Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,32 Mb.
səhifə117/197
tarix01.01.2022
ölçüsü2,32 Mb.
#103325
1   ...   113   114   115   116   117   118   119   120   ...   197
26. AC QARNI DOYUZDURMAĞIN SAVABI
I mətn

Bir kişi haja getməyə hazırraşırdı. Bunun bir balaca uşağı var idi, keşdi belə qonşuya. Qonşu o qədər kasıb idi ki, səhər-səhər arvad duruf kişini itəliyif salmışdı çölə. Demişdi ki, get, uşax qal­xajax, ajdı, yeməyə bir şey yoxdu. Bu da getdi hərrəndi, bir ölü to­yux tapdı gətir­di. Arvad bunu təmizdədi, doldurdu qazana, ağzını örtdü. İndi toyux qaynıyır. Bu qonşunun – haja gedən kişinin bala­ca uşağı da gəldi çıxdı bura. İndi bu qonşular ha gözdədi, uşax gəl­mədi. Bunun anası durdu gəldi uşağın dalıncan ki, görüm bu uşax hara gedif. Gəldi ki, bu, qonşusugildədi. Bura gələndə uşaxlar da hamısı qalxmışdı. Tez-tez deyirdilər: – “Ay ana, bizə yemək ver, ay ana, bizə yemək ver”. Anası da: – “A bala, yaxşı dana, a bala, yaxşı dana,” – buları yubadırdı.

Qonşu arvad gələndə bu qadın dedi ki, bajı, sən Allah, sən uşağı apar, qazanın ağzını açım bu uşaxlara yemək verim. Bu söz bu qadına o qədər ağır gəldi ki, dedi:

– Ay qadın, mənim varımı el-oba yeyir, bir tikəni yeyəjəhsə, sən nə cür elə söz danışırsan!

Dedi:


– Fikrini dəyişmə, vəziyyət belədi. Sənin aylən təmiz adamdı, haja gedir. Mən sənin uşağını niyə mundarrıyım. Mundar olmuş toyux ətidi ordakı. Mən sənin uşağına onu nə cür verim? Bu mə­nada mən deyirəm, yoxsa qıymamazdıx mənasında demirəm.

Arvad ağıllı arvad idi. Bərk təsir elədi buna, gəldi ərinin yanı­na. Dedi ki, əyə, bu nə məsələdi, de görüm sən hara gedirsən? Dedi ki, bilmirsən hara gedirəm?

Özü də nə vaxdı hazırrıx gedir. Ətraf kəntdərdən də gedən adamlar bunnarnan əlaqə saxlıyır ki, yığışax bir yerdə gedək. Olar da bilir ki, bu kəntdən filankəs gedir.

Deyir:


– Bəs, demişəm də, haja gedirəm, ziyarətə gedirəm. Sizə nə qədər xaşdığ lazımdı, hamısını qoymuşam.

Hətta belə bir qanun var ki, haja gedən şəxsin uşağı əgər bir yaşındadırsa, qoyuf gedirsə, onu on səkgiz yaşına qədər təmin eliyəjəh varı evdə varsa, gedə bilər. Ta yoxsa mənim bir atım var, onu minim düşüm yola ki, gedirəm haja ziyarətə, evdəkilər də aj qalsın, bu haj olmur. Nəysə, arvad deyir:

– Evini Allah yıxsın. Qonşu mundar olmuş toyux əti yeyir, sən də burdan haja gedirsən. Bəs orda sənnən soruşmuyajaxlar ki, nə işdər görürsən?

– Aaz, nə danışırsan?

Deyir:

– Vallah belədi.



Hadisəni buna danışanda deyir:

– Dur mənim nə qədər ehtiyatım var, hamısını apar olara ver.

Bular durur nə varsa yığır, yığışdırır, gətirir, da buların beş illik azuqasıdı. Verir bulara, qonşuya.

İndi haja gedən adamlar gəlir:

– Ə, filankəs, gedək.

Deyir:


– Mən gedəsi olmadım.

– Əyə, niyə gedəsi olmadın, gəl gedək.

Deyir:

– A qardaş, gedəsi olmadım da.

Bulara demir ki, vəziyyət belədi. Bular özdəri gedəsi olur. Gəlillər Məkkəni ziyarət vaxdı, deyilənə görə orda müşteyid oturan yer var, – mən getməmişəm, ağalar gedib, – ordan gəlib keçillər, o adam da deyir nəzarət eliyir. Bular gəlib belə keçəndə görüllər ə, müş­teyidin arxasında həmin adam duruf. Dikqətnən buna baxıllar. Bir-birini dümsüklüyüllər:

– Əyə, ə, ona bax ey, bizi nətər alladıf. Ona bax, gəlif çıxıf bura. Bu haraynan gəlif, nətər gəlif?

Bu müşteyid bulardan soruşur ku, nədi, niyə bir-birinizi dümsükləyirsiz. Deyir hal-qəziyyə belə-belə. Deyir:

– Bala, gedin orda onnan örgənin, görün o nə iş görüf. Onnan sora deyərəm sizə.

Bular gəlir kəndə. O devrdə qayıdan vaxdı kənd əhalisi hamısı çıxırdı hajıların qarşısına. Olar görür kü, ə, bu camaatın içində gənə həmən adam bunnarı qarşılıyır. Buna deyir:

– Ə, ayıf deyil sənnən ötrü. Ora gedirih orda qarşılıyırsan bizi, bura gəlirih burda qarşılıyırsan.

Deyir:

– Vallah, heş yerə getməmişəm.



Deyir:

– Bizə de görəh nə iş görmüsən?

Nə qədər eliyillərsə, deyir:

– Ə, mən nə iş görmüşəm, duram özümü beçələndirəm ki, filan işi görmüşəm?

Nəysə, uzun sözün gödəyi, bular bir də qayıdır o müşteyidə deyəndə, deyir:

– Eviniz tikilsin, o, orda qazanıf Məkkənin ziyarətini. O nə iş görübsə, örgənin siz də onnan görün.


II mətn

Bir dəsdə adam haja gedirdi. Haja gedən vaxdı çoban da qoyunun qırağında idi. Çoban belə baxdı, gördü bir dəsdə adam gəlir. Palını-paltarını da dəyişməmişdi. Bəlkə iyirmi gün idi paltarın dəyişməmişdi. Soruşdu ki, əyə, qardaş, hara gedirsiniz. Dedilər ki, haja gedirik. Dedi:

– Haj nədi?

Buna izah elədilər ki, Allah evidir, oranı ziyarətə gedirik. Bu da ağacı tulladı, dedi ki, mən də gedirəm.

Kəndə xəbər yayıldı ki, əyə, çoban çıxdı getdi haja. Bular gəldilər, o vaxdı samalyot yox idi, nə də avtobus. Piyada, atdı ge­dir­dilər. Çoban da piyada düşmüşdü yola. Gəlirdi bularnan. Gəl­di­lər bir kəndin qırağında gejəliyəsi oldular. O vaxdın söypətinə görə kənd eşidəndə ki, zəvvarrar gəlif kəndin qırağına düşüf, bular hamı­sı gedərdi hərə bir nəfər, iki nəfər o hajı dəvət eliyərdi ki, gəl evdə istirahət elə, çay iç, çörəh ye, orda yat, səhər də duruf gedərsən. Hamını dəvət elədilər, bu çobana elə bir şey qalmadı. Bir nəfər dedi ki, burda bir qadın var, ayləsi rəhmətə gedif, çoxlu da uşaxları qalıf. Onun evi boşdu, qoy ona da deyək, sən də get orda yat. Bu gəldi bu qadının evinə. Gördü altı-yeddi uşaxdı, hələ həddi-buluğa çatmıyan uşaxlardı. Arvadın da hələ qonax gəlməmişdən qabax qoyduğu qa­zan­dı, qazanın da ağzı bağlıdı, altına da xod verif. Uşaxlar da hər­dən-birdən deyillər: “Ana, tez bişəjəh, gej?” Çoban da buna fikir ve­rir. Axırı dözmədi, dedi ki, a bajı, sən maa de görüm o qazandakı nədi, bu uşağı niyə zarıdırsan. Aç ağzını nədisə ver, yesinnər.

Dedi:


– Qardaş, Allahdan gizdin döyül, sənnən nə gizdin. O qazan­da heş nə yoxdu. Daşdı qoymuşam, sudan tökmüşəm üsdünə, uşağı alladıram. Heş bir şeyimiz yoxdu uşağa verəm.

Çoban belə baxdı, baxdı, dedi:

– Bu ətrafda varrı adam yoxdu?

Dedi:


– Niyə yoxdu? Dey, odurana, bax o məhlənin yiyəsinin min dənə qoyunu var.

Çoban getdi əlini atdı bir dənə erkəyi aldı qoltuğuna, gətdi. Gətirən kimi başın kəsdi, dəridən çıxartdı, doldurdu qazana. Qaynatdı, uşağın hamısını qaldırdı. Uşaxlar döşədi, yedilər. İki-üş günnüh də buların azuqəsini yığdı verdi, dedi:

– Bajı, gedirəm, qayıdanda əlimə keşsə, genə də gətirərəm.

Rəvayətə görə, həmən çoban çarıxlı-patavalı cənnətə gedir.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin