131. QAÇAQ SƏFO
I mətn
Qaçax Səfo Qazaxdan gəlif, keçif Sisyana. Minkənd kəndi İşıqlı dağının ətəyində yerləşir. Orda çox kəntdərdən insan yaşadığına görə onun adı Minkənd oluf. Orda bunun qohumları varmış. Çöldə çobannan-çoluxdan heyvan itəliyif aparanda birdən bilmiyif öz qohumlarınkın da aparırmış. Onda Qaçax Səfo deyir ki, biznən qohumluğu çatan çobannar qoyunun ağ dərisinnən papax düzəldif başına qoysun ki, biz gələndə bilək ki, bizim adamlərdi, onnara itələmiyəh. Nəhayət, bir dəfə gəlif aparır, iki dəfə gəlif aparır. Minkənd kəndinin də bizim tirəynən qohumluğu varmış. Ağbulaxlı Məhərrəm getmişmiş qohumlarının evinə. Bu burda olan vaxdı hay düşür ki, Sənəm addı nişannı qızı Qaçax Səfo aparıf. Qohum-əqraba bir-birinə dəyir. Deyillər, dalına düşək, gedif öldürmək lazımdı. Məhərrəm də deyir ki, mən də gedirəm. Bu da öz silahın götürür, bulara qoşulur gedir. Gedillər ki, Qaçax Səfonu öldürələr. Pəriçınılı böyük çınıldı. Bircə yol var. Qaçax Səfo qızı götürür gedir, da ağlına gətirmir ki, bunun arxasına düşən olar. Sərbəst, öz xoduna gedir, bunnar da gəlir Pəriçınılında bunun qabağını kəsillər. Qaçax Səfo qavaxca, dəsdə dalınca. Mənəm-mənəm deyənnərin heç biri cürət eliyif buna güllə atmır. Bizdən gedən Ağbulaxlı Məhərrəm deyir ki, belə dur, mən atım. Gülləni atır, güllə Səfoya dəyən kimi Səfo atdan yıxılır. Orda atışma başdıyır. Elə bilillər Səfonu vurdular. Atışma səngiyir, amma qızı ala bilmillər. Səfonu yaralı gətirib çıxaranda orda yaxşı ara həkimləri varmış, yarıf gülləni çıxarıllar. Sinədən güllə dəyif gedif kürəyində durmuşmuş. Deyir, o gülləni verin baxım. Gülləyə baxanda deyir:
– Bu Ağbulaxlı Məhərrəmin gülləsidi. Onu qoyun başımın altına, ola bilər ölmərəm, bu gülləynən Məhərrəmin özün mən öldürərəm.
Elə olur ki, bunu müalicə eliyillər, bu yaradan bu sağalır. Bizdə qışdax çay deyilən yer var. Bilirmiş ki, bura Məhərrəmin biçənəyidi. Gəlif gedəndə baxır ki, Məhərrəm ot biçir. O vaxdı da otu yığırmışdər ağacə ki, heyvan yeməsin. Bir dəfə Səfonun yolu ordan düşəndə baxır ki, Məhərrəm ağacın başında otun yerin düzəldir. Elə bu ağacın başında olanda atnan gəlir ağacın altın kəsir.
– Salaməlöyküm.
Deyir:
– Əlöykümət salam.
Gülləni çıxardır, deyir:
– Məhərrəm, bu kimin gülləsidi?
Deyir:
– Mənim.
Deyir:
– Məhərrəm, sənin mənnən nə düşmənçiliyin variydi ki, sən atıf məni öldürürdün?
Deyir:
– Səfo, bir dəfə filan vaxdı nəkqədər heyvanı apardın, ikinci dəfə apardın bəs eləmədi, üç dəfə apardın bəs eləmədi. Dördüncü dəfə də gəldin nişannı qızı apardın, onnan artıx neyləməli idin. Ona görə də səni vurdum.
Deyir:
İndi Məhərrəm, kəlmeyi-şəhadəti oxu.
Deyir:
Səfo, mən ağacın başındayam. Ya mən, ya bir qarğə, fərqi yoxdu. Məni bir arvad da atıf vura bilər. İxtiyar sahibisən, neynirsən elə.
Atmır, çıxıf gedir.
II mətn
Cermuğun adı Səfolu İsdisuyudu. Həməm Qaçax Səfo iki arvatdı oluf. Onun arvadının biri bizim kəntdən oluf, biri Səfolu İsdisuyunnan. Bir günnəri bu atdanır gəlir bizim kəndə, tacir Qurban deyilən kişinin yanına. Qabax parçaya kəsik-küsük deyirmişdər. Gəlir deyir ki, Qurban! Deyir, nədi? Deyir, gəlmişəm mənnən gedək Qaladan bir az kəsik-küsük alax. Mənnən gedərsən, getməzsən? Deyir, o nə deməkdi, gedək. Onda da maşın yox, bunnar atdanıllar gəlillər Qalaya. Bu parça alır. Satıcı şotkaya çəkir filan bir belə, filan bir belə, filan bir belə. Qurban da qıraxdan baxırmış. Onda da iyirmi köpüyə bir inək alırmışdar. Nəysə, satıcı iyirmi qəpik vurur. Səfonun başı çıxmır ki, mənim iyirmi qəpiyimi vurdu. Qurban deyir ki, düz hesabla. Bu genə də şotkaya çəkir, genə də iyirmi qəpiy vurur. Qurban deyir, sənə bir də deyirəm, düz hesabla. Nəysə, görür düz hesablamır, özü şotkanı götürür hesaflıyır, düz çıxannan sora Səfo çıxarıf pulu verir. Yükün tutur gejə yola düşüllər ki, sərinnikdə gəlif çıxsınnar. Yolda Sarıbaba deyilən yerdə qaçaxlar bunnarın qabağın kəsillər. Qaçax Səfo deyir ki, axı siz kimsiz? Deyir, Qaçax Səfonun dəsdəsidi, sizə deyirik düşün atdan. Səfo Qurbana deyir, indi gör Qaçax Səfo mənəm, yoxsa bular. Bu hərrənir nətər buları bürür-bükür hamısın tutur gətirir Qurbanın yanına. Deyir, mənə düzün deyin görüm Qaçax Səfo hansınızdı? Buların dili batır axı. Deyir, Qaçax Səfo mənəm, sizi buraxıram gedin, amma Qaçax Səfonun adınnan istifadə eləmiyin. Qayıdır deyir, Qurban. Deyir, nədi? Deyir, Qurban, dərədə Səfo, Qalada Qurban.
Dostları ilə paylaş: |