Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


S.Rzasoy teorisində ideyanın qoyuluşu



Yüklə 1,81 Mb.
səhifə171/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   167   168   169   170   171   172   173   174   ...   188
S.Rzasoy teorisində ideyanın qoyuluşu

məqamına baxış
Dünya mifoloji sistemində butavermə, şəkildəyişmə və eləcə də məkan­dəyişmə, bu dünya və axirət semantemi yetərincə işlənmiş mövzudur.

Mif dövrü məkandəyişmə xaos-kosmos münasibətləri müstəvisində təhlil edi­lir­sə, daha sonra inisasiya – ölüb-dirilmə aktı prosesi filoloji mətn predmeti kimi or­ta­ma gəlir.

Bu tipli motiv və süjetlər filoloji fikri uzun illər, daha doğrusu, yüz illər məş­ğul etmişdir. Bəs nəticə, elmi sonuç olaraq hansı bəşəri mənaya imza atılmışdır?

Min illərin o tərəfində qalan mif və onun mahiyyəti insanlıq tarixinin nə qədər boş “vadilərdə” dolaşıb sərgərdan qaldığını göstərir. Ancaq mifik dünyagörüşünü incə­ləyib, onu dərk edib, bəşər övladı üçün məchul olan paganik “vahimə”ləri aydın­laşdıranlar elmi cəmiyyətə təqdim edən alimlərdir. Seyfəddin Rzasoy şö­bəsində təşkil etdiyi lektoriyalarda uzun illər davam edən “mif” mifini dağıtdı. Diskussiya­larda mifik zamanın və mifik məkanın ən sadə modulunu hipotetik məc­raya yönəldə bildi. Oxuyub öyrəndiklərinə Allahın (c.c.) bəxş etdiyi hikmətlə süslənmiş münasi­bə­ti elmi ictimaiyyət üçün yeni parafraz oldu.

Oğuz, Dədə Qorqud, Koroğlu, Keçəl Həmzə, Nigar xanım (ümumiyyətlə, xa­nım semantemini), aşıqlıq, fani və baqi semantemlərini çağdaş folklorşünaslığın fəl­səfi spektrində proyeksiyalandırdı. Mən onun kitabından sitatlar gətirməyəcəm, lakin hər sətri milli folklorşünaslıq elmi üçün dəyər kəsb edən bu əsərə münasibət bil­di­rə­rək bu əsərdən doğan əsəri ortama gətirəcəm.


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin