Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə17/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
#102750
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

III mətn

Bayandur kəndi var, o vaxdı azərbaycannılarnan ermənilər or­da qarışıx yaşıyıflar. Muradəli kişi deyirdi ki, müsurmannar ha­mısı çıxdı, bizim aylə qaldı. Tək evli qalmışdıx ermənilərin içində. De­yir, bir səhər tezdən on-on iki dənə erməni gəldi, cavan oğlan­nar. Deyir, bir qızım idi, bir yoldaşım, iki oğlum, bir də mən. Ha­mımı­zın qolların bağladılar apardılar kəndin ortasına. Orda məni dik bağ­ladılar bir ağaca. İki oğlumun başın kəsdilər, yoldaşımnan da qızımı götdülər getdilər. Səhərdən, deyir, günorta saat ikiyə-üçə­cən o iki oğlum gözümün qabağında partdadı. Yayın, deyir, isdi günnə­ri idi. Allahdan oldu məni, deyir, öldürmədilər. Axşam oldu, apar­dılar saldılar bir dənə evə. İki dənə dığa qoydular qapıya əl­lərində beşatılan. Deyir, gejənin yarısı mənim yaxın dosdum bir erməni dığalardan icazə aldı qapını aşdı, gəldi mənim yanıma. Deyir, qollarım da bağlıdı arxadan, ayaxlarım da. Dedi, bilirsən səni səhər nə zulumnan öldürəjəhlər? Mən sənin qollarını açıram, elə belə qoyuram. Tərpədən kimi açılajax. Qapını da bağlamıyajam, açıx qoyajam. Bacarırsansa, çıx qaş burdan. Gejə saat üç olardı deyir, qollarım açıxdı, ayaxlarımı da aşdım. Deyir, gəldim baxdım ki, dığalar hərəsi bir tərəfdə söykənif yatıf. Deyir, birinin beşatı­lanın götürdüm, ikisin də öldürdüm, çəkildim o dağlara.


IV mətn

Qardaşım Nəsib kalxoz sədri idi, onnan əlaqədar bizim evə ermənilər gəlif gedirdi. Ermənilər gələndə atam onnarnan bir süf­rədə oturub çörək yeməzdi. Mütəkgəsini götürüb gedib kənarda dir­səklənib oturardı. Bir dəfə sual verdim ki, dədə, niyə çörək yemir­sən? Dedi, bala, düzdü, Nəsib deyir, ermənilər gəlib gedir, amma Nəsib buların daxilin bilmir. Bular çox məkirri millətdi. Biz buların hər cür üzünü görmüşük.



1918-də ermənilər gəlif o tərəfi zəbt eliyəndə atam deyirdi üç-dörd cavan deyif biz gedif erməninin qabağını kəsəjeyik, qoy­mu­ya­je­yik gəlsin biz tərəfdən keşsin. O vaxdı da ermənilər Molla­buran, Mah­rızdı, Xanlıx kəntlərindən gəlif belə çıxıflar. Bizim kəntdə Ey­vaz oluf, onnan başqa iki-üç oğlan gəliflər Mollaburanın qaba­ğına ki, burada ermənilərin qabağını kəsəjəhlər. Rəhmətdik atamın öz gözüy­nən gördüyü şeydi. Deyir, ermənilər həmin uşaqla­rı tikə-tikə doğra­mış­­dılar, meyitlərini düzəngah yerdə qoyuf get­miş­dilər. Kəntdəri yan­­dırmışdılar, ordan addıyıflar Mahrızdıya, or­dan da gediflər ayana.

O vaxdı ermənilər hücum eliyəndə Eyvazdını, Qədilini birinci yandırıf camahatda qorxu yaratmışdılar. Onda Qədili, Eyvazdı qaçıf gəlmişdi Qubatdıya. Doxsan ikinci ildə də erməni genə Qədi­lini, Eyvazdını işğal elədi, evləri yandırdılar. Həmin kəntdərin əha­lisi köşdü gəldi Qubatdıya. Bir il Qubatdıda qaldılar, doxsan üşdə biznən köşdülər. Eyni variant elə bil genə təkrarlandı.


V mətn

Əsrin əvvəlində Qubadlının digər kəndləri kimi Əliquluuşağı kəndi də ermənilər tərəfindən dağıdılıb, talan edilib, neçə-neçə öv­ladları şəhid olub. Azərbaycan gənclərini o zaman Nikolay dövləti əsgərliyə aparmırdı və əvəzinə hər aylədən 3 manat qızıl pul alırdı. Belə bir vəziyyətdə azərbaycanlıların əksəriyyəti silahdan istifadə etməyi bacarmırdı. 1919-cu ildə Andranik qoşunları ilə Azərbayca­na hücum etdi. Əvvəl Şuşaya yürüş etmək istədi. Onun bu niyyəti baş tutmadı, laçınlılar tərəfindən əzilib geri qaytarıldı.



Laçında güclü təzyiqə rast gələn Andranik erməniləri bir yerə top­layıb Əliquluuşağı, Davudlu, Eyvazlı və Novlu kəndləri istiqa­mə­tindən hücuma başladı. Bu kəndlərin içində ən çox Əliqulu­uşa­ğın­da yaşayan insanlar əziyyət çəkdi. Əliquluuşağı əhalisi üç gün kəndi tərk etməyib vuruşdular. Ancaq qüvvələr qeyri-bərabər idi, qalib gəlməyin mümkün olmadığını görüb əhali kəntdən çıxmaq qərarına gəldi.

Əvvəlcə ermənilərin digər kəndlərə girib-girmədiyini yoxla­maq məqsədi ilə Əmrah və Balaca bəy Göy qalaya gedirlər. Göy qaladan bizə yaxın olan kəndlərin əksəriyyəti görünür. Əmrah və Ba­laca bəy Göy qalaya çıxanda görürlər ki, ətraf kəndlərin heç bi­rin­də bir adam belə görünmür. Davudlu, Eyvazlı kəndlərində er­mənilər var. Davudlu kəndində olan ermənilər Əmrahgili görürlər və nişan alıb Əmrahı çiynindən vururlar. Əmrah yaralandığını gö­rüb Balaca bəyə deyir:

– Balaca, sən qaç, kəndə xəbər ver. Ətraf kəndlərin heç bi­rində adam yoxdu, kəndlər sahibsizdi, birdən Yazı aşağı ermə­nilər gəlib qız-gəlinləri, arvad-uşaqları girov götürərlər.

Balaca bəy Əmraha deyir:

– Mən səni tək qoyub gedə bilmərəm.

Beləliklə, Əmrahı ata mindirib kəndə gəlirlər, görülər kəndin adamları hələ də müqavimət göstərib kəndi tərk etmək istəmirlər. Balaca bəy üzünü camahata tutub deyir:

– Bütün ətraf kəndlərin əhalisi öz kəndlərini tərk ediblər. Biz vuruşmanı davam etdirməli və arvad-uşaq kənddən çıxıb aralanana kimi ermənilərin hücumlarının qarşısını almalıyıq.

Belə də etdilər. Arvad-uşaq kənddən çıxıb təhlükəsiz yerə çatana kimi atışmanı davam etdirdilər. Əlaçsız qalan kəndin kişiləri atışa-atışa kəndi, olan-qalanlarını qoyub çıxdılar. Kəndin adamları Qubadlıdan çıxana kimi kəndlərdə bir adam belə görmədilər. Kənd­dən çox gec çıxdıqları üçün qaranlıq düşənə kimi ancaq boş qalmış Xıdırlı kəndinə gəlib çatırlar, həmin gecə boş qalmış evlərdə gecə­lə­dilər və səhər açılan kimi yola düşüb bir neçə günə Cəbra­yılnan Qubatdının sərhədinə çatdılar. Cəbrayıl rayonunun adamları Əliqu­lu­uşağının camahatına öz həyətlərində yer verdilər. Bu ürək ağrıdan hadisə 1919-cu ilin soyuq qış günündə, yanvar ayının sonlarında olmuşdu. Əliquluuşağı kəndinin adamları kəndə bir də tut sovrul­hasovrulda qayıtmışdılar.

Əmrah aldığı yaradan Hovarlı kəndində dünyasını dəyişdi. Ondan başqa həmin münaqişə dövründə Əliquluuşağı kəndindən İbrahim və anası, zabuxludan Səlim, qarabaşlı tayfasında İsmayıl, Alıbəy tayfasından Alı və çobanlılar tayfasından Behbud şəhid olmuş­lar. Ermənilər kəndin bütün mal-dövlətini qarət edib apardıq­dan sonra bütün evləri yandırmışlar.

VERGİLİ ADAMLAR HAQQINDA
I mətn

Qurban olduqlarımız Sonaya vergi vermişdilər. Qurban ol­duq­­larımız hər axşam gəlirmiş, oyadırmış, deyirmiş, dur otur. Bı da ye­tim uşaqmış, qız uşağıymış. Oyadırmış, bir istəkan çay içirmiş. Ya­rısın özü içirmiş, yarısın da ona verirmiş, konfet də verirmiş. Bu ver­giymiş dana. Kəndirbazdığı, pəhləvan­nığı Sonuya örgədirmiş. Sona da gejələr evlərində kəndirbazdıx eliyir, görüm eliyə bilir, ya yox. Bı işdərin hamısı gejələr olurmuş, gejələr gəlirmiş. Gözə gö­rünməzlər bir gejə də gəlib Sonaya deyir ki, mən sənə pəhlivannıx da vermi­şəm. Daş var, gedəh o daşı aşır. Sona deyir ki, mən qız uşa­ğıyam, mənim güjüm var ki? Əlini daşa belə eləyən kimi daş aşır, yuma­lana-yumalana gedir. Qurban oldux­la­rı­mın güjü ilə dana. Ondan çöpçıxaran, ilan tutan, ilan ovsunnayan oldu. O olan yerdə ilanı öl­dürmək olmazdı. Bir dəfə də gözəgörün­məz qüvvə gejə quş donunda gəlib yuxuda Sonaya deyif ki, dur ayağa, geyin, səni apa­rıram Misir şəhərinə. Quş kimi uçub, Misir şəhərinə aparır. Şəhəri gös­tərib Sonanı gejə qaytarıb gətirir. Özü də Sonanın yerini açır­mış, deyirmiş ki, yat. Bax, Allaha and olsun, Sona vergini götür­mür­müş. Götürmə­yəndə də bir şillə vırıb bına. Üç il, dörd il yatıf. Qurban olduğum deyif ki, götürməlisən. Hamı ona inanırdı, onun aya­ğına gedirdi. Amma Sona vergini götürənə qədər heç kimə de­məyif ki, mənə vergi verillər. Çünki qurban olduxlarım Sonaya yu­xuda de­yiflər ki, vergini qəbul eliyənnən sora vergili olduğunu deyərsən.
II mətn

Mənim anam özü nağıl eliyirdi ki, yatmışdım. Yuxuda gördüm ki, iki künbəzin arasındayam. Deyir, gördüm ki, bir ağacı künbəzin bı tərəfindən, birini də o tərəfindən basdırdılar. Sora ora ip bağladılar. Tutdular əlimdən ki, sən dur bının üsdünnən yeri. Deyir, dedim ki, mən onun üsdünnən yeriyə bilmərəm axı. Şilləy­nən məni vırdılar ki, yeriyəssən. Nəysə, anam yerimir ordan. Bəlkə də yerisəydi, kəndirbaz olardı. Götürmüyf da. Anam deyir ki, bı səfər mis qabda buğdanı qoydular. Bı səfər bir uşağı mənim qucağıma verdilər ki, bəs bu uşağın boğazında buğda qalıf, buğdanı çıxart. Deyir, dedim ki, nətər çıxardım? Dedilər ki, üfür, əlinnən əllə. Anam genə deyif ki, yox, bacarmaram. Onnan sora anamı vergini götür­mə­diyinə görə vırıflar. Anam neçə il xəstə qaldı. Ona əzap verdilər. Həmməşə də canı ağrıyardı. Anama vergini gəlin xeylağı olanda verirmişlər.
III mətn

Şəkil qabaxca Mirsədi ağanın qulluxçusu oluf. Mirsədi ağa rəhmətə gedən vaxdı bu ağlıyıf. Deyif, bala, niyə ağlıyırsan? Deyir ağa, sən gedirsən, mən neyniyəjəm? Deyif ki, get, sənin payını o kişi verəjək. Ona bir dənə şamaxı vermişdi, bir dənə də çəlik ver­mişdi. Demişdi, get gözdərinə torpax töküləni bu şamaxıynan çı­xart, boğazında sümük qalanı sığa çıxart. Onnan sora o çöpçülük eləməyə başlayır.

Bir gün mən bunun yanına bir xəsdə aparmışdım. Mən buna zarafat elədim ki, içəridəki kimdi? Bərk güldü. Dedi, zarafatımız öz yerində, amma gir içəri, bileysən ki, mən bu gejə kimnən yatmı­şam. Taxtadan qayrılmış taxt qıravatın üsdündə yeri varmış. Durdu gəldi əl-üzün yudu. Pərdəni atdı yerə, dedi, ay məlun, gəl. Allahın adına and olsun, bir dənə boz ilan gəldi, pərdənin altınnan çıxdı. Fısıldı­yanda dedi ki, fısıldama, evdə yad adam var. Kənar yerdə cızıx çəkdi, dedi gir o cızığın içinə. Dedim ki, Şəkil, bu nədi? Dedi günüz­dən nəyəsə hirsdənif ağız atıf daşa, daş girifdi bunun ağzına, çıxarda bilmir. İndi ağzı aralı qalıf. Cızığı çəkdi. Dedi, gəl gir bura, tərbiyəsiz. Çox fərri iş görmüsən, hələ bir diş çıxardırsan. Dedi, ayağı dağıtma ha, dağıtsan səni qurudajam. İlan gəldi yalmana-yalmana çıxdı bunun dizinin üsdündə oturdu. Naqqaşı saldı ağzına daşı çıxartdı. Ağzına üfürdü, dedi çıx get, bu günnən sora heş bir şeyə ziyannığ eliyif gəlmə.
IV mətn

Hüsü maa həmişə lağ eliyirdi. Deyirdi, sən hardan oldun, ə, sınıxçı. Dedim, ə Hüsü, lağ eləmə, mən adicə insanam, intaası maa nə isə o təklifi eliyən kişi oldu da. İndi mən bu işə baxıram, sənə ziyan vurmuram ki. Dedi, saa inanmıram. Dedim, sağlığ olsun, Allah eləsin gəl ojağıma. Mənim də bağım çox yekə idi. Bağın girəcə­yində bir armud ağacı varıdı. Bir gün gəldim ki, biri uzanıf burda, üsdünə bir ədyal atıflar, zarıldıyır. – “A bu kimdi?” Dedilər Hüsüdü? – “Noluf?” Dedilər, ayağı sınıf. Dedim, bay Allah saa şükür. Hüsü də eşidir. Dedi, Mamay, niyə şükür? Dedim, ilahiyə bir də şükür, iki də şükür, üç də şükür. Ona görə ki, maa lağ eliyirdin. İndi gəldin ojağıma. Sənə elə bir divan qoyajam yeriyə bilmiyəs­sən. Onun da, sənin də canın haqqı, onun nə sümüyün yığmadın, nə düzəliş vermədim, yalannan sarıx vurdum, dedim get. Axı gərək sı­nıxları yığasan, nizamlıyasan sora sarıyasan. Gejə səhərə qədər yatmır. Gejə yuxuda gördüm ağsakqal bir kişidi, gəldi məni oyatdı yuxudan, dedi, dur. Dedi, filankəsə niyə heylə baxmısan, bu gejə səhərəcən uluyuf? Dedim, zarafatımız vardı. Dedi, saa da mən zarafat eliyirəm. Ağzıma bir şapalax vurdu. Baxdım ki, gözüm belə baxır, ağzım belə baxır. Ağzım əyilif. Getdim dilənçinin ojağında yatdım. Gördüm həmin kişi bir də gəldi. Dedi, toba əstafurla elə. Səhər gəldim Hüsünü çağırdım, onnan üzr isdədim. Dedim ki, sənin üsdündə mən bu işə düşdüm, Allah səə nəhlət eləsin.



ETNOQRAFİK MДTNLДR
NOVRUZ ADƏTLƏRİ
I mətn

Yeniyetmə qızdar ilaxır çərşənbədə xəlvəti kömbə yoğurar­dılar, balaca uşağa verərdik ki, apar bunu tonqalın közünün altında basdır. Bizi də qıraxdan isdəyən çox idi. Anam deyirdi, yox, mənim qızdarım əzəli körpədilər, özü də mən qərib olmuşam, qızdarımı qırax yerə vermərəm. Elimi ürküdüb öz axsağıma verəjəm. Ona görə də heş kəsə bizi vermirdi. Belə bayram olanda qardaşım arvadı bizə dedi, aparın kömbə basdırın. Biz də bajımnan xamır yoğurdux, kömbə qayırdıx, özümüzdən balaja qardaşımız uşağına verdik ki, apar bunu basdır çərşənbə ojağının külünə. Sabah ertə biz gedif onu gəzməli idik. Hansı birimiz onu tez tapsa, onun baxdı tez açılardı. Tezdənnən durdux getdik. Çöpü götdük, eşəliyəndə kömbə mənim əlimə gəldi. Mən götdüm bunu gizlədim. Gətirif qardaşım arvadına verdim. Bular dedi Narış qabaxca getdi, Minaya (bacısı – top.) evdə qaldı. Həqiqətən də heylə oldu. Mən bir il Minayadan qabax getdim.


II mətn

Çərşənbənin biri buza düşür, buz sınır. Biri oda düşür oddan çəkilirsən geri. Axır çərşənbədə ağaca ruxsat verilir, ağac başdıyır yar­paq­lamağa. Axır çərşənbədə kim evində yatmasa, onun işi düz gəl­məz. Gərəh axır çərşənbədə öz məhləndə olasan, yoxsa gələn il genə perik düşərsən. Həmin gün Cənab Əli qırmızı geyif taxta çı­xıf. Onun şə­rəfinə Nooruz bayramına on gün qalmış hər qapıya qır­mızı bağlanırdı.

Dayım deyif, gəlin gedək yumurtanı boyayax qoyax suyun qırağına heş kəs bilməsin. Gediflər yumurtanın yanına qara, bir də qırmızı cöhər qoyuflar. Biri Qasım oluf, biri Əşrəfin qardaşı Mika­yıl, biri də Məcid dayım oluf. Sabaha yaxın tez qaçıflar ki, görək nə yazılıf. Gediflər ki, dayımınki qırmızı cöhərnən yazılıf, Qasımnan Mikayılınkı qaraynan yazılıf. İkisi də gülləynən öldü.

İlin axır çərşənbəsində sabah tezdən bulax başına gedərdih. Gedə bilməyən adamın köynəyin aparardıx, onun əvəzinnən də suyun üsdünnən tullanardıx, deyərdih ağırrığı, uğurruğu, diş ağrısı, baş ağrısı – hamısı tökülsün qalsın bu suyun üsdündə. Bulaxdan daş gətirirdik. Hər küncə birin atırdıx, birin də nehrəmizə qoyurdux ki, bərəkətdi olsun. Bulaxdan su gətirirdik, ojağın ətrafına o suyu tö­kür­dük. Evdəki bütün suları boşaldıb təzə sudan tökərdik, həmin sudan çay dəmliyərdik, malın üsdünə də səpərdik.

Axır çərşənbədə söyüd üş dəfə başın qoyur yerə, sora qalxızır. Onda səhərə qədər kim yatmıyıf o söyüdün budağını tutsa, nə niyyət tutufsa, hasil olmalıdı.

İlin axır gejəsi cibi boş qoymazdar, cibdə az da olsa, pul sax­lanmalıdı. Onda gələn il də cibin dolu olar.


III mətn

Axır çərşənbədə çaydan daş götürərdik, birinə döölət daşı deyirdik, birinə ruzu daşı, yaz gəlir yaxşı günnər üçün. Yeddi daş sanıyıb atırdıx sənəyimizə. Daş sənəyin içində qalardı, bir aydan-iki aydan sonra yaxalanıb atılardı.


IV mətn

Axır çərşənbədə kim birinci sudan doldursa, onun baxdı açılır. Ona görə bütün qızdar çalışırdı ki, hamıdan erkən gedif su doldursun.

Birimiz olurdu paccah, başına yaylıq atırdıx, vəzir-vəkili də böyründə oturardı. O əmr verirdi, biz onnan hərəkət eliyirdik. Hey­lə gecəyarıyadək oynuyurdux. Kim yatsa, paltarınnan palaza, gə­vəyə tikirdik. Oğlannar ayrı, qızdar ayrı padşah qururdu. Oğlannarı içə­ri­mizə qoymurdux, amma görürdün hansısa oğlan qadın paltarı geyi­nif içərimizə gəlif. Yığdığımız ayın-oyunnan yemək bişirirdik, qa­la­nını isə paccah aramızda bölürdü. Paccah desə ki, axşamadək dur, durasıdı, döy, döyəsidi. Kimsə sözünə baxmır, əmrinə tabe ol­mur­dusa, onu cəzalandırırdı.


V mətn

Hər məhlənin öz padşahı olurdu, böyründə vəzir-vəkil, qoçu­su olardı. Padşah əyninə arxalıx, üsdünnən çuxa geyər, oturardı stolda. Başına da papax qoyardı. O biri məhlələrdən adam tutuf gətirirdilər ki, padşah səni çağırır. Padşah deyir, sən kimdən icazə alıb mənim mahalıma gəlmisən? O da deyirdi, gəzə-gəzə gəldim çıxdım bura. Padşah deyir, beş maat cərmə verəssən. Çıxarıf verirdi, vəkil də qeyd eliyirdi dəftərə. Deyirdi, kimnən gəlmisən? Deyirdi, keçəlnən, kosaynan. Padşah deyirdi, bir cərməniz də var. Havanızı deyin, burda oynuyassınız. Zurnaçılara əmr eliyirdi, bu­ların havasını çalırdı, oynuyurdular. Axırda keçəlnən kosa deyirdi, şah, yoruldux, xayiş eliyirik, icazə verəsiniz gedək. Amma gərək keçəlin də payın verəsiniz.


VI mətn

Oğlannardan biri qız paltarı geyinir, biri də bəydi guya bığ çəkif başına papax qoyuf. Yannarında tütək çalan olurdu da, qapı-qapı gəzəndə bu çalırdı, olar başdıyırdılar oynamağa. Oynuyur­dular, oynuyurdular, birdən dururdular, deyirdilər bizim payımızı gətirin. Deyirdilər, yox, yaxşı oynamamısız. Bir də təzdən bular qol götü­rürdülər, oynayırdılar. Çərşənbə günü qovurğa qovururdux, içinə tut qurusu, yumru şirnilər qatırdıx. Torbaların gətirirdilər payların verir­dih. Deyirdilər, yox, bu azdı, pul da verin. Pul da alırdılar, genə oynuya-oynuya gedirdilər. Bayramın öz günü qızdar qapı pusur­du, ayrıca məclisləri olurdu.

Kosanın əyninə arxalıx geydirirdilər, başına şiş papax qoyur­dular. Bir adam da buların it qoruyanı olurdu. Axı kənd yerində it çox olurdu. O da buların yığdığına şərik olurdu.

Səsə qoyurdux, kim qazanırdısa, onu geyindirif oturdurdux padşah stolunda. Padşah qırmızı xələt geyinirdi, başına da kar­don­nan düzəldilmiş bəzəkli papax qoyurdu. O ev olmurdu, pay gön­dər­məsin. Əyilmiyənnəri, əmrə tabe olmuyannarı gətirirdik dizi üsdə oturdurdux, cəza verirdik. Mənim uşaxlarım qadın paltarı geyinirdi, üzlərin yaşmaxnan örtürdülər, gedirdilər qızdarın məclisinə. Qızdar da oğlan paltarı geyinif oğlannarın məclisinə gəlirdi. Kimin şəraiti yaxşı idisə, padşah onun evində otururdu. Padşah göz gəzdirirdi, baxırdı ki, Mahmud gəlmiyif. Əmr eliyirdi Mahmudu tapın gətirin. Gedirdilər qolunnan tutuf gətirirdilər. O da baş əyirdi, təzim eliyirdi. Padşah ona cərimə kəsirdi ki, bu qədər aş gətirəssən, kişmiş, xurma gətirəjəhsən.


VII mətn

Bala, mən atmışıncı illərə qədər biz tərəfdə – kəndimizdə, oba­mızda keçirilən bəzi Nooruz adətlərinnən danışejem. O vaxtı mən uşaxdım. İndi atmış beş yaşım var. Uşaxlıxda gördüyüm adət­dərdi.

Axır çərşənbəynən bağlı keçirilən Novruz adətlərinnən biri də Şah bəzəməhdi. Həmən vaxtı qəşəh hamı toy, təzə libasını geyinir, yığışıllar kəndin aralığına – yanı ortasına. Orda şah seçərdilər. Bu bəy də özünə bir nəfər icraçı seçərdi. O icraçının əlində çox bəzəhli, qəşəh bir alət – çubux olardı. Bəy də gözəl geyinərdi. Onu bəzəhli bir taxtda oturdardılar. O bəy məclisi idarə eliyirdi. İcraçı bəyin dediyini yerinə yetirirdi. Bəy istədiyi adamı icraçının vasitə­siy­nən cərimə eliyirdi. Cərimə də belə olurdu. Məsələn, filankəsi oynamaxla, birini oxumaxla, digərini yeməli şeynən, quzuynan cərimə eliyərdi. Çox maraxlı keçirilirdi. Bı məclis belə şənlənə-şənlənə keçirdi. İnanırsan, hamı Nooruz bayramını səbirsizliklə gözləyirdi ki, Şah bəzəmə adətini keçirsin.

Şah da geyinif-keçinif taxtda oturanda qabağında onun taxta­dan düzəldilmiş fiqur olurdu. Həmən o fiqurda da bayramın ən çox yeməli şeyləri – qoz, fındıx, alma, müxtəlif meyvələr, nabat, noğul – hər şey olardı. Həmən bayramda əsasən, kənd camahatı iştirak eliyirdi, yəni kənd özü üçün keçirirdi. Özü də, bala, onu da deyim ki, şah nəinki kişidən, hətta arvatdardan da olurdu. Axırı da deyə-gülə sevinclə qutarırdı.

Axır çərşənbəylə bağlı, bala, deyim nə olurdu. Bax, bizim Qara­callı kəndində çox hündür qoz-cəviz ağaşdarı olurdu. Keçi qəzilinnən sicim toxunurdu. Hər biri iyirmi metr uzunluğunda. Onun ikisini uc-uca bağlıyırdılar. İki qat asırdılar ən hündür qanat­dan. İki nəfər qız üz-üzə oturuf ayaxlarını da bir-birinin kəndir­lərinə keçirirdilər. Bir nəfər də qadın onnarı yellədirdi. Həmən qadın da çox güjdü olmalıydı. Həmən qadın yelləncəyi yellədə-yellədə müxtəlif nəğmələr oxuyurdu. Həmən o yelləncəhdə də bir yaşdı qadın onu müşayiət edirdi. Müxtəlif nəğmələri örgədirdi. Özü də hamı nööbəsini gözləməli idi. Bax, həmən o yelləncəh mərasi­mində mənim özümə nə qədər nəğmələr öyrədiflər. Yadım­dadı ki, mənim növbəmə Məstan addı arvad düşmüşdü. O qədər növbələr olurdu ki, hər kəs də növbəsini gözdüyürdü.

Qızım, bu yelləncəh mərasimini nə vaxt gəldi keçirməh ol­mazdı. Bu adət ancax Nooruz bayramının adəti idi. Bu da ildə bir dəfə keçirilərdi. Bu yelləncəh mərasimində, yəni yelləncəhdə kən­din bütün adamları, uşaxlı-böyühlü, qadınnı-kişili yellən­mə­liy­di. Yaşınnan asılı olmuyarax hamı iştirak eliyirdi.

Yelləncəhdə üz-üzə iki adam oturmalıydı. Həmən adamların çəkisi eyni olmalıydı. Biri ağır, biri yüngül yox. Çəkiləri eyni olmalıydı ki, yelləncəh yellənsin. Adamlar elə-belə yellənmək üçün yellənmirdilər ki.

Yelləncəh adətinin bir növü də “Yellənni” idi. “Yellənni”də iki nəfər olurdu, özü də ayax üstə. Burda sijimin bir tərəfini açır­dılar. Həmən adam ayağının birini sijimin üstünə qoyurdu, o biri qıçı isə açıx qalırdı. Açıx qalan ayax o birisinə hərəkət verirdi. Yellənni daha çətin idi. Ona göra ki, bını heş kim yellətmirdi. Özü-özünü yellədirdi. Bu da həmən adamnan məharət tələb eliyirdi. Yellənən adam o vaxt qalib olardı ki, yelləndihcə ağacın başına qədər qalxmalıydı. Bu işin öhdəsinnən hər kim gəlirdisə, o da kəntdə, obada güclü adam kimi tanınırdı. Yenə də bırda kişiyə-qadına fərq qoyulmurdu. Kim qalib gəldisə, qəhrəman o idi. Yanı, bırda artıx kimin güclü olmasını sınıyırdılar.

Yelləncəh əhvalatı qutarannan sora hamı gedirdi evə. Əvvəl­cə­dən məsləhət eliyirdih ki, axır çərşənbədə kəndin qızdarı filan yerə yığışsınnar. Qızdar arasında yeməh bişirmə adəti keçirilirdi. Bu nə idi?

Qızdar yığışıf bir yerdə məsləhət eliyirdilər, məsələn, bu il yeməh bişirmə Zəminəgildə olacax. Bırda da qızdarın əl qabiliyyəti üzə çıxarılırdı. Özü də aş bişirərdilər. Aşa nə lazımsa, hərəsini bir qız gətirərdi. Qızdardan biri aşı bişirərdi. Aş qəşəh çıxdısa, yanı qəşəh bişdisə, il boyu həmən qızın aşınnan danışılardı. Özü də bu adəti həm qocalardan eşitmişəm, həm də özüm görmüşəm. O vaxtı da böyüh qara damlar varıydı. Dokquz dirəhli qara damlar. Nənələ­ri­miz deyirdi ki, həmin yeməh bişirmə adətini o dokquz dirəhli qara damlarda keçirərdik. Sora elə otax şəraitində keçirilirdi. Bu adət ancax ilaxır çərşənbədə keçirilirdi. Bırda həm də qızdarın gələ­cəh­də necə gəlin olacağına, qaynana, qaynata qulluğunda duraca­ğına da işarə edilirdi. Həm də səhərə qədər yatmazdıx. Kim tez yatdısa, onu zəyif hesab eliyərdih. Nə bişirirdisə, onnan hərə evinə pay aparardı. İçimizdə yaşdı adam, ərə getmişdər, gəlinnər olmazdı.

Bala, bizim yerlərdə bahar tez gələrdi. Ona görə, biz həmişə Nooruz bayramında çöl göyərtisi gətirif qoyurdux süfrüyə. Onu da deyim ki, bala, çöl göyərtisinin yığılması da bir adət-ənənə kimi keçirilirdi.



Axır çərşənbədən qabaxkı günü kəndin nə kimi ayaxtutanı var­dısa, həmin gün ellihnən Qara Kaha deyilən yer varıydı, hamı ora çöl göyərtisi yığmağa gedirdi. Yazın o gözəl yeyilən otdarını yığıb gəti­rərdih. Özü də bilirsən, nətəər yığardıx? Hərə üsdünə bir ətək tutardı, döşdüh, kürəyimizə də bir şal bağlıyırdıx. Yığırdıx, bir əz ətəyimiz ağırraşırdı, qoyurdux o şalın içinə, bağlıyırdıx kürə­yimizə. Bir də ətəyimizə yığa-yığa təkrar eliyirdih. Görürdün o ko­lun dibinnən biri oxuyur, bu kolun dibinnən biri oxuyur. El bayramı keçirilirdi elə bil. Bənövşə, cincilim, yemlik, quzuqulağı, keşniş yığardıx. O vaxtı on­nar çıxardı. Bax, adın çəhdiyim bu göyərtilər var ha, onnar mütləq Noo­ruz süfrəsində olmalıydı. Olma­saydı, de­yər­dilər ki, il bərəkətsiz olar. Özü də adət halını almışdı. Bilirdilər ki, filankəsin qızdarı həm­məşə qəşəh göy yığan olur. Ona görə də görürdün ki, bayram gü­nün­də bir-bir süfrələri gəzərdilər Nooruz gö­yü üçün. Göylərin hamısını yeyif sora gedirdilər. Özü də bizim kəntdə Hajı məəllim varıydı, belə şeyləri o, çox sevirdi. Belə şeylərlə bizi o həvəsləndirirdi.

Nooruz adətlərinin biri də bayramlaşmaydı. Düzdü, indi də var bayramlaşma, ama o vaxtkı bayramlaşma başqa cür idi. Özü də bayramlaşma ellihnən keçirilirdi. Ellihnən yığışırdılar bir yerə, deyirdilər ki, məsələn, filankəsin qardaşı yoxdu, filankəs aylə qur­mu­yuf tənha yaşıyır, filankəsin oğlu müharibədən qayıtmıyıf, ya­xud filankəs elin ağsakqalı, ağbirçəyidi və s. Birinci bınnarı ellih­nən təbrik eliyirdilər. Bayramlıx, kənd payı aparırdılar. Kənd payı da nələr olardı? Məsələn, təzə yağ – nehrə yağı, bir boşqab şor, o vaxtı əyirdəh32 bişirirdih, onnan götürürdülər, bişirilən aşdan bir qab götürülərdi. Həmən adamları birinci təbrik eliyərdilər.



İkinci növbədə isə, bütün qohumlar, qonşular bayramlaşardı. Belə bir deyim var ki, deyirdilər ki, kimin əli açıxdısa, ora həm gəlir, həm də gedir. Əlini açıx qoy ki, həmi gələn ora tökülsün, həmi əlin­nən də kiməsə pay getsin, alqış gəlsin saa.

Onu da deyim ki, qızım, nə qədə Sovet hakimiyyəti bı bay­ramı qadağan etsə də, nə yolla olur-olsun genə də keçirilirdi.

Nooruzda keçirilən adətlərdən biri də at çapma adəti idi. Bu nətəər olurdu? Bir il müddətində, yanı bı Nooruzdan gələn Nooruza qədər kimin atı vardısa, onu bəsləyirdilər. Nooruz bayramında at çapma günü dəqiqləşirdi. Həmin gün aralıx deyilən yer vardı – kəndin aralığı. Ora yığışırdılar, orda seçilirdilər. Qala dərəsi deyilən yer varıdı. Həmən ordan başlanğıc götürürdülər. Çapırdılar o biri kəndin görsənən yerinə qədər. Birinci çatan dəqiqləşirdi. Kim qalib gəlirdisə, camahat ona ənam verirdi. Həmən adama iyid kimi baxı­lırdı, seçilirdi, hörmət edilirdi, sayılırdı.


Yüklə 8,77 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin