40
zonası, Gömrük birliyi, Ümumi mal və xidmət bazarı, Dövlətlərarası
valyuta komitəsinin yaradılması haqqında sazişlər imzalandı. Lakin bu
saziş və qərarların əksəriyyətinin işlək mexanizmi olmadığından kağız
üzərində qalmışdır.
Azərbaycanın gömrük təşkilatının beynəlxalq əlaqələrinin daha geniş
miqyasda aparılmasının əsası 1995-ci ildə imzalanan ikitərəfli sazişlərlə
qoyulmuşdur. İlk dəfə ixraca nəzarət sahəsində ABŞ təcrübəsi öyrənilmiş
və gömrük tariflərinin tətbiqi ilə bağlı hüquqi-normativ aktın modeli də bu
ölkənin müvafiq qanunvericilik təcrübəsi əsasında yaradılmışdı.
1
Tədqiq edilən dövrdə gömrük işi sahəsində beynəlxalq hüquqi əmək-
daşlıq əlaqələıri başlıca olaraq dörd istiqamət üzrə: 1) Dünya Gömrük
Təşkilatı; 2) MDB üzv dövlətlərinin gömrük təşkilatları; 3) İqtisadi
Əməkdaşlıq Təşkilatı çərçivəsində; 4) ikitərəfli münasibətlər əsasında ayrı-
ayrı dövlətlərin gömrük orqanları ilə aparılırdı. DGK-nın əməkdaşları MDB
üzv dövlətlərinin gömrük xidməti rəhbərlərinin Şurası (GXRŞ) çərçivə-
sində keçirilən ekspert iclaslarında fəal iştirak edirdi. Həmin görüşlərdə
hazırlanan sənəd və layihələri üzrə təkmilləşdirmə işləri aparılır, gömrük
işinin qarşılıqlı fəaliyyətini tənzimləyən saziş layihələri hazırlanırdı.
Beynəlxalq iqtisadi təşkilatlarla əlaqələr iki əsas istiqamət üzrə: regional
təşkilatlar və BMT-nin müxtəlif təşkilat və proqramları ilə aparılırdı.
Beşinci fəslin ikinci
“Beynəlxalq təşkilatlar və xarici ölkələrin
Dostları ilə paylaş: