademiyasi tullant
Mövzu 10: Mis tullantılarının təkrar emalı Əlvan metal tullantıları tərkibinə, ölçülərinə, həndəsi formalarına görə çox müxtəlif olur. Emal ediləcəyi yerə görə və təkrar istehsal texnologiyasına görə əlvan metal tullantıları 2 qrupa bölünür: məhsul tipli və təkrar qaytarılan. Məhsul tipli tullantılara istehlak olunmuş müxtəlif istehlak və istehsal məhsulları aiddir.
Təkrar qaytarılan tullantılara metal emal edən zavodların məhsulları aiddir ki, onlar müəssisələrdə təkrar emal edilir. Tullantıların təkrar emala hazırlanması, onların yığılması anından başlayır. Çox iri qurğular, konstruksiyalar sökülərək ayrı-ayrı növlərə, siniflərə bölünür və elektronika cihazları onu təşkil edən elementlərin markalarına görə ayrılır. Adətən qırıntılar bir elementə görə yığılır, hazırlanır. Xüsusi hallarda bir neçə elementin paralel yığılması aparılır. Tullantıların ilkin hazırlanması qırıntı və tullantıların xarakterindən asılı olaraq aşağıdakı əməliyyatlarla edilir.
Sökülmə, növbəli ayrılma, kəsilmə, xırdalanma, yonqarların sirkələnməklə tozdan ayrılması, qurudulması, maqnit seperasiyası. Əgər qırıntı narın toz şəklindədirsə onun pirotexniki nəzarəti aparılır. Yəni, nəzarət partlayışa qarşı tədbir görülməsi ilə həyata keçirilir.
Bu əməliyyatların aparılması üçün müxtəlif qurğu və avadanlıqlardan istifadə olunur. Kəsmə əməliyyatı qaz oksigen, asetilen oksigen, propan oksigen, plazmatron qaynaq formalarından istifadə olunur. Qazla kəsmə adətən qara metallar üçün istifadə olunur.
Mis (Cu) tullantılarının təkrar emalı 2 istiqamətdə aparılır.
Təmiz misin (Cu) alınması
Mis (Cu) əsaslı xəlitələrin alınması.
Mis qırıntıların tullantılarının emalı həm pirometal-lurgiya, həm də hidrometallurgiya üsulları ilə aparılır. Pirometallurgiyada əsasən mis qırıntılarını şaxtalı sobalarda əridilməsidir. Bunun üçün aşağıdakı əməliyyatlar aparılır.
Cu lomları hazırlanır;
Şaxtalı sobada çox çirkli ərinti alınır;
Konvertor sobalarında oksidlər kənara çıxarılır. Bu cür alınan mis ilkin mis adlanır. İlkin mis istehsalatında tətbiq etmək mümkün deyil, çünki onda qalan kənar elementlərin miqdarı və növü hər dəfə fərqli olur.
İlkin misin rafinasiyası.
İlkin metalın rafinasiyası 2 üsulla aparılır.
1. Elektrokimyəvi
2. Alovlu rafinasiya
Elektrokimyəvi rafinasiya aparılarkən anod ilkin Cu–dan, katod isə nazik Cu lövhəsindən ibarət olur. Elektrolit məhlulu əsasən CuSO4 və H2SO4 qarışığından ibarət olur. Elektrokimyəvi rafinasiya metodunun üstünlüyü qırıntılarda nəcib metalların ayrılmasıdır.
Mənfi cəhəti: çox miqdar elektrolit məhlulun istifadəsi və bunun regenerasiyası üçün çəkilən xərcin çox olmasıdır.
Alovlu təmizləmədə nazik metal axının 1200–1300oC temperaturda oksidləşdirici alovla işlənir. Bu zaman metaldakı kənar elementlərin demək olar ki, hamısı oksidləşir. Səbəbi həmin elementlərin aktivlik sırasında Cu əvvəl yerləşməsi və O2- ə tələbatının çox olmasıdır. Mis tullantılarının şaxtalı sobada əridilməsində məqsəd onu metallik hala qədər reduksiya etmək, tərkibindəki Fe şlaqa keçirmək, boş süxurları, flüs materiallarını tullantılardan ayırmaq və uçucu elementləri qovmaqdır.
Şaxtalı sobada əritmə reduksiyaedici prosesdir. Burada kömür və koks hissəciklərindən istifadə edilir. Onların miqdarı ümumi qırıntının kütləsinin 12–18%-i qədərdir. Əlavə oksidləşmə getməsin deyə şaxtalı sobaya flüs, kvars qumu və əhəng verilir. Sobada temperatur 1500o-yə çatdırılır. Bu temperaturda koks və daş-kömürün reduksiyaedicilik qabiliyyəti güclü olur və aktiv CO qazı əmələ gəlir. Proses aşağıdakı kimi gedir.
CuO + CO = CO2 + Cu
CuO + Fe = Cu + FeO
Bu prosesdə mis qırıntısının tərkibində olan Sn, Pb, Cu-un bir hissəsi metala keçir. Burada Cu ərintisində çoxlu kənar elementlər olur və tərkib geniş intervalda dəyişir. Məsələn; təqribən şaxtalı sobada əridilmiş Cu tərkibi aşağıdakı kimidir.
Cu = 820-87 %
Fe = 1.5 – 3 %
Zn = 5 – 8%
Pb = 2%
Sn = 8 %
Metalların bir hissəsi uçur. Tüstü tozlarının tərkibi 60 – 63 % Zn oksidlərindən ibarət olur. Bu tullantlı Zn zavodlarına göndərilir. Şaxtalı sobada əritmədə metalların paylanması IV cədvəldə göstərilib.
Cədvəl IV