Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Nail QURBANOV Filologiya üzrə fəlsəfə doktoru, dosent



Yüklə 1,88 Mb.
səhifə20/21
tarix17.11.2018
ölçüsü1,88 Mb.
#82731
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   21

Nail QURBANOV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutu “Dədə Qorqud”

şöbəsinin aparıcı elmi işçisi

Folklor həyatından



“ÖLKƏMİZDƏ MİLLİ VƏ DİNİ HƏMRƏYLİK” MÖVZUSUNDA

ELMİ-PRAKTİK KONFRANS

5 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Bi­lik Fondu, AMEA Folklor İnstitutu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilat­çılığı ilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Ölkəmiz­də milli və dini həmrəylik” möv­zusunda elmi-praktik konfrans keçirilib. Tədbir öncəsi iştirakçılar Mərkəzin qarşısında ucaldılan Ümum­­milli lider Heydər Əliyevin abidəsi önünə gül dəs­tələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əh­məd­zadə çı­­­­xış edərək, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsa­sən, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini, bununla əlaqədar Za­qatala ra­yo­nun­da da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bil­­dirilib ki, Za­qa­tala ra­yo­nunda qədimdən müxtəlif xalqların nümayən­dələri, ayrı-ayrı dini dəyər da­şı­yıcıları mehribanlıq, həmrəylik şəraitində yaşayıb və fəaliyyət gös­tərib­lər. Multi­kul­tural dəyərlə­rin, ənənələrin, İslam həmrəyliyinin qo­ru­nub sax­lan­dığı Zaqatalanın 127 min nəfərlik əha­lisinin 68 faizini azər­bay­can­lılar, 21,5 fai­zini avarlar, 10 faizini sa­xurlar, qalan­larını isə digər azsaylı xalq­­ların nümayən­dələri təşkil edir. Bu xalqların nü­mayəndələri Azər­baycanı hə­mişə öz doğma vətəni hesab edirlər.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, mul­­ti­kul­turalizm, tolerantlıq və İslam həmrəyliyi Azərbaycan xalqının mə­də­niy­yətin­də hə­mi­şə olub, bir-birinə və digər xalqlara mü­nasibətində əsrlər boyu davam edib. Bu gün Azər­­baycana gələn qonaqlar Zaqatala rayonunun timsalında mul­ti­kulturalizm və to­le­rant­lıq nümunələrini əyani şəkildə görürlər. Zaqatalada ya­şa­yan xalqların nüma­yən­dələri vahid bir dövləti, milləti təmsil edən və son də­rəcə bir-birinə bağlı olan in­san­­­lardır. On­la­rın bir yerdə yaratdıqları mədəniyyət çox zəngindir. Bu mədəniyyət mil­­li və dini ba­xım­dan müxtəlif olsa da, eyni za­manda, bütöv və ahəngdardır.

Konfransda həmçinin Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin mü­­diri, Azər­bay­can Respublika­sının əməkdar müəllimi Zümrüd Ağa­kişiyeva çı­­xış edərək bil­­dirmişdir ki, bu­gunkü tədbir mədə­niy­yətimizin, folklo­ru­muzun, ümumilikdə milli-mə­nəvi dəyərləri­mi­zin yaşadıl­ması və təb­liği baxımından çox əhəmiyyətlidir.

Zümrüd Ağa­kişiyeva öz çıxışında həmçinin AMEA Folklor İnstitutunun direk­to­ru, aka­demik Muxtar İmanova minnətdarlıq edərək bildirmişdir ki, onun rəhbərliyi ilə son illərdə bölgədə aparılan elmi araşdırmalar, folklor mətnlərinin top­lan­ma­sı və nəşr olun­ma­sı zaqata­la­lıları çox sevindirir. Və onlar bu işin bö­yük əhəmiyyət kəsb et­di­yini dərk edir və bu işi təqdir edirlər.

Zümrüd Ağa­kişiyeva həmçinin onu da qeyd etmişdir ki, əslində bu gün bu­rada daha bir əlamətdar hadisə də qeyd olunur. Belə ki, bölgəmizdə aşıq kimi ta­nınan se­vim­li ziya­lı­mız Valeh Rəhim oğlu Həsənlinin 80 illik yubiley tədbirinin rəsmi qeyd olun­­­ması da məhz bu günlə üst-üstə düşüb. Aşıq Valeh Həsənli "Sa­baha gedən yol”, "Kön­lüm ayrıl­mayır Göyçə gölün­dən”, “Dastanlar”, "Vüqar və Ay­para”, ”Mən necə yaz­­mayım Zaqataladan?”, "Mər­can gözlər” kitablarının mü­əlli­fidir. 2 kitabı isə bu ya­xın­­lar­da işıq üzü görəcək. Vətənə, anaya məhəbbət, aşıq poezi­yasına, xalq ədəbiy­ya­tı­na, mənəvi ir­si­mizə vur­ğunluq onun yaradı­cılı­ğı­nın əsas mövzularındandır.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Za­qata­la ra­­yon nümayəndəsi Kəmalə Əhmədova “Tolerantlıq və multikultura­lizm ölkəmizdə hə­­yat və düşüncə tərzidir”, AMEA Folklor İnstitutunun əmək­daş­ları – filo­logiya üzrə fəl­­sə­fə doktoru Mətanət Yaqubqızı “Azərbaycan folklo­runda tole­rantlıq və multikul­tu­ralizm”, fi­lologiya üzrə fəlsəfə doktoru Zümrüd İbrahimqızı – Mən­si­mova “Zaqatala folklor mü­hiti”, filologiya üzrə fəlsəfə doktoru Atəş Əh­mədli “Zaqatala son 5 ildə: fol­klor­­şü­nasın qeydləri” möv­zularda məru­zə­lər edib­lər.

Çıxışlarda vurğulandı ki, ən qədim zamanlardan Azərbaycanda müxtəlif xalqla­rın nü­mayən­dələri mehribanlıq şəraitində birgə yaşayıb, burada dərin dost­luq və qar­daşlıq mühiti formalaşıb. Hazırkı dövrdə dünyada yaşanan proseslər onu göstərir ki, hər bir cə­miyyətdə, dövlətdə sabitliyin davamlı olmasını həmin cəmiyyətlərdə multi­kul­­tural və tolerant dəyərlərin qorunması və inkişaf etdirilməsi şərtləndirir.

Konfransda həmçinin 2016-cı ildə Zaqatalada keçirilən “Azərbaycan folk­lo­ru və mil­li-mədəni müxtəliflik” Beynəlxalq Elmi-Praktik Kon­fran­sının çap olun­muş mate­ri­al­­­lar toplusu da (Bakı, Mütərcim, 234 səh.) kofrans iştirak­çı­la­rı­na təqdim edilmişdir. Xa­tırladaq ki, 19-20 may 2016-cı il tarixində Zaqatala şə­hə­rində keçirilmiş “Azər­bay­can fol­­kloru və milli-mədəni müxtəliflik” Beynəl­xalq Elmi-Praktik Kon­fran­sının təş­ki­lat­­çı­ları Azər­baycan Res­pub­­likasının Pre­zidenti yanında Bilik Fondu, AMEA Folklor İnsti­tutu, Bakı Bey­nəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Res­pub­li­kası Dini Qurum­larla İş üzrə Dövlət Komitəsi və Zaqatala Rayon İcra Hakimiyyəti olmuşdur.



“Azərbaycan folkloru və milli-mədəni müxtəliflik” Beynəlxalq Elmi-Praktik Kon­­­­­­­fran­­sının materiallar toplusunun elmi redaktoru AMEA Folklor İnstitutunun di­rek­toru, aka­demik Muxtar Kazımoğlu-İmanov, tərtibçilər AMEA Folklor İnsti­tu­­tu­nun apa­rıcı el­mi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli, AMEA Folklor İnsti­tu­tu­­nun apa­rıcı elmi işçisi Mətanət Yaqubqızı, Azərbaycan Respub­li­ka­­sının Prezidenti ya­nında Bilik Fondunun baş mütəxəssisi, filologiya üzrə fəlsəfə dok­toru Elnarə Əli­yeva­dır. Kitabda sözügedən konfransda edilən məruzələrin mətn­ləri yer alıb.
Atəş Əhmədli

Filologiya üzrə fəlsəfə doktoru

MÜNDƏRİCAT
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar

Ramazan QAFARLI. “Dədə Qorqud” eposunda Çadır Mİfİk

Dünya Modelİ VƏ VƏTƏN obrazı kimi 3

Atif İSLAMZADƏ. “DƏDƏ QORQUD KİTABI”NDAN BƏRPA

OLUNAN “ASLAN ÖLDÜRÜB ASLANA ÇEVRİLMƏ” MİFOLOGEMİ 17

Almara NƏBİYEVA. KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA

MİLLİ GEYİMLƏR 23
Folklorşünaslıq: problemlər, tədqiqlər

Seyfəddin RZASOY. FOLKLORDA VƏTƏN OBRAZININ

MİFOLOJİ SEMAN­TİKASI 29

Oruc ƏLİYEV. AZƏRBAYCAN NAĞIL VƏ DASTANLARINDA

ƏNƏNƏVİ FORMUL VƏ VASİTƏLƏR 36

Avtandil AĞBABA. AŞIQ SÜMMANİNİN MƏHƏBBƏT LİRİKASI 44

Əziz ƏLƏKBƏRLİ. İRƏVAN TARİXİNDƏ VƏ FOLKLORUNDA

NUH PEYĞƏMBƏR VƏ NUHUN TUFANI..........................................................51

Sərxan XAVƏRİ. FOLKLORUN SÖZLÜ MƏTN FAKTURASI

FUNKSİONAL STRUKTUR ASPEKTİNDƏ 56

Məmmədxan SOLTANOV, Mahirə ABDULLAYEVA.

DƏDƏ QORQUD VƏ XI­ZIR ANTROPONİMLƏRİ HAQQINDA 65

Mətanət YAQUBQIZI. MÜXTƏLİF XALQLARIN VƏ ETNİK

QRUPLARIN ORTAQ FOLKLORUNUN YARANMA MƏRHƏLƏLƏRİ 71

Ülkər ƏLİYEVA.CƏNUBİ VƏ QƏRBİ AZƏRBAYCANDAN

TAPILAN BƏZİ MADDİ MƏDƏNİYYƏT NÜMUNƏLƏRİNDƏ

ƏBƏDİLƏŞƏN FOLKLORUMUZ 84

İlhamə QƏSƏBOVA. AŞIQ YARADICILIĞI KONTEKSTİNDƏ

SÖZ BİLİCİ­LƏRİ (Qazax aşıq mühiti əsasında) 91

Ülkər ƏLƏKBƏROVA. TÜRK XALQLARININ FOLKLORUNDA

ÖZ, TIN VƏ SÜNƏ 97

Elza İSMAYILOVA. “KOROĞLU” DASTANINDA QİYAFƏT-

DƏYİŞ­DİRMƏ MO­TİVİ (Azərbaycan və Türkiyə variantları əsasında) 108

Elnarə ƏMİRLİ. AZƏRBAYCAN ƏFSANƏ VƏ

RƏVAYƏTLƏRİNDƏ AİLƏ MÜNA­Sİ­BƏTLƏRİ
125

Xalidə MƏMMƏDOVA. MÖCÜZƏLİ DOĞULUŞ MOTİVİNİN

TARİXİ KÖK­LƏRİ (Doğuluşun torpaq stixiyasi ilə bağlılığı) 132
Klassiklərdən

Albert Beyts Lordun “Söyləyİcİ” kİtabından seçmələr 141
Azərbaycan folklorundan yeni nümunələr

NEFTÇALA FOLKLORUNDAN ÖRNƏKLƏR 149
Qardaş türk folklorundan örnəklər

QƏHRƏMANLIQ SALNAMƏSI – “EDİGEY” DASTANI (noqay variantı) 165
Rəylər

GİZLİ “DƏDƏ QORQUD” SİLSİLƏSİNİN YENİ AŞKAR MƏQAMLARI

(Akademik Kamal Abdullanın “Kitabi-Dədə Qor­qud” poetikasına giriş.

Dansökülən va­riant” kitabı haqqında düşüncələr). Nail QURBANOV 193

Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin